Ekskluziv
1797
09 Aug 2024 | 18:05

"Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı eskalasiya deyil" - Pentaqon

 
"Ukrayna döyüş meydanında uğur əldə etmək üçün lazım olanları edir..."
 
Pentaqon Rusiyanın Kursk vilayətində baş verən hadisələri şərh edib
 
Ukraynanın Kursk vilayətində hərəkətləri tədarük edilən silahlardan istifadə edilməsi üzrə "ABŞ-ın siyasətinə uyğundur".
 
Moderator.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh bəyan edib. Məlumatı "gazeta.ru" nəşri yayıb.
 
Məlumatda deyilir ki, Pentaqon Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətində əməliyyatını eskalasiya hesab etmir. 
 
"Biz hesab etmirik ki, bu, hər-hansı formada eskalasiyadır. Ukrayna döyüş meydanında uğur əldə etmək üçün lazım olanları edir", - o, deyib.
 
Sinqh əlavə edib ki, ABŞ bundan sonra da Ukraynaya lazım olan vasitələrlə dəstək verəcək.
 
Bundan başqa, Sinqh qeyd edib ki, Ukraynanın Kursk vilayətində hərəkətləri tədarük edilən silahlardan istifadə edilməsi üzrə "ABŞ-ın siyasətinə uyğundur".
 
Kursk vilayətində döyüşlər
 
Artıq üçüncü sutkadır ki, Rusiyanın Kursk vilayətində döyüş əməliyyatları davam edir. KİV-lər USQ-nin əməliyyatı barədə məlumat verir, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı bu hadisələri rəsmən şərh etmir.
 
Kursk vilayətində hadisələrə Fransa Müdafiə Nazirliyi də münasibət bildirib. Qeyd edilir ki, Ukraynanın əməliyyatı "müəyyən ilkin uğur əldə edib".
 
Zelenskinin adı açıqlanmayan müşaviri "The Washington Post" nəşrinə şərhində deyib ki, Ukraynanın rəsmi şəxsləri ABŞ-dan uzaqmənzilli ATACMS raketlərindən Rusiyanın cavab hücumları üçün istifadə etdiyi hava limanlarını məhv etmək üçün istifadə etməyə icazə verilməsini xahiş edib.
Link kopyalandı!
Son xəbərlər