Avropada növbəti miqrant böhranı: İğtişaşlar, terror və nümayişlər - FOTO
Dünya
Oxunub: 1486
10 Aug 2024 | 12:07
Avropada növbəti miqrant böhranı: İğtişaşlar, terror və nümayişlər - FOTO
Avropanın ən multikultural dövləti olan Böyük Britaniyada gərginlik yaşanır. Avropanı bürüyən miqrant böhranı bu ölkədə də pik həddə çatıb. Belə ki, Sautport şəhərində üç azyaşlı qızın bıçaq zərbəsindən öldürülməsindən sonra ifrat sağçı qüvvələrlə polisin toqquşduğu nümayişlər ölkə boyunca yayılıb. İğtişaşlar London, Liverpul, Mançester, Portsmut, Lids və krallığın digər şəhərlərində, daha sonra isə Şimali İrlandiyada (Belfast, Derri və s.) davam edib.
 
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
 
"İfrat sağın quldurluğu"
 
Sosial mediada hadisəni "müsəlman bir mühacir"in törətdiyini iddia edən məlumatlar yayılandan sonra ifrat sağçılar nümayişlərə başlayıb, məscidlərə və miqrantların yaşadığı otellərə hücum ediblər. Onlarla yanaşı, irqçiliyə qarşı olanlar da küçələrə çıxıblar. Həftəsonu baş vermiş iğtişaşlarda onlarla polis yaralanıb, 300-dən çox adam həbs edilib. Baş nazir Keir Starmer baş verənləri "ifrat sağın quldurluğu" kimi qiymətləndirib. O deyib ki, bu iğtişaşlara yol verənlər Britaniyanı təmsil etmirlər və onlar qanun qarşısında cavab verəcəklər. Ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb ki, bəzi nümayişlərdə ifrat sağçılar məscidləri hədəf aldığı üçün yeni qayda tətbiq olunacaq. Bununla da "zorakılıq riski altında olan" məscidlər "sürətli müdaxilə" heyəti tələb edə biləcəklər.
 
 
Britaniya hakimiyyəti hazırda açıq şəkildə miqrantların tərəfindədir. Yeni seçilmiş baş nazir Keir Starmer deyir ki, onun hökuməti polisin "ekstremistlər"ə və "nifrət yayanlar"a qarşı fəaliyyətini tam dəstəkləyir. Baş verənlər mediada, sosial şəbəkələrdə geniş müzakirə olunur. Bəziləri, məsələn, amerikalı iş adamı, milyarder İlon Mask hətta baş verənlərdə vətəndaş müharibəsinin proloqunu gördüyünü deyib.
 
Sautportdakı hücum necə baş verib?
 
Gərginliyə səbəb olan hadisə yay tətilində uşaqlar üçün sosiallaşma xidməti göstərən mərkəzdə baş verib. Hücumda həyatını itirən uşaqların - Alice Dasilva Aguiarın 9, Bebe Kingin 6, Elsi Dot Stankombenin isə 7 yaşı olub. Hücum zamanı 8 uşaq və 2 böyük yaralanıb.
 
 
Polis hücumun "terror hadisəsi kimi qiymətləndirilmədiyini" açıqlayıb. Hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı gənc saxlanılıb. Lakin azyaşlı olduğu üçün ilk olaraq onun adı açıqlanmayıb. Bu isə sosial mediada spekulyasiyalara səbəb olub. Polis bildirir ki, ifrat sağçı ekstremistlər uşaqları bıçaqlayan hücumçunun "islamçı" olması şayiəsi ilə hərəkətə keçiblər. Hücum edənin adı məhkəməyə gətirildikdən sonra açıqlanıb. Məlum olub ki, o, Ruandadan mühacirət edən ailənin oğlu olan Axel Muganvadır. Axel İngiltərədə doğulub, böyüyüb. Britaniya mətbuatında çıxan xəbərlərə görə, qonşuları onu "sakit uşaq" kimi qələmə verib və ailəsinin xristian olduğunu bildiriblər.
 
