Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərində Türk xalqının milli azadlıq mübarizəsi
Ədəbiyyat
Oxunub: 1595
29 Aug 2024 | 10:55
Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərində Türk xalqının milli azadlıq mübarizəsi
Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Cəfər Cabbarlı görkəmli dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi kimi tanınır.
 
Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir.
 
Onun şeirləri, pyesləri, hekayələri Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında danılmaz xidmətləri vardır.
 
Azərbaycan dramaturgiyasının, pеşəkar tеatrının, yеni aktyor nəslinin inkişafı üçün dram əsərlərinin yazılması labüd idi.
 
Cəfər Cabbarlı bu məsələdə əhəmiyyətli rol oynaya biləcək ilk pyeslərini “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Ulduz”, “Ədirnə fəthi”, “Aydın”, “Oqtay Еloğlu” və b. yazdı. Bu pyеslər indi də öz aktuallıqlarını qoruyurlar. Azərbaycan dramaturgiyasının istеdadlı, böyük sənətkarı, Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, nasir, şair, ictimai xadim Cəfər Cabbarlının yaradıcılığındakı çoxşaxəlilikdə onun pyeslərinin rolu danılmazdır.
 
Ədibin müstəqillik dövrünün elmi düşüncəsi ilə qələmə aldığı “Ulduz” və “Ədirnə fəthi” əsərləri onun türkçülük ideyalarını yüksək səviyyədə estetik cəhətdən təcəssüm etdirmişdir.
 
Dramaturq “Ədirnə fəthi” əsərində islam xalqlarının birliyinin onların taleyində həlledici faktorlardan biri olduğunu sübut etmişdir.
 
Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri səhnədə oynanılan zaman tamaşanı seyr edən Nuri Paşa əsəri olduqca yüksək qiymətləndirir. Bu baş vermiş tarixi görüş gənc yazıçı, dramaturq C.Cabbarlının yaradıcılığına verilən ən böyük dəyərlərdən biri idi.
 
Cəfər Cabbarlı 1917-ci ildə yazdığı “Ədirnə fəthi” əsərində türk milli düşüncəsinin, türkün vətəndaşlıq şüurunun formalaşmasının, türkün tarixi taleyinin bədii təsvirini əks etdirmişdir.
 
“Ədirnə fəthi” əsərində Bizans imperiyası ilə Osmanlı imperiyası arasında Ədirnənin fəthi uğrunda olan mübarizə və Osmanlı qoşunlarının qələbəsi, millətin vətən-torpaq uğrunda apardığı böyük çətinliklər müəllif qələminin gücü ilə oxucuya çatdırılmışdır.
 
“Ədirnə fəthi” əsərində Türk dünyasının Avropa dünyası ilə apardığı qanlı mübarizələr ədibin Türk millətinə, tarixinə qarşı olan həqiqəti və sonsuz məhəbbəti ilə təsvir olunmuşdur. Əsərin qəhrəmanları vətən torpaqlarını bütün güc və qüvvətləri ilə müdafiə edən şəxslər idi. Əsərdə Türklərin milli və dini hisləri ilə bərabər inancları da təsvir obyektinə çevrilmişdir.
 
Türkçü olan Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri dramaturqun türkçülük ideallarına həsr olunmuşdur. Belə ki, əsərdə dövrün çox mühüm ictimai-siyasi hadisələri C.Cabbarlının böyük yaradıcılığı vasitəsilə qələmə alınmışdır. Ədib əsərdə sübut edir ki, Ədirnənin fəthinin yolu nə qədər çətin və ziddiyyətli olsa da, Türk milləti buna yüksəliş və tərəqqi yolu ilə nail olmuşdur.
 
Dramaturq türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələri, türk məişətini, türk qəhrəmanlığını və şücaətini, türklərin mübarizə dolu tarixini yaradıcı münasibətlə yanaşaraq, dolğun əsər yaratmışdır.
 
Ədib əsərdə qəhrəmanların xarakterlərindəki ziddiyyətli məqamları müharibənin dağıdıcı və fəlakətli gücü ilə balanslaşdırmışdır.
 
