“O, Qərbə bağlı fiqurdur və bu posta ölkəni böhrandan çıxarması məqsədilə gətirilib...”
Ekskluziv
2862
27 Aug 2024 | 09:47

“O, Qərbə bağlı fiqurdur və bu posta ölkəni böhrandan çıxarması məqsədilə gətirilib...”

“Hələ ki, bu istiqamətdə ciddi bir nəticə əldə olunmayıb. Bununla belə, maliyyə nazirinin söylədiklərinin çoxu Türkiyədəki mövcud gerçəkliyi əks etdirir...” 
 
Son vaxtlar Türkiyədə  iqtisadi durum xeyli ağırlaşıb. Bu günlərdə maliyyə naziri Mehmet Şimşək də büdcə kəsiri və inflyasiya barəsində həyəcanlı rəqəmlər səsləndirdi. Bəs görəsən, qardaş ölkə bu böhrandan tezliklə çıxa biləcəkmi?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə analitik, İstanbul Universitetinin doktorantı Teymur Qasımlı fikirlərini qısa ifadə edib:
 
“Ümumiyyətlə, son zamanlar Mehmet Şimşek iqtisadiyyat, konkret olaraq inflyasiya ilə bağlı qeyri-adi fikirlər səsləndirir. O, Qərbə bağlı bir siyasi fiqurdur. Və ötən söhbətlərimizdən birində qeyd etdiyimiz kimi, Türkiyə hakimiyyəti içərisində olan əsas iki xəttdən biri məhz maliyyə naziri Mehmet Şimşeyin xəttidir ki, bunun da mahiyyəti birbaşa Qərbin yanında olmaqdan ibarətdir. Həmin xəttin Türkiyə siyasəti və iqtisadiyyatının xeyli dərəcədə böhrandan çıxarılmasına gətirib çıxaracağı iddia olunur. Və Şimşek maliyyə naziri postuna Türkiyəni iqtisadi böhrandan çıxarması məqsədilə gətirilib. Hələ ki, bu istiqamətdə ciddi bir nəticə əldə olunmayıb. Bununla belə, maliyyə nazirinin söylədiklərinin çoxu Türkiyədəki mövcud gerçəkliyi əks etdirir. Hesab edirəm ki, artıq bu il yox,  2025-ci ildə Türkiyə hökuməti düzgün, praqmatik iqtisadi siyasət apararsa, iqtisadi böhrandan, inflyasiyadan, qiymət artımından və s. qurtularaq yeni bir dirçəliş dövrünə qədəm qoya bilər”.
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər