Ekskluziv
1790
10 Aug 2024 | 10:26

"İran Rusiyaya yüzlərlə ballistik raketlər tədarük edəcək" - "Reuters"

"Bu, Ukrayna müharibəsində eskalasiyadır, NATO və G7 üzrə müttəfiqlər tez və sərt cavaba hazırdır..."
 
İran Rusiyaya yüzlərlə 120 km mənzilli ballistik raketlər tədarük etməyə hazırlaşır. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Avropa kəşfiyyatındakı mənbələrə istinadən məlumat verib.
 
Məlumatda deyilir ki, hazırda onlarla rusiyalı hərbi qulluqçu İranda "Fath-360" ballistik raketlər sistemini öyrənir, bu zaman Ukraynada müharibə üçün peyk yönləndiricisi olan yüzlərlə silahın Rusiyaya çatdırılmasının qaçılmaz olduğu gözlənilir.
 
"Rusiya Müdafiə Nazirliyinin nümayəndələri dekabrın 13-də Tehranda İranın rəsmi şəxsləri ilə "Fath-360" və İran Aerokosmik Sənayesi dövlət təşkilatı tərəfindən yaradılan "Ababil" ballistik raketlər sisteminin tədarük edilməsi barədə müqavilə imzalayıb", - nəşr yazıb.
 
Eyni zamanda ABŞ  ballistik raketlərin mümkün tədarükü barədə məlumatı təsdiq etməkdən imtina edib.
 
Bu zaman Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi vurğulayıb ki, belə tədarük Ukrayna müharibəsində eskalasiya demək olacaq, NATO və G7 üzrə müttəfiqlər İranın bu tədarükünü həyata keçirəcəyi təqdirdə tez və sərt cavaba hazırdır.
 
İranın Ruiya ilə əməkdaşlığı - son xəbərlər
 
Bu yaxınlarda Rusiya İrana "İsgəndər" və "Murmansk-BH" radio-elektron mübarizə sistemləri ötürüb.
 
İsrailin "Channel 14" xəbərlər xidmətinin məlumatına görə, bu tədarük Rusiyadan İrana çoxsaylı reyslər edən İl-76 hərbi-nəqliyyat təyyarələrinin köməyilə həyata keçirilib.
 
Həmçinin məlumat verilib ki, "Murmansk-BH" sistemləri 5 min km məsafədə peyk naviqasiyası və rabitəsinin qarşısının alınması üçün nəzərdə tutulub.
Link kopyalandı!
Son xəbərlər