 
 
Hökumət "məscidlərə edilən hücumlara dözməyəcəyini" deyir
 
Baş nazir Keir Starmer ölkədə kütləvi hal almış ultrasağçıların etirazları səbəbindən COBRA komitəsinin təcili iclasını çağırıb. COBRA-nın məqsədi fövqəladə hallara cavab planını müzakirə etməkdir. İclasda nazirlər, rəsmilər, polis və kəşfiyyatçılar iştirak edib. COBRA hökumət iclası 13 ildə ilk dəfə keçirilib. Görüşdən sonra baş nazir bir sıra tədbirlərin, o cümlədən bu cür hadisələrlə mübarizə aparmaq üçün polis qüvvələri daxilində mütəxəssislərdən ibarət "daimi ordu"nun yaradılmasının razılaşdırıldığını bildirib. "Biz məscidlərə və ya müsəlman icmalarına edilən hücumlara dözməyəcəyik. Beləliklə, bu iğtişaşlarda iştirak etdiyi aşkarlanan hər kəs qanunun bütün gücü ilə təqib ediləcək", - deyə Starmer bildirib. Baş nazir qeyd edib ki, qanun "həm onlayn, həm də oflayn rejimdəki fəaliyyətlər üçün" tətbiq edilməlidir.
 
Hadisələrdə digər ölkələrin rolunun olub-olmaması da araşdırılır
 
Böyük Britaniya hökuməti etirazların artmasına kömək edə biləcək dezinformasiyaların onlayn yayılmasında digər ölkələrin rolunu da araşdırır. "Euractiv" məlumat yayıb ki, Britaniya hakimiyyəti bu barədə sosial şəbəkələrlə əlaqəli şirkətlərə xəbərdarlıq edib, bu cür məlumatların yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər görməyin vacibliyini də vurğulayıb.
 
Hökumət amerikalı iş adamı, milyarder İlon Maskın şərhinə də sərt reaksiya verib. Britaniya Baş nazirinin sözçüsü İlon Maskın ölkədə vətəndaş müharibəsinin qaçılmaz olduğu ilə bağlı şərhini qınayıb.
 
 
Qeyd edək ki, İlon Maskın sahibi olduğu sosial media platforması "X"da yayılan dezinformasiyaların iğtişaşları daha da gücləndirdiyi bildirilir.
 
"Qərb sivilizasiyasının sonu"
 
Müşahidəçilər ümid edirlər ki, son illərdə Avropada antimiqrant, ksenofob çağırışları edən sağçı partiyaların nüfuzunun artması Britaniyadan yan keçəcək. Bəllidir ki, artıq sağçı radikalların daha fəal olduğu Almaniyada miqrantlara sığınacaq üçün ayrılan binalar yandırılır. İqtisadi problemlərlə yanaşı, miqrant axınının artması Avropada bir sıra mühafizəkar, sağçı qruplar, hətta yüksəkvəzifəli rəsmi şəxslər tərəfindən "Qərb sivilizasiyasının sonu", "Avropa mədəniyyətinin tənəzzülü", "xristianlığa təhdid", bəzən hətta "ağ irqin yoxa çıxması" şəklində qiymətləndirilir. Bununla da ictimaiyyətdə miqrantlara, fərqli mədəniyyətlərin daşıyıcılarına, başqa irqlərə münasibətdə kütləvi qorxu və qəzəb hissi yaradılır.
 
 
 