Əsərdə itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadət göstərən düşmənə qarşı qəzəbli türk xalqı təsvir olunmuşdur. Əsərin çox böyük uğur qazanmasının başlıca səbəblərindən biri də o idi ki, faciədə milli və dini inancdan irəli gələn güc türkün qələbəsinin mənəvi-psixoloji əsasını təşkil edirdi.
 
Dramaturq əsərdə qadın fədakarlığını və qəhrəmanlığını Zöhrə və İnci kimi obrazların simasında canlandırmışdır. Belə ki, bu qəhrəman Türk qadınları хəstəхanalarda fədakarlıqla mübarizə aparırdılar.
 
Ədib “Ədirnə fəthi” əsərində türkçülük ideallarına heyranlığını baris şəkildə göstərirdi. Dramaturq “Ədirnə fəthi” əsərini milli problematika, milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə qələmə almışdır. Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdə göstərdikləri şücaət əsərin əsasını təşkil edir. 
 
Ədib əsəri ömrünün gənclik çağında (18 yaşında) yazmışdır. Əsərin məğzi türklərin Ədirnə torpaqları uğrunda qəhrəmanlıq və rəşadətlə apardıqları vətənpərvərlik hərəkatıdır.
 
Dramaturq “Ədirnə fəthi” əsərində Ədirnə küçələrinin, geniş hərb səhnələrinin təsvirinə geniş yer verməmişdir. Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrin geniş təsviri ilə yanaşı tibb bacısı Zöhrə və gənc zabit Rüfətin məhəbbəti də təsvir olunmuşdur.
 
Hər iki gənc bir-birini saf məhəbbətlə sevirdilər. Ədib əsərdə bu saf məhəbbətə qarşı olacaq yeganə bir qüvvə kimi ancaq vətən eşqini təsvir edir. Belə ki, hər iki gənc öz sevgilərindən yalnız Ədirnənin azadlığı yolunda keçə bilərdilər.
 
Tibb bacısı Zöhrə və gənc zabit Rüfət vətən məhəbbətilə Vətən uğrunda çalışan igid vətən övladları idilər. Onlar millət, vətən mənafеyi uyğunda ölümə getməyə hazır olan gənclər idilər.
 
Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində vətən müharibəsi üçün canını fəda еdən belə gənclərin obrazını yaratmaqla ədəbiyyatı zənginləşdirmişdir. Gənclər vətən yolunda töküləcək hər bir qətrə qanları ilə fəxr edirdilər.
 
Hər bir türk vətən uğrunda öldürülən türklərin intiqamını almaq üçün çalışırdı və bunun üçün də yaşayırdı. Ədib əsərdə müharibələri pisləyərək, bildirirdi ki, bütün fəlakətlərə səbəb olan müharibə igid oğulları qıran, anaları balasız, qızları qardaşsız, oğulları atasız qoyan bir məfhumdur.
 
Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində tarixi şəxsiyyətlər olan Mustafa Kemal Atatürkün və Ənvər paşanın prototipini yaratmışdır. Əsərdə Ənvər paşanın xalqa müraciətlə dediyi sözlər insanlar arasında himn kimi səslənir. “Qardaşlar! Еy bir kaç ailədən ibarət ufacıq bir əşirətdən qocaman Türkiyə hökmranlığını yaradan Sultan Osmanın balaları, bu gün bütün Türkiyənin səcdəgahı olan Ədirnə düşmənlərin kobud çarıqlarının altında əzilməkdədir. Məsum türk qızlarının namusu düşmənlər ayağında tapdanmaqdadır. Osmanlı hilalı ayaqlarda, bolqar səlibləri Sultan Səlim minarələrində ürəkləri dəlməkdə ikən, siz hələ “Sülhmü еdəlim”, “Hərbmi еdəlim” – dеyə düşünürsünüz.
 
Əcəba, qanınız dondumu? Еy səfalət uçurumu qarşısında özlərini itirən qafillər! Ləkələnmiş namusilə dünya üzərində yaşamağa da həyatmı dеyirsiniz?
 
