ABŞ Dövlət katibi Yaxın Şərqə səfər edəcək
Ekskluziv
1491
13 Aug 2024 | 17:00

ABŞ Dövlət katibi Yaxın Şərqə səfər edəcək

 
"Bu səfər İranın İsrailə hücum edib-etməməsindən asılı olacaq..."
 
ABŞ Dövlət katibi Entoni Blinken çərşənbə axşamı Yaxın Şərqə səfər edəcək. Bu səfər avqustun 15-də keçiriləcək sammit ərəfəsində baş tutmalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "nashaniva.com" nəşri yazıb.
 
Blinken Qətər, Misir və İsraili ziyarət etmək və danışıqları müzakirə etməyi planlaşdırır.
 
Lakin onun səfəri əvvəlkitək İranın İsrailə hücum edib-etməməsindən asılıdır. Əgər belə bir hücum baş verərsə, səfər təxirə salına bilər.
 
Prezident Baydenin Yaxın Şərq üzrə daha bir müşaviri Brett Makqerk bu gün Qahirəyə gələcək. 
 
O, Misir və İsrailin yüksək vəzifəli məmurları ilə Filadelfiya oxu və "Rafah" nəzarət-buraxılış məntəqəsində təhlükəsizlik tədbirləri barədə sazişə nail olmağa cəhd göstərəcək.
 
HƏMAS bazar ertəsi bəyan edib ki, sövdələşməni müzakirə etməyəcək, lakin bir neçə saatdan sonra onun nümayəndəsi deyib ki, qruplaşma avqustun 15-də keçiriləcək sammitdə iştirak edəcək.
 
HƏMAS vasitəçilərdən İsrailə təzyiqin artırılması və Bayden planı üzrə irəliyə gedilməsini tələb edir.
Link kopyalandı!
Son xəbərlər