Kafe sahibi hesaba görə müştərini ÖLDÜRDÜ
Hadisə
Oxunub: 1546
08 Aug 2024 | 21:02
Kafe sahibi hesaba görə müştərini ÖLDÜRDÜ
Moderator.az demokrat.az-a istinadən xəbər verir ki, Rüfət Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində "Anar" adlı kafeni icarə əsasında işlədərkən əvvəllər bir neçə dəfə dostları ilə həmin kafedə yeyib-içdikdən sonra hesabı ödəyə bilmədiyindən nisyə yazdırıb sonradan ödəyəcəyini öhdəsinə götürməsinə baxmayaraq, pulu ödəmədiyinə görə kafenin müştərisi Elçin ilə 11 yanvar 2022-ci ildə, saat 17:00 radələrindən etibarən dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlayıb.
 
Rüfət kafeni bağlayaraq başqa şəxsə təhvil verdiyini, borcu ödəmək üçün götürdükləri möhlətin son günü olduğunu xatırladıb, borc pulu ondan ödəməyi tələb edib. Elçin pulu ödəməkdən imtina edərək dostlarının ona ödəyəcəyini bildirdib.
 
Daha sonra Rüfət Elçinin hesab borcunu verməkdən imtina etdiyinə görə qarşılıqlı olaraq telefon vasitəsi ilə kobud danışaraq bir-birilərini nalayiq ifadələrlə təhqir ediblər. Aralarında yaranmış münaqişəni həll etmək üçün həmin gün saat 17:00 radələrində Elçin ilə görüşüb və ona xəsarət yetirib.
 
Bundan xəbər tutmuş Rövşən Rüfətə zəng edərək mübahisə edib, Elçinə bədən xəsarəti yetirməsinə, pulu tələb etməsinə görə ona iradını bildirib. Sonra Rövşən heç vaxt kafedə pul ödəmədiyini bildirib və bu məsələyə qarışmamasını dedikdən sonra qarşılıqlı olaraq həmin telefon danışığı zamanı bir-birilərini nalayiq ifadələrlə söyüblər.
 
Rüfət Rövşənin söyüşlərini qəbul etməyərək şəxsi münasibətlər zəminində yaranmış ədavət üzündən onu öldürmək qərarına gəlib. Niyyətini qətiləşdirdikdən sonra Rövşəni mağazanın qarşısına çağırıb.
 
Rüfət həmin gün, saat 20:12-də etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı avtomobillə həmin yerə gedib və Rövşənin də ora gəlməsini gözləyib. Rövşən saat 20:32-də qeyd olunan yerə gəlib.
 
Daha sonra Rüfət mağazanın qarşısında Rövşənə yaxınlaşaraq əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla onun döş qəfəsi və boyun nahiyəsinə bir neçə zərbə vurub. Rövşən aldığı bıçaq xəsarətlərindən vəfat edib.
 
Hadisəni törədən Rüfətin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rüfət ona elan olunmuş ittiham üzrə özünü qismən, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.
Ətraflı
Ad - 00:07
 
Rüfət ifadəsində göstərib ki, Sumqayıt şəhəri, 6-cı mikrorayonda ailəsi ilə birlikdə yaşayıb: "Mənim ailəm həyat yoldaşım və qızımdan ibarətdir. Təxminən hadisədən iki ay əvvəl Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Zöhraba məxsus "Anar" adlı kafeni icarə əsasında işlətməyə başladım. Kafedə aşpaz və ofisiant işlətmişəm. Onlar gündəlik gəlib işləyiblər. Buna görə də iki ay müddətində çoxlu sayda aşpaz və ofisiant həmin kafedə işləyib. Həmin kafeni işlətməyə başlayandan Elçin adlı şəxs hər dəfə bir neçə nəfərlə birlikdə müştəri kimi həmin kafeyə gəlib. Elçini əvvəllər tanımamışam. Başqa münasibətim, aramızda düşmənçilik və ədavətimiz olmayıb. Elçin mütəmadi kafeyə müştəri kimi gəldiyinə görə, ona nisyə də xidmət etmişəm. Elçinə verdiyim yemək və içkinin pulunu o, ödəyə biləndə ödəyib, ödəyə bilməyəndə isə sonra verəcəyini deyib. Mən də daimi gələn müştəri olduğuna görə, ona bir söz deməmişəm".
 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən üç gün əvvəl kafedə işləri yaxşı olmadığına görə kafeni işlətməyi dayandırıb: "Hadisədən əvvəlki gün isə kafeni Zöhraba təhvil verib.
 
Elçinin kafeyə 80 manat borcu qaldı. Elçin neçə nəfərlə kafeyə müştəri kimi gəlsə də, onlara nisyə göstərilən xidmət onun adına hesablanıb. Çünki Elçin həmin borcu özünün ödəyəcəyini deyib. O, borcundan qalan pulu əvvəlki danışıqlarında yanvarın 11-də verəcəyinə söz verib.
 
Buna görə də həmin gün, saat 12:00 radələrində Elçinə zəng etdim və mənə olan 80 manat borcunu verməsini istədim. Elçin telefonda bildirdi ki, yas mərasiminə getməlidir, dostları həmin pulu ona verəcəklər. Mənə Elçinin bu sözünə irad bildirdim, pulu mənə həmin gün verəcəyinə söz verdiyini bildirdim. Elçinlə telefonda borcunu verməməsinə görə aramızda sözlə mübahisə yarandı. Biz telefonda görüşmək qərarına gəldik. Elçindən harada olduğunu soruşdum. Elçin 8-ci mikrorayonda mənim işlətdiyim həmin kafenin yanında olduğunu dedi. Ona bildirdim ki, orada gözləsin, gəlirəm. Mən idarə etdiyim "Toyota Prius" markalı avtomobillə həmin kafenin yanına getdim. 8-ci mikrorayon ərazisində işıq idarəsinin yanında Elçinlə görüşdüm. Elçinlə küçədə borcunu verməməsinə görə mübahisə etdik. Mübahisə zamanı bir-birimizin yaxasından tutduq. Lakin Elçini vurub xəsarət yetirmədim.
 
Elçin də mənə xəsarət yetirmədi. Mən Elçini təhqir etməmişəm. Elçin də məni təhqir etməyib. Biz mübahisə edəndən sonra Elçinin mənə borcunu ödəməsi ilə bağlı razılığa gələ bilmədik. Mübahisədən sonra bir-birimizdən uzaqlaşaraq getdik".
 
Rüfət bildirib ki, daha sonra həmin gün saat 17:23-də Rövşən ona zəng edib: "Rövşən Elçinlə birlikdə bir neçə dəfə işlətdiyim kafeyə gələrək onunla yeyib-içib. Lakin Rövşən heç vaxt işlətdiyim kafedə hesab ödəməyib. Heç vaxt həmin borcu ödəyəcəyinə söz verməyib. Rövşən telefonda dedi ki, nə üçün Elçinə zəng edib ondan pul istəmişəm. Rövşənə dedim ki, bu məsələ Elçinlə mənim aramdadır, özüm bilərəm. Rövşən bildirdi ki, mən Elçinə qarşı yekəxanalıq edirəm. Rövşənə dedim ki, mən yekəxanalıq etmirəm, borcumu istəyirəm, Rövşən heç vaxt onsuzda kafedə pul ödəyən olmayıb, onluq bir şey yoxdur. Mənim bu sözüm Rövşənin xoşuna gəlmədi. Elçinə zəng edərək bildirdim ki, Rövşən nə üçün mənə zəng edib, aramızdakı məsələni müzakirə edir. Elçin bildirdi ki, lazımdırsa, hazırda xatırlamadığım yanacaq doldurma məntəqəsinə gedərək pulu oradan götürüm. Mən Elçinin bu sözü ilə razı olmadım, pulu özünün gətirərək verməsini dedim".
 
Rüfətin sözlərinə görə, bundan sonra Rövşən ona zəng edib, onunla kobud danışıb: "Mən də buna görə onunla kobud danışdım. Bildirdim ki, telefonda belə ürəkli danışır. Rövşən dedi ki, görüşək. Mən Rövşənə dedim ki, indi görüşək. Rövşən indi işdə olduğunu söylədi. Mən də Rövşənə kobud cavab verərək sağollaşdım, evə getdim. Sonra evdən çıxdım və 9-cu mikrorayon ərazisinə getdim. Həmin vaxt Rövşən zəng etdi, yenə mübahisə etdi. Rövşən məni nalayiq söyüşlərlə təhqir etdi. Mən də Rövşəni nalayiq söyüşlərlə təhqir etdim. Rövşən məndən harada olduğumu soruşdu. Rövşənə 9-cu mikrorayon ərazisində marketin arxasında olduğumu dedim. Sonra idarə etdiyim "Toyota Prius" markalı avtomobildə gözlədim. Marketin yanında mənə məxsus anbar kimi istifadə etdiyim obyekt var. Rövşən mənə zəng edəndə orada olmuşam. "Anar" adlı kafedə işlətdiyim məişət əşyalarını gətirərək ora yığmışam. Həmin vaxt da əşyaların içərisindən əlimə bıçaq keçdi. Bir az keçəndən sonra Rövşən taksi avtomobili ilə marketin arxasından keçən asfalt yolun kənarına gəldi, avtomobildən düşdü. Mən də Rövşəni görərək avtomobildən düşdüm və ona yaxınlaşdım. Niyə mənimlə belə danışdığını dedim, qarşılıqlı bir-birimizi itələdik. Bundan sonra əlimdəki bıçaqla xatırlamadığım sayda zərbələr vuraraq onu öldürdüm. Ətrafda olan şəxslər Rövşənə bıçaqla zərbələr vurduğumu görərək qışqırmağa başladılar. Bu zaman bıçaq əlimdə qaldı. Buna görə bıçağı yaxınlıqdakı tikilinin üstünə tulladım və orada gözlədim. Fikirləşdim ki, bu hadisən törətdiyimə görə polis gələndə ona yaxınlaşacağam. Qısa müddət ərzində mənə mülki geyim formasında, mülki avtomobildə polis əməkdaşları yaxınlaşdılar. Özlərini təqdim etdilər və məni Sumqayıt Şəhər Polis İdarəsinə apardılar".
 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüfət 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 
Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Onun ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi qeyd olunub.
 
