Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
Ekskluziv
7084
31 Aug 2024 | 07:09

Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”

Fransanın 44 günlük Vətən müharibəsindən sonra açıq anti-Azərbaycan mövqeyi sərgilədiyi, ölkəmizə qarşı dezinformasiya siyasətini genişləndirdiyi hər kəsə məlumdur. Emamnuel Makronun rəhbərlik etdiyi Fransa hökumətinin Ermənistanın silahlanmasında, məğıub erməni ordusunun yenidən formalaşmasında aktiv rol oynadığı da günümüzün reallqılarındandır. Ən maraqlısı isə budur ki, Makron rejimi 200 ildir ki, Azərbaycan xalqına qarşı silsilə soyqırımları həyata keçirən Ermənistana bu dəstəyi “məzlum xalqın”, “bəşəri dəyərlərin” xilası adı altında göstərir.

 

Bugünlərdə BFMTV-nin sifarişi ilə Fransada keçirilən sorğu nəticəsində məlum olub ki, fransızların nə az, nə çox – yarısı Makronun istefasını hakimiyyətdə qalmasından daha xeyirli hesab edir. Onlar “Əyilməz Fransa” (LFİ) partiyasının Milli Assambleyada Emmanuel Makronun istefası ilə bağlı təklifinə tərəfdar olduqlarını bildirməklə ölkələrinin bu şəxsin liderliyi altında irəli gedəcəyinə inamsızlıqlarını bəyan ediblər. Fransızlar öz qərarları ilə Makronun öz xalqına umac ova bilmədiyi halda, bəşəriyyətə əriştə kəsmək sevdasını tənqid ediblər. Halbuki, öz xalqını məmnun  edə bilməyən, öz millətinin sevgisini qazana bilməyən hər hansı bir liderin bəşərə faydalı nəsə verməsi mümkün deyil.

 

Ümid edək ki, hamının, o cümlədən fransız xalqının başa düşdüyü bu sadə həqiqət nə vaxtsa Makron tərəfindən də dərk ediləcək və Fransa prezidenti başqa dövlətlərə, həmçinin Azərbaycana qarşı təxribatlara son qoyub,  bir qədər də öz xalqının sevgisini qazanmaq haqqında düşünəcək.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər