Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransında ölkəmizin ümvanına xeyli itithamalr səsləndirib, Azərbaycanı sürətli silahlanmada ittiham edib.
Maraqlıdır, özü sürətlə silahlanan Ermənistanın Azərbaycanı silah-sursat almaqda ittiham etməsi, Paşinyan rejiminin öz bəd əməllərini ört-basdır etmək cəhdi kimi dəyərləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Qabil Hüseynli Paşinyanın bu açıqlamasının riyakarlıqdan başqa bir şey olmadığını bildirib:
“Təbii ki, Paşinyanın bu ittihamı onun öz bəd əməllərini ört-basdır erməsinə xidmət edir.
Məlumdur ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan sürətlə silahlanma yoluna qədəm qoyub. Bu gün Ermənistan Fransa, Hindistan və s. ölkələrdən çoxlu silah-sursat alır ki, bu da onun revanşist niyyətlərindən xəbər verir.
Bir məqamı da qeyd etmək lazımdır ki, Ermənistanın aldıqları silahlar müdafiə silahları deyil. Bunların hamısı öldürücü gücə malik hücum silahlarıdır. Belə olan halda, Ermənistanın Azərbaycanı ittiham etməsi absurddur və heç bir mənbtiqə sığmır. Bu, bir daha Ermənistan hakimiyyətinin sülh niyətində olmadığını göstərir”.
Seymur ƏLİYEV