Хayır, namuslu bir türk bunu qəbul еdəməz. Mən böylə həyatı istəməm, bu gün bütün Türkiyə əsgərləri adından dеyirəm: Ölümündən qorхanlar namussuzdurlar, еvlərinə girib qarılarının yanında gizlənirlər. Fəqət biz əsgərlər, son fərdimiz qalanadək hərb еdəcəyik. Ədirnəni gеri almayınca, silahımızdan ayrılmayacağıq və bütün dünyaya bildirməliyik ki, türk gənclərinin, türk qızlarının, türk əsgərlərinin ürəyində bir “idеal”, dilində bir söz vardır: Ya şərəfli bir ölüm və ya dəyərli bir həyat”! Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində Türk xalqının şərəfli yaşamağını və şərəfli ölümünü qələmə almışdır.
 
Osmanlılar öz şərəflərini, namuslarını və torpaqlarını qorumaq naminə hərb etməyə məcbur olunmuşdular. Bunun üçün də Ədirnəni alıncaya qədər igid əsgərlər son nəfəslərinədək düşmənlə pəncələşmək məcburiyyətində idilər. Dramaturq “Ədirnə fəthi” əsərində Türk gənclərinin, iхtiyarlarının, əsgərlərinin, qızlarının, qadınlarının, uşaqlarının vətən yolunda birlikdə şərəflə apardıqları mübarizəni təsvir etmişdir.
 
Canını, malını Vətən və millət uğrunda fəda еtməyə hazır olan Türk xalqı əsər boyunca bir an olsa belə, düşmənə təslim olmadı. Uşaqdan iхtiyarlara və qızdan iхtiyar qadınlara qədər, bütün Türkiyə silaha sarılmış, dayanmadan vətən üçün mübarizə aparırdı.
 
İgid Türk xalqı Ədirnə uğrunda apardıqları müharibəni yalnız tapdanmış namuslarını düşmən ayaqlarında əzilməkdən xilas olmaqdan ötrü edirdilər. Çünki Türk xalqının damarlarınında axan türk qanı donmamış, o qan rəzalət qəbul еdə bilməzdi. Bütün türklərin düşmənə qarşı boyun əyməsinə yol vеrməyən o mübarək Türk qanı sayəsində Ədirnə fəth olunur.
 
Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində bütün Türk xalqının şanlı əcdadının köməyinə yetdiyini qeyd edirdi. Şanlı Türk xalqının bacı və anaları əllərində Quran, bütün türklük üçün dua edirdi, hətta göylərdəki bütün mələklər belə Ədirnənin müqəddəs torpaqlarının azadlığı üçün Allaha yalvarırdı. Şanlı Türk xalqının tək istəyi Ədirnə üzərində Osmanlı hilalını görmək idi.
 
Ədib Şanlı Türk xalqının bu qələbə əzminin mənbəyi kimi Ədirnənin müqəddəs torpaqları altında yatan türk qəhrəmanlarını qeyd edirdi. Şanlı türk övladları heç vaxt icazə verə bilməzdilər ki, müqəddəs Ədirnə torpaqları düşmən ayağı altında tapdalansın.
 
Türk xalqı Şərq günəşinin hərarətli qoynunda bəslənən, azad Asiyanın istiqanlı, igid övladlarıdırlar.
 
Dramaturq “Ədirnə fəthi” əsərində Türk millətinin qəlbində olan həqiqi vətən sevgisini elə aydın, rəvan şəkildə oxucuya çatdırmışdır ki, əsərin əvvəlindən oxucunun heç bir şübhəsi yox idi ki, Ədirnə şanlı Türk ordusu tərəfindən fəth olunacaqdır.
 
Əsərdə Türk xalqının Ənvər bəy kimi igidlərə vətən və millət müdafiəsini tapşırdıqları üçün rahatlıqları öz əksini tapmışdır.
 
Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərinin sonu bir-birinə sədaqətlə bağlı olan Zöhrə və Rüfətin qovuşmasının və Ədirnənin şanlı Türk ordusu tərəfindən fəth olunmasının təsviri ilə bitir.
 
Əsər tarixi faktları əks etdirməsi baxımından bütün Türk ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.
 
