Məhkəmələrdə BOMBA TƏHLÜKƏSİ: Polis axtarışlara başladı
Dünya
1767
13 Aug 2024 | 22:54

Məhkəmələrdə BOMBA TƏHLÜKƏSİ: Polis axtarışlara başladı

Slovakiyada polis əməkdaşları məhkəmələrə bomba qoyulması ilə bağlı anonim məlumatlardan sonra binalara baxış keçirməyə başlayıblar.
 
Lent.az xəbər verik ki, bu barədə respublikanın hüquq-mühafizə orqanları məlumat yayıb.
 
“Hazırda polis bütün Slovakiyada partlayıcı qurğuların qoyulması təhlükəsi ilə əlaqədar məhkəmə binalarını yoxlayır”, - məlumatda deyilir.
 
Bratislava vilayətinin polis idarəsinin sözçüsü Silvia Şimkova da təsdiqləyib ki, bomba təhlükəsi ilə əlaqədar paytaxt regionunda məhkəmə binalarına baxış keçirilir. Digər təfərrüatlar açıqlanmayıb.
Link kopyalandı!
Son xəbərlər