Ukraynada kişilərin rus ordusu ilə mübarizəyə cəlb edildiyi bir zamanda düşmən dronlarına qarşı mübarizəyə daha çox qadın cəlb edilməkdədir.
Moderator.az ABŞ hərbi mənbələrinə istinadən xəbər verir ki, “kişi qıtlığı” Ukraynada qadınlardan ibarət könüllü birliklərin əhəmiyyəti artırmaqdadır. Artıq şəhərlərdəki enerji infrastrukturları və digər strateji obyektlərin mühafizəsi daha çox qadınlardan ibarət hərbi qruplara həvalə edilib. Gecə-gündüz Ukrayna səmasının keşiyində dayanan qadınlar rus dronlarının aşkar edilməsi və zərərsizləşdirilməsi ilə bağlı təlimlər keçib, praktiki atışlar reallaşdırıblar. Məhz bundan sonra konkret obyektlərin mühafizəsinə cavabdehlik onlara həvalə edilib ki, ötən zaman onların bu missiyanın üzərindən uğurla gəldiyini göstərir.
Son ayların təcrübəsi göstərir ki, rus dronları ukraynalı qadınlar tərəfindən bacarıqla zərərsizləşdirilməkdədir.
Kişilərin düşmənlə açıq döyüşə cəlb edildiyi bir zamanda Ukraynada dronların neytrallaşdırılması artıq “qadın işi” və adrealin həzzi hesab edilməkdədir. Hər məhv edilən düşmən dronu qadın müdafiəçilərə böyük sevinc və nəhayətsiz həzz bəxş etməkdədir.
Ekspertlər hesab edir ki, Ukraynanın Rusiya hücumundan ellikə müdafiəsi rus ordusunu yaxın aylarda daha çox itki verməsini şərtləndirəcək.
Seymur ƏLİYEV