Həcər Atakişiyeva
 
Oxşar xəbərlər
14:58, Bu gün
Prezident: "Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür"
14:54, Bu gün
Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər - YENİLƏNİB
14:48, Bu gün
Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər
14:44, Bu gün
Xəbər qeybə çəkilmiş dənizdən gəldi - Yerin tarixi yenidən yazılacaq
14:39, Bu gün
Davranış qaydalarını pozan müəllim işdən çıxarıldı, direktora töhmət verildi
14:34, Bu gün
“Qarabağ”ın qapısına 2 qol vuran futbolçu: “Fantastik qələbə qazandıq”
14:29, Bu gün
Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO/VİDEO
14:24, Bu gün
Azərbaycanlı sənətçi itkin düşdü
14:18, Bu gün
Əhaliyə at əti satanlar tutuldu - FOTO
14:12, Bu gün
Sentyabrda qlobal ərzaq qiymətləri kəskin artıb
14:06, Bu gün
Radiatorların təmizlənməsinin üç üsulu açıqlandı: Ekspertdən vacib tövsiyə - FOTO
14:00, Bu gün
Bu tarixdə geomaqnit qasırğası baş verəcək
13:54, Bu gün
Azərbaycan Prezidenti: "Ermənistan təhlükəli oyunlara qoşulub"
13:48, Bu gün
"Sülh müqaviləsi Ermənistanı xarici qüvvələrin diktəsindən çıxartmağın yeganə yoludur" – Günay Ağamalı
13:43, Bu gün
Cəbrayıl yeni dirçəliş yollarında
13:38, Bu gün
"Nədən İsrailə hava hücumlarını dəf etməkdə kömək göstərilir, amma Ukraynaya göstərilmir?" - Pentaqon
13:33, Bu gün
İlham Əliyev Amerikanın anti-Azərbaycan addımlarından DANIŞDI
13:28, Bu gün
"Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır" - Dövlət başçısı
13:24, Bu gün
"Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər"
13:19, Bu gün
İlham Əliyev: "Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi"
13:15, Bu gün
Sabah bölgələrdə yağış yağacaq, dolu düşəcək - PROQNOZ
13:05, Bu gün
Bakıda "iPhone 16"ya görə növbəyə durdular - Gecə mağazaya axışdı - FOTOLAR
12:59, Bu gün
Ən yaxşı gəlinlərin doğulduğu BÜRCLƏR
12:55, Bu gün
Hikmət Hacıyev Gəncə terroru ilə bağlı paylaşım etdi
12:51, Bu gün
Müğənnilər TƏSDİQLƏDİ: Bakıda toylar qadağan olunur
12:47, Bu gün
Gədəbəy sakini atdan yıxılaraq ölüb
12:43, Bu gün
Xalq artisti qolunu sındırdı - FOTO
12:39, Bu gün
Məleykə Əsədova tanınmaz dərəcədə dəyişildi: Xalq artistinə nə olub? - FOTOLAR
12:34, Bu gün
Boliviyanın keçmiş lideri ilə bağlı qalmaqal: İnsan alveri və 15 yaşlı qıza təcavüzdə ittiham olunur
12:29, Bu gün
Həsən Nəsrullahın dəfn mərasimi ciddi şəkildə məxfi saxlanılır
12:25, Bu gün
Bakıda qaydaları pozan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:20, Bu gün
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
12:15, Bu gün
"Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" - Zahid Oruc
12:10, Bu gün
Bir qrup tələbənin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil edilib - FOTO/VİDEO
12:04, Bu gün
Azərbaycanda evlərin qapısı bağlanmayan, içki içilməyən və satılmayan kənd - VİDEO
12:00, Bu gün
Əzab-əziyyətlə qazanılan pul əslində hara xərclənəndə daha faydalı olur?- EKSPERT AÇIQLADI 
11:58, Bu gün
“Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb” - Kamaləddin Qafarov
11:56, Bu gün
32 il Moskvanın göstərişi ilə Azərbaycanda ən yüksək vəzifələrdə qəddarlıq etdi və sonunda...
11:51, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
11:47, Bu gün
