ABŞ İran-İsrail qarşıdurması ilə bağlı Türkiyəyə müraciət edib
Siyasət
1677
13 Aug 2024 | 21:08

ABŞ İran-İsrail qarşıdurması ilə bağlı Türkiyəyə müraciət edib

"ABŞ və Türkiyə arasında əlaqələr son illərdə ən yaxşı səviyyədədir..."
 
Birləşmiş Ştatlar Türkiyə və İranla əlaqəsi olan digər müttəfiqlərinə müraciət edərək Tehranı Yaxın Şərqdə gərginliyin azaldılmasına inandırmağı xahiş edib.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk "Reuters" agentliyinə müsahibəsində məlumat verib.
 
Fleykin bu bəyanatı İran və onun müttəfiqlərinin HƏMAS və "Hizbullah" liderlərinin qətllərindən sonra İsrailə mümkün hücumu ilə bağlı artan narahatlıqlar fonunda səsləndirilib.
 
"Biz Türkiyə də daxil olmaqla İranla əlaqəsi olan bütün müttəfiqlərimizə vəziyyətin deeskalaiyasına təsir göstərməyi xahiş edirik", - Fleyk qeyd edib.
 
Səfir həmçinin vurğulayıb ki, Türkiyə münaqişənin eskalasiyasının qarşısının alınması üçün bütün səylərini göstərir. O, əlavə edib ki, Türkiyə, görünür, eskalasiyanın baş verməyəcəyinə bizdən daha çox əmindir.
 
O, əlavə edib ki, ABŞ və Türkiyə arasında münasibətlər hazırda son illərdə ən yaxşı səviyyədədir. O, həmçinin Türkiyənin Ankarada avqustun əvvəlində Rusiya ilə Qərb arasında ən böyük məhbuslar mübadiləsində mühüm rolunu qeyd edib.
 
"Türkiyə danışıqlar prosesinə cəlb edilməsə də, logistika nöqteyi-nəzərdən mühüm rol oynayıb", - amerikalı diplomat vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər