Özünü seyid kimi təqdim edib dilənən adama pul vermək düzgündürmü?..-SUAL-CAVAB
Aktual
1598
09 Aug 2024 | 06:06

Özünü seyid kimi təqdim edib dilənən adama pul vermək düzgündürmü?..-SUAL-CAVAB

Geniş anlamda Qüreyş soyundan olanların hamısı, daha dar mənada Həzrət Mühəmməd Peyğəmbərin (s) nəslindən olanlar seyid sayılırlar. Seyidlərə ehtiram göstərmək savabdır. Amma seyidlik insana yalnız üstünlük deyil, həm də məsuliyyət gətirir. Şəriətə görə seyidlərə sədəqə vermək olmaz. Seyidin qəsdən başqalarından sədəqə alması düzgün deyil. Hətta Ramazan bayramı günün cerilən fitrə zəkatının da seyid olmayan şəxs tərəfindən seyidə vürilməsi icazəli deyil, fitrə zəkatını yalnız özü seyid olan şəxs fəqir seyidə verə bilər. Sədəqə və zəkatın əvəzində şəriətdə seyidlər üçün xümsdən pay nəzərdə tutulub. Seyidlərə hədiyyə və nəzir vermək isə icazəlidir. Küçədə dilənən şəxs əgər seyid olduğunu deyirsə, yaxşı olar ki, ona sədəqə yox, hədiyyə niyyətilə pul verilsin.
 
Mənbə: //islam.az
Link kopyalandı!
Son xəbərlər