Müğənni Azad Şabanov və həyat yoldaşı Tamaranın evliliklərinin 5-ci ildönümüdür. Bu münasibətlə sənətçi sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edib. Şabanov xanımı ilə əl-ələ nikah haqqında şəhadətnamələrinin fotosunu izləyiciləri ilə bölüşərək "11.08.2019 - maşallah" qısa şərhini yazıb. Digər paylaşımda isə xanımı Tamaranın bu münasibətlə önündə tortla çəkdiyi şəkili yayımlayıb. Qeyd edək ki, A.Şabanov Tamara ilə 2019-cu ildə ailə qurub. Cütlüyün 2021-ci ildə Səid Əli, 2022-ci ildə isə Pənah Əli adlı oğulları dünyaya gəlib.