“Bu səfər iki ölkə arasındakı yeni mərhələnin ANONSUDUR”
2941
20 Aug 2024 | 17:16

“Bu səfər iki ölkə arasındakı yeni mərhələnin ANONSUDUR

“Rusiya ilə Azərbaycan arasındakı münasibətlər çox yaxşı vəziyyətə gəlib çatıb. Rusiya prezidenti  Vladimir Putinin ölkəmizə səfəri Azərbaycan-Rusiya siyasi münasibətlərinin qonşuluq səviyyəsindən daha da irəli getməsi ilə nəticələnir.”
 
Bunu Politoloq Tural İsmayılov Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ilə bağlı Moderator.az-a açıqlamasında danışıb. Politoloq digər diqqət çəkən məqamları da qeyd edib:
 
 
“Nəzərə almaq lazımdır ki, özəlliklə son dövrlərdə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin və iqtisadi münasibətlərin həcmində bir xeyli yaxşılaşma tendensiyası müşahidə edilir. Buna görə də Rusiya prezidenti vurğuladı ki, Azərbaycanla Rusiya arasında 4 milyard dollara yaxın ticarət dövriyyəsi yaxşı olsa da, bu qaneedici deyil. Buna görə də iki ölkə arasındakı bu görüşdən sonra ticari münasibətlərin daha da inkişaf edəcəyi gözlənilir. Eyni zamanda Rusiya Azərbaycanın təşviq etdiyi Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsini dəstəkləyir. Həmçinin biz bilirik ki, Rusiya Zəngəzur dəhlizi layihəsini də Azərbaycanın mövqelərini müdafiə edib. Eyni zamanda Vladimir Putinin Bakıya səfərində diqqət çəkən məqamlardan biri də ondan ibarət idi ki, Rosneftin və “Qazprom”un rəhbərləri də Bakıya gəlmişdir. Bu onu göstərir Rusiya qazın Azərbaycana nəqlini artırmaq niyyətindədir. İstənilən halda Azərbaycanla Rusiya arasındakı münasibətlərin inkişaf etməyi önəmlidir. Nəzərə almaq lazımdır ki, bizim milyonlarla vətəndaşımız Rusiya bazarında çalışırlar, eyni zamanda Azərbaycan-Rusiya iqtisadiyyatı üçün vacib ölkələrdən biridir. Mənəvi-humanitar baxımdan da qonşuluq əlaqələrini həmişə yüksək dəyərləndirmişik. Vladimir Putinin Bakıya səfərində Azərbaycanda  Rus dilinə olan hörmət və ehtiramla bağlı səsləndirdiyi fikirlər də Azərbaycan-Rusiya münasibətlərinin birgəliyini, gücünü növbəti dəfə nümayiş etdirir. Hesab edirəm ki, Vladimir Putinin bu səfəri həm də  iki ölkə arasındakı əlaqələri yeni bir mərhələyə daşımağının anonsu idi.”
 
 
Vüsalə İbrahimli
Moderator.az
Link kopyalandı!
Son xəbərlər