Dünya Təhsil Forumunun direktoru: 70 % gənc iqlim dəyişikliyini izah edə bilmir
11:37, Bu gün
Azərbaycan millisinin baş məşqçisi: "Emin Mahmudov keyfiyyətli futbolçudur"
11:30, Bu gün
Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gün - Gözünüz aydın, cəbrayıllılar!
11:23, Bu gün
Türkiyədə zəlzələ OLDU - Dağıntı və tələfat...
11:18, Bu gün
İlham Əliyev Cəbrayılda yaşayış kompleksinin açılışında
11:09, Bu gün
Serial sektorunda yeni mərhələ: “Əlvida xoşbəxtlik” və “Vətəndaş A” 
11:03, Bu gün
Nazir müavini: Azərbaycanda təhsil proqramlarında iqlim dəyişiklikləri bağlı mövzular əksini tapacaq
10:56, Bu gün
Bakıda arvadının başqası ilə intim yazışmasını görən kişi DƏHŞƏT SAÇDI
10:43, Bu gün
Ev təmizliyində edilən səhvlər - bilmədən çirkləndiririk
10:42, Bu gün
“ Bzejinski deyib ki, ABŞ İrana qarşı savaşa girsə, III Dünya müharibəsi başlaya bilər...” 
10:34, Bu gün
Yaşlı icra başçıları yola salınır: Yeni model belə olacaq
10:26, Bu gün
Pensiyalar bu yolla artacaq: Özəl fondlar üçün yeni meyarlar açıqlandı
10:18, Bu gün
Nazir müavini 500 manatlıq kitabı pulsuz apardı - Şahbaz Xuduoğlu
10:13, Bu gün
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
10:09, Bu gün
Kreditlə müqayisədə lizinq faizləri niyə yüksəkdir? – (Video)
09:58, Bu gün
Azərbaycanda halal turizmə ehtiyac var?
09:50, Bu gün
Rubl bahalaşdı - MƏZƏNNƏ
09:42, Bu gün
İşdən çıxarılanlar üçün qorxulu "yuxu": 70-ci maddənin "ç" bəndi nədir?
09:35, Bu gün
4 Oktyabr - Ümumdünya Heyvanların Mühafizəsi Günüdür
09:33, Bu gün
Azərbaycanda futbolçu xəstəxanalıq OLDU - FOTO
09:26, Bu gün
Paytaxtda yaşayış binalarında su çənlərinin təmizlənməsinə nəzarət edilir? - VİDEO
09:19, Bu gün
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir: 30 ay...
09:12, Bu gün
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür
09:11, Bu gün
Hər şeyi görüblər: Ukrayna ordusu tərk etdiyi Uqledarda rusları tələyə belə salıb
09:05, Bu gün
Rusiyada eyni vaxtda iki neft anbarı od tutub yandı...-FOTO
08:45, Bu gün
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
08:32, Bu gün
Tramp prezident seçkilərində qalib gələrsə, Ukraynanın taleyi necə olacaq?
08:23, Bu gün
Hər səhər bunu etsəniz, cavan qalacaqsınız
08:11, Bu gün
Sərnişin qatarı relsdən çıxdı
08:02, Bu gün
"İsrail İran üçün tələ hazırlayıb..." 
08:01, Bu gün
Sabah 7 500 abonent qazsız qalacaq
07:49, Bu gün
Uşaq evində böyüyən şəhidin onu atıb gedən anasına yazdığı məktub: "Sənin məndən heç xoşun gəlmədi"
07:23, Bu gün
İşğalçı orduda muzdla Ukraynaya qarşı döyüşən 14 uşaqlı yəhudi öldürüldü...-FOTO
03 Oct 2024 | 23:57
"Uqledarın işğalı Ukrayna üçün problem yaradır, rusiyalıların logistikasını yaxşılaşdırır" - "The New York Times"
03 Oct 2024 | 23:18
"Ayətüllah Xamenei daha heç kimə etibar etmir": Tehranda hazırda nələr baş verir?
03 Oct 2024 | 23:13
Son zamanlar çoxalan "online" "qumar" oyunlarının qarşısı necə alınmalıdır? - VİDEO
03 Oct 2024 | 23:05
"Putin getdikcə əbədi həyata mübtəla olur" - "The Atlantic"' nəşri
03 Oct 2024 | 23:00
Avropa Liqası: "Qarabağ" məğlub oldu - VİDEO - FOTOLAR
03 Oct 2024 | 22:50
Məşhur futbolçu həbs edildi: Görün mağazadan nə oğurlayıb
03 Oct 2024 | 22:43