 
Oxşar xəbərlər
00:19, Bu gün
Azərbaycan istehsalı olan aviabomba ASELSAN-ın lazer dəsti ilə hədəfi yüksək dəqiqliklə vurub
00:08, Bu gün
Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB
00:08, Bu gün
Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 4 il ötür
00:02, Bu gün
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
00:01, Bu gün
Netanyahu Həsən Nəsrullahın iki xələfinin aradan götürüldüyünü açıqladı
08 Oct 2024 | 23:56
İsrail Suriyada SEPAH komandirlərinin olduğu binanı hədəfə alıb
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
08 Oct 2024 | 23:03
"Dövlət başçıları nə qədər qazanır və onlardan ən çox qazananı kimdir?" - "Forbes"
08 Oct 2024 | 23:02
"Biz İsrailə İranın iradəsini sınamağı məsləhət görmürük" - İran XİN rəhbəri
08 Oct 2024 | 22:43
İsrail İran səfirliyi yaxınlığına zərbə endirdi
08 Oct 2024 | 22:35
Paşinyan Putinə şikayət etdi: Bəzi Rusiya rəsmiləri…
08 Oct 2024 | 22:28
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik
08 Oct 2024 | 22:13
Serialı final etmədən yeni işi bəlli oldu
08 Oct 2024 | 21:54
Bu maşınları almaq istəyənlər üçün vacib dəyişiklik
08 Oct 2024 | 21:46
Bu məsələdə onların əli var - Ərdoğan
08 Oct 2024 | 21:38
Gənclərimiz ATƏT-in tədbirində erməni iddialarını İFŞA ETDİLƏR
08 Oct 2024 | 21:30
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
08 Oct 2024 | 21:16
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR
08 Oct 2024 | 21:08
Bu aviaşirkət İrana uçuşları ləğv etdi
08 Oct 2024 | 21:00
İraqda İŞİD lideri məhv edildi
08 Oct 2024 | 20:53
"ABŞ Qəzzada müharibə başlanandan İsrailə rekord məbləğdə hərbi yardım edib" - "Sky News"
08 Oct 2024 | 20:45
"Şimali Koreya Ukraynaya nizami qoşun yeridə bilər" - KXDR müdafiə naziri
08 Oct 2024 | 20:40
Türkiyədə son hadisələrdən sonra qalmaqallı FOTOsu gündəmə gəldi
08 Oct 2024 | 20:35
"Apple" hər il yeni cihazları buraxmağı dayandıracaq - "Bloomberg"
08 Oct 2024 | 20:30
Paket çaydan istifadə edəndə bu səhvə yol verməyin
08 Oct 2024 | 20:24
Qocalmadan ölənlər, səhiyyə problemləri... - Pensiyaçıların sayı niyə azalır?
08 Oct 2024 | 20:16
Limonlu su içmək nə zaman səhvdir
08 Oct 2024 | 20:10
“Aygün Kazımova yanacağını bilə-bilə bunu etdi” - VİDEO
08 Oct 2024 | 20:05
ABŞ bölgədə gərginlik yaratmağa çalışır
08 Oct 2024 | 19:58
MDB-nin regional birlik kimi nüfuzu artır - Putin
08 Oct 2024 | 19:50
Gimnastlarımız Zaqreb turnirində
08 Oct 2024 | 19:43
36 yaşlı idmançı gənə dişləməsi nəticəsində öldü
08 Oct 2024 | 19:35
Xərçəngdən qorunmaq üçün sadə bir qida
08 Oct 2024 | 19:30
Prezident Moskvada 9 May – Qələbə Bayramının önəmindən danışdı
08 Oct 2024 | 19:23
Ərdoğan Putinə “yaxşı türk hədiyyəsi” göndərdi
08 Oct 2024 | 19:15
Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib
08 Oct 2024 | 19:00
Prezident Moskvada geniş tərkibli mühüm iclasda iştirak edir
08 Oct 2024 | 18:58
“Ermənistan bayrağını hansı rəng, hansı simvolla bəzəyirsə bəzəsin, reallıq dəyişməyəcək”
08 Oct 2024 | 18:50
Həm havanı təmizləyən, həm də elektrik enerjisi istehsal edən süni bitki
08 Oct 2024 | 18:45
Ən sıxıcı üç bürc - Onların bir sonrakı addımını təxmin etmək