Ekskluziv
1575
15 Aug 2024 | 14:30

"HƏMAS-ı tamamilə məhv etmək mümkün deyil" - "The New York Times"

 
HƏMAS atəşkəslə bağlı danışıqlarda iştirak etməsi üçün şərtini açıqlayıb
 
İsrail Qəzza bölgəsində HƏMAS-a qarşı hərbi cəhətdən mümkün olanları edib, qruplaşma oktyabrın 7-də olduğu kimi kütləvi qətliam planlaşdıra və həyata keçirə bilməz.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
Lakin məmurların sözlərinə görə, İsrail heç vaxt bu qruplaşmanı tamamilə məhv edə bilməyəcək və HƏMAS-ın əlində olan 115 girovların azad edilməsi üçün saziş lazımdır.
 
"HƏMAS xeyli dərəcədə zəifləyib, amma məhv edilməyib, israillilər heç vaxt HƏMAS-ı tamamilə məhv edə bilməyəcək", - bunu Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərqdə işləyən sabiq yüksək vəzifəli əməkdaşı Ralf Qoff nəşrə deyib.
 
Bu arada isə HƏMAS danışıqlarda iştirak etməkdən imtina edib və öz şərtini açıqlayıb. Qruplaşma liderlərindən biri Osama Həmdan "Associated Press" agentliyinə müsahibəsində bəyan edib ki, əgər danışıqlarda ABŞ prezidenti Co Baydenin may ayında irəli sürdüyü təklif müzakirə ediləcəksə, yalnız o zaman HƏMAS danışıqlarda iştirak edəcək.
 
HƏMAS İsrailin atəşkəs əldə ediləndən sonra Qəzzanın iki strateji rayonunda hərbi mövcudluğunu saxlaması barədə tələbini rədd edir və İsrail Müdafiə Ordusunun Qəzza bölgəsindən tamamilə çıxarılnmasına təkid edir.
Link kopyalandı!
Son xəbərlər