Şəriətə görə kafir kimə deyilir və onunla münasibət necə olmalıdır?..-SUAL-CAVAB
Aktual
1707
10 Aug 2024 | 06:46

Şəriətə görə kafir kimə deyilir və onunla münasibət necə olmalıdır?..-SUAL-CAVAB

 "Kafiri özbaşına şəkildə cəzalandırmaq şəriətə ziddir. Ümumiyyətlə, məhkəməsiz bir kəsə cəza vermək yolverilməzdir..."
 
Geniş yayılmış fikrə görə kafir – Allahı danan, Həzrət Mühəmmədin (s) peyğəmbərliyini qəbul etməyən şəxsə deyilir. Əgər bir şəxs dinin vacib olan bir hökmünü qəsdən inkar edərsə, bu halda da kafir hökmündədir. Məsələn, namaz qılmağın vacib olduğunu inkar etsə, qiyamət gününün mövcudluğunu və axirəti dansa, kafir sayılır. Lakin diqqət yetirilməli məsələ budur ki, bu məsələlərdən xəbəri olmadığı üçün qəbul etməsə və ya şəkk etsə, kafir sayılmaz. Əgər həqiqət onun üçün tam izah edildikdən sonra yenə inadkarlıq üzündən inkar etsə, artıq bu halda üzürsüz sayılar. Şiə məzhəbinə görə, 12 imamla və Həzrət Fatimə (ə) ilə düşmənçilik edən və ya onları söyən adam da kafir hökmündədir. İmamlara hörmətlə yanaşan, amma onları məsum və imam saymayan şəxslər (həmçinin sünnilər) bura aid deyil. Kafir şəxsə nəsihət etmək və həqiqəti başa salmaq məsləhətdir. Əgər qəbul etməzsə və öz fikrində qalarsa, onunla əlaqəni kəsmək və baykot etmək lazımdır. Kafiri özbaşına şəkildə cəzalandırmaq şəriətə ziddir. Ümumiyyətlə, məhkəməsiz bir kəsə cəza vermək yolverilməzdir.
 
Mənbə: //islam.az
Link kopyalandı!
Son xəbərlər