Oxşar xəbərlər
18:15, Bu gün
Özünü binanın damından atan qadınla bağlı yeni xəbər - FOTO
18:13, Bu gün
Avrozona əmanətləri rekord vurdu: Avropalılar pul yığır, amerikalılar xərcləyir
18:08, Bu gün
Bu məhsullar boş yerə sağlam hesab olunur - təəccüblənəcəksiniz
18:00, Bu gün
Dövlət qulluğuna qəbul imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
17:54, Bu gün
Şuşada İslam Dünyası İrs Komitəsinin iclası keçiriləcək
17:48, Bu gün
Amerika müsəlmanları Kamala Harrislə görüşdə nələri xahiş edib? - CNN
17:40, Bu gün
"Bağırov və Beriya birlikdə Müsavat hakimiyyətinin əks-kəşfiyyatında çalışıblar..."
17:36, Bu gün
Sammitdə soyuq qarşılanan Paşinyan: Ermənistanın Frankofoniya fiaskosu - ŞƏRH + FOTO
17:30, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
17:24, Bu gün
Cüdoçumuz dünya çempionatında əldə etdiyi nəticə ilə adını tarixə yazdırdı
17:18, Bu gün
HƏMAS-İsrail müharibəsinin bir ili: Kim nə qazanıb? - ŞƏRH + FOTO
17:13, Bu gün
“Qarabağ”ın futbolçusu millinin heyətindən çıxarıldı - SƏBƏB
17:07, Bu gün
Azərbaycanlı aktyor səhnədə evlilik təklifi etdi - VİDEO
17:02, Bu gün
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfərdədir - FOTO
16:57, Bu gün
15 yaşlı Sevincin qətlində şübhəli bilinən şəxsin meyiti tapıldı - FOTO
16:52, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ! - Növbəti iki gündə...
16:50, Bu gün
Qəzzada müharibənin bir ili ərzində 41 mindən çox dinc insan qətlə yetirilib
16:47, Bu gün
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
16:42, Bu gün
“Elnarənin mənə qarşı xislətinin olduğunu anladım” - VİDEO
16:37, Bu gün
Tahir Kərimli: “Greencard”a qadağa qoyulmamalıdır
16:32, Bu gün
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
16:32, Bu gün
BDU-da elmi seminar: “Kvant aləmində Furye çevirmələri”
16:27, Bu gün
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirildi
16:22, Bu gün
Prezidentin adından saxta məlumat yayıldı
16:17, Bu gün
BDU-da Tələbələrarası Zəfər Kubokunun seçim mərhələsi keçirilib
16:12, Bu gün
Əsgərinin önündə döyüşərək şəhid olan Vətən Müharibəsi Qəhrəmanı 
16:07, Bu gün
Bakıda qazanxanada partlayış: 9 nəfər yaralandı - YENİLƏNİB
16:03, Bu gün
Röya bu səhnə geyiminə 96 min manat xərclədi - FOTO
15:59, Bu gün
Çavuş arvadını öldürüb intihar etdi
15:55, Bu gün
Azərbaycan COP29-da əlavə təşkilati xərcləri öz üzərinə götürür
15:50, Bu gün
Azad olunmuş ərazilərdə 232 mina zərərsizləşdirilib
15:38, Bu gün
Payızda sevgilisini itirəcək bürclər – Diqqətli olun
15:33, Bu gün
Azərbaycanlı gənc NASA direktoru ilə görüşdü
15:27, Bu gün
Tələbə arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
15:22, Bu gün
"Nə qədər ki, mən baş nazirəm, Ukrayna NATO-ya daxil olmayacaq" - Robert Fitso
15:17, Bu gün
Sürücülərin bu səhvi maşınlara ciddi ziyan vurur - VACİB AÇIQLAMA
15:12, Bu gün
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub - FOTO
15:07, Bu gün
Son bir həftədə 250-dən çox şəxs üçün təsərrüfatlar yaradılıb - FOTO
15:02, Bu gün
İki qızı vəhşicəsinə öldürən qatilin qonşularından ŞOK AÇIQLAMA
14:57, Bu gün
COP29 tədbirlərində 6 dildə tərcümə olacaq
14:52, Bu gün
“Başqalarının mənzilində məskunlaşmış 137 ailə geri qayıdıb”