ABŞ-da "Helen" qasırğası: ölənlərin sayı 200-ə çatdı
03 Oct 2024 | 22:35
Safurə qızına ad günü etdi
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 22:24
Kim Çen Inın bacısı: "Mənasız təlxəklikdir"
03 Oct 2024 | 22:16
Yaxın Şərq münaqişəsi qlobal bazarlara təsir edir
03 Oct 2024 | 22:08
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
03 Oct 2024 | 22:00
Vatsapdan mesajlaşma ilə bağlı yenilik
03 Oct 2024 | 21:53
Bayden Putinlə görüşü haqqında danışdı
03 Oct 2024 | 21:45
Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıldı
03 Oct 2024 | 21:38
Xuraman Muradova: "Sürgün  talehli..." - VİDEO
03 Oct 2024 | 21:30
İrana zərbə endirilsə, Bakı bizə hücum edəcək? – Emin-Teryan
03 Oct 2024 | 21:25
Böhrandan Qələbəyə: Dahi Liderin xarici siyasət strategiyası
03 Oct 2024 | 21:18
"Qarabağ" - "Malmö" matçında ikinci qol... - Canlı
03 Oct 2024 | 21:10
İsrail bir də bunu etsə, sarsıdıcı cavab alacaq - İran
03 Oct 2024 | 21:04
Səfir: Almaniya Azərbaycanı COP29 sədri kimi ilk gündən dəstəkləyib
03 Oct 2024 | 20:54
Sarıkökün çox istifadəsi nələrə zərərlidir?
03 Oct 2024 | 20:46
Paşinyandan Makrona: Sülh sazişi imzalamağa hazırıq!
03 Oct 2024 | 20:38
Fransanın neokolonializm siyasətinə dair Bakıda konfrans keçirildi
03 Oct 2024 | 20:30
Qazlı su içdi - ölümdən döndü - VİDEO
03 Oct 2024 | 20:22
40 yaşdan sonra bu qidalardan imtina etməlisiniz
03 Oct 2024 | 20:14
Paşinyanla Makron Bakıya qarşı silah planını işə salır - DETALLAR
03 Oct 2024 | 20:05
Hansı “iPhone” daha məsləhətlidir? – 5 MODEL
GÜNLÜK
03 Oct 2024 | 21:38
Xuraman Muradova: "Sürgün  talehli..." - VİDEO
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 16:34
Bakının 1 addımlığında ucuz evlər: Alanlar ikiqat qazanacaq
03 Oct 2024 | 18:51
“O, namuslu adamların kütləvi şəkildə həbs edilməsi barədə sərəncam  verirdi...”
03 Oct 2024 | 16:28
"Rusiya Çinin sayəsində Ukraynanı dronlara qərq edəcək" - "Forbes"
03 Oct 2024 | 17:55
Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB
03 Oct 2024 | 16:51
Kiyev ukraynalı hərbi əsirlərin rusiyalı əsgərlər tərəfindən kütləvi qətlini araşdırır
03 Oct 2024 | 16:56
Çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
03 Oct 2024 | 15:33
İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldu
03 Oct 2024 | 19:28
Mağaradan tapılan qocanın yaşı eşidənləri şoka saldı- VİDEO
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
AYLIQ
03 Oct 2024 | 21:38
Xuraman Muradova: "Sürgün  talehli..." - VİDEO
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 16:34
Bakının 1 addımlığında ucuz evlər: Alanlar ikiqat qazanacaq
03 Oct 2024 | 18:51
“O, namuslu adamların kütləvi şəkildə həbs edilməsi barədə sərəncam  verirdi...”
03 Oct 2024 | 16:28
"Rusiya Çinin sayəsində Ukraynanı dronlara qərq edəcək" - "Forbes"
03 Oct 2024 | 17:55
Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB
03 Oct 2024 | 16:51
Kiyev ukraynalı hərbi əsirlərin rusiyalı əsgərlər tərəfindən kütləvi qətlini araşdırır
03 Oct 2024 | 16:56
Çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
03 Oct 2024 | 15:33
İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldu
03 Oct 2024 | 19:28
Mağaradan tapılan qocanın yaşı eşidənləri şoka saldı- VİDEO