Bizi sosial şəbəkələrdən izləyin:
“2016-cı ildən Azərbaycanda “Formula1” yarışları keçirilir. İlk dəfə keçirilən 2016-cı il yarışı Avropa Qran-prisi adı ilə keçirildi və 2017-ci ildən isə Azərbaycan Qran-prisi adı ilə keçirildi və bu ilə qədər də keçirilməkdə davam edir. Əvvəlki illərlə müqayisədə müşahidə edirik ki, daha aktivlik var, gələn insanların sayı “Formula1”lə bağlı ildən ilə çoxalır”.
Bunu Moderator.az-a açıqlamasında Turizm eksperti Ceyhun Aşurov qeyd edib.
Ekspert “Formula1” yarışlarının ölkəmiz üçün turizm baxımdan nə qədər əhəmiyyətli olduğundan danışıb:
“2-3 ildir ki, demək olar, satışa çıxarılan bütün biletlər tamamiliklə anlınmış olur. Bu da bir göstəricidir ki, yarışma kifayət qədər tanınır və bunun çox böyük izləyici kütləsi var. Bu isə eyni zamanda həm də ölkənin tanıdılması, turistlik imkanlarının yaxından görülməsi və gələn qonaqların timsalında Azərbaycana təkcə tədbirə yox, eyni zamanda digər turizm məhsullarınıdan istehsal etməsi ilə əlaqədardır.
Bununla bağlı olaraq da qeyd etmək lazımdır ki, bu kimi yarışlar müəyyən qədər zəhmət və xərc tələb etsə də ölkənin tanıdılmasına, turistlərin ölkəyə daha çox gəlməsi, yaxından tanış olması baxımından əhəmiyyətlidir. Dünyanın müxtəlif ölkələrindən bu yarışmaya həvəsli olan insanlar artıq bilet alaraq Bakını və mümkün olduqca da regionları ziyarət etmiş olurlar.
Aydın məsələdir ki, qonaqlar, təkcə qısamüddətli, ancaq həmin yarış ərəfəsində Bakıda olsalar da, bəziləri isə daha uzunmüddət, yəni bir neçə əlavə gün də qalaraq yaxın əraziləri gəzmək, Azərbaycan mədəniyyəti, mətbəxi, eyni zamanda təbiəti və tarixi ilə də yaxından tanış olmaq imkanları olur ki, bu da gələcəkdə həmin turistlərin Azərbayacan təkrar geridönüşü üçün əlavə imkanlar yaradır”.
Vüsalə İbrahimli
Moderator.az