14:48, Bu gün
“Onlar hər yerdə özlərindən geriyə ancaq qan gölü buraxırlar”
14:46, Bu gün
Tibb üzrə Nobel qalibləri açıqlandı
14:41, Bu gün
Emin Ağalarov atası ilə işbirliyinə niyə son qoydu? - AÇIQLAMA
14:30, Bu gün
"Putin Trampı Ukraynaya qarşı ovqata kökləyib və öz tərəfinə çəkib" - "The New York Times"
14:24, Bu gün
"1 şirvan qonorar aldı, öpüb alnına qoydu..." - VİDEO
14:18, Bu gün
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış etdi - YENİLƏNİB
14:12, Bu gün
Evlərində kirayə qalan oğlanı sevdi: "Məni məcbur etdilər ki..." – ŞOK TƏFƏRRÜAT
14:06, Bu gün
“Kupçalı” ev axtaran hər kəs bu qəsəbəyə üz tutur – Paytaxta yaxın və ucuz evlər
14:00, Bu gün
Arzu Nağıyevdən ABŞ-yə şillə kimi arqumentlər
13:54, Bu gün
Belaruslu milli qəhrəmanımızın anasına hədiyyə və yardım çatdırılıb - FOTO
13:48, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi ambisiyalı öhdəliklər və strateji təşəbbüslərlə yekunlaşdı - FOTO
13:42, Bu gün
Ayan ilk dəfə sevdiyi şəxsdən DANIŞDI
13:36, Bu gün
STM dövlət qurumlarının stasionar və qaynar xətlərinin fəaliyyətini qiymətləndirib
13:30, Bu gün
Siyəzən sakinində narkotik vasitə aşkarlandı - VİDEO
13:25, Bu gün
Azərbaycanda vəzifəli şəxsin 160 minlik əmlakına həbs qoyuldu - RƏSMİ
13:20, Bu gün
Oktyabrın 8-nə olan hava PROQNOZU
13:15, Bu gün
Ceyhun Bayramovla Ararat Mirzoyanın Moskvada görüşü olacaq?
13:10, Bu gün
Toyda Röyanın əlindən tutub oynadan "OLİQARX" KİMDİR? - VİDEO
13:05, Bu gün
Suriya və İraqdan 8 nəfər Azərbaycana repatriasiya edildi
13:00, Bu gün
BDU-nun şəhid məzunu Vüqar Məmmədovun məzarı ziyarət olunub - FOTO
12:57, Bu gün
Müəllim Günündə müəllim intiharı xəbəri...- Onun yerinə bir yarıçılpaq müğənni olsaydı...
12:56, Bu gün
Bu avtobusların hərəkət intervalı azaldıldı
12:51, Bu gün
“Azerconnect Group” “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda keçirilən tədbirdə iştirak edib
12:46, Bu gün
“Çin çıxan yuxular” sənədli filminin təqdimatı keçirilib - FOTOLAR
12:41, Bu gün
Bu il UNEC-ə 12 nəfər Prezident təqaüdçüsü qəbul olub
12:36, Bu gün
"Rusiyaya təzyiqimizi artıracağıq, yalnız güclə sülhü yaxınlaşdırmaq olar" - Zelenski
12:30, Bu gün
Azərbaycana qarşı 2010-cu il “ssenarisi”: “Qərbi Ermənistan ideya”sının pərdəarxası...
12:25, Bu gün
Putinin doğum günüdür - Rusiya lideri haqqında SENSASİON FAKTLAR
12:21, Bu gün
Xalq artistinin kabinetdə mini ətəkli qızla VİDEOSU YAYILDI - Belə əyləndilər...
12:17, Bu gün
Vətən Müharibəsi iştirakçısı faciəvi şəkildə ÖLDÜ
12:12, Bu gün
Azərbaycan atıcısı dünya çempionu oldu
12:08, Bu gün
Biri Bakıdakı, digəri Cəbrayıldakı evinə qayıtdı - VİDEO
12:04, Bu gün
"Neftçi" Qriqorçukla yollarını ayırdı
11:58, Bu gün
Pulu sağa-sola səpən israfçı bürclər - Hər şey həzz almaq üçün...
11:55, Bu gün
“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirildi - FOTO
11:51, Bu gün
Nərimanovda hərbi sursat aşkarlandı - VİDEO
11:47, Bu gün
Musa Qurbanlı milliyə dəvət olundu
11:44, Bu gün
Elektromobillərlə bağlı yenilik: Vergidən azad edilir
11:39, Bu gün
“Ermənistan Azərbaycandan rəsmi üzr istəsin...” - Qüdrət Həsənquliyev
11:36, Bu gün
DSX hərbçisi faciəli şəkildə öldü
11:35, Bu gün
BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün təlim keçirib
11:33, Bu gün
Bakıda restoranda saxta spirtli içkilər aşkarlanıb
11:29, Bu gün
Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır
11:15, Bu gün
16 sanatoriya ləğv olundu - SİYAHI
11:08, Bu gün
"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!
11:03, Bu gün
Ukraynada həyəcan siqnalı verilib, Kiyevdə partlayışlar eşidilir
10:56, Bu gün
Yer kürəsində maqnit qasırğası başladı
10:46, Bu gün
Paraşüt qəzasında ölən şəxs həkim imiş
10:39, Bu gün
Göygöldə əqrəb sancan müəllim ölüb
10:31, Bu gün
NİİM: Toy karvanlarında iştirak edən sürücülər süni sıxlıq yaradırlar
10:25, Bu gün
Rusiyanın Krımdakı ən böyük neft bazası vuruldu
10:18, Bu gün
Paşinyan seçim qarşısında: sülh, yoxsa Makron?
10:09, Bu gün
Yunan nazirdən Türkiyə ilə bağlı kritik açıqlama: Addım-addım...
10:04, Bu gün
İctimai nəqliyyatın günümüzə qatdığı stress - Necə mübarizə aparmaq olar?
09:55, Bu gün
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək
09:49, Bu gün
Kişilər bu BÜRCLƏRİN qadınlarını unuda bilmirlər
09:36, Bu gün
Kredit kartları ilə bağlı YENİLİK: Verilmə qaydaları sərtləşdirilə bilər
09:31, Bu gün
Ukrayna hərbçiləri Rusiya tərəfdə vuruşan Misir vətəndaşını əsir götürdü...
09:27, Bu gün
Avro və rub ucuzlaşdı, dollar isə.. - Görün nə qədər oldu
GÜNLÜK
00:16, Bu gün
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
06 Oct 2024 | 19:05
“Çox yaşamaq üçün gec evlənin” - Azərbaycanın 104 yaşlı kişi pensiyaçısının sirri
06 Oct 2024 | 23:07
Netanyahu Makronu öncə təhqir etdi, sonra telefonla danışdı
06 Oct 2024 | 18:42
Ən çox maaşı onlar alır -SİYAHI
06 Oct 2024 | 23:00
Zurabişvili baş nazirliyə namizədini müəyyən etdi
06 Oct 2024 | 22:24
“Günlərlə tiktokda üzdən iraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar?”- Mehriban Xanlarova “SAHİLSİZ GECƏ”-dən danışdı
06 Oct 2024 | 23:11
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
06 Oct 2024 | 22:44
Rumıniya Ali Məhkəməsi onun prezidentlik yolunu BAĞLADI
06 Oct 2024 | 22:52
Gürcüstan həbsxanalarında yeni ANTİREKORD
00:24, Bu gün
"Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq"
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
30 Sep 2024 | 20:58
“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
AYLIQ
00:16, Bu gün
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
06 Oct 2024 | 19:05
“Çox yaşamaq üçün gec evlənin” - Azərbaycanın 104 yaşlı kişi pensiyaçısının sirri
06 Oct 2024 | 23:07
Netanyahu Makronu öncə təhqir etdi, sonra telefonla danışdı
06 Oct 2024 | 18:42
Ən çox maaşı onlar alır -SİYAHI
06 Oct 2024 | 23:00
Zurabişvili baş nazirliyə namizədini müəyyən etdi
06 Oct 2024 | 22:24
“Günlərlə tiktokda üzdən iraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar?”- Mehriban Xanlarova “SAHİLSİZ GECƏ”-dən danışdı
06 Oct 2024 | 23:11
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
06 Oct 2024 | 22:44
Rumıniya Ali Məhkəməsi onun prezidentlik yolunu BAĞLADI
06 Oct 2024 | 22:52
Gürcüstan həbsxanalarında yeni ANTİREKORD
00:24, Bu gün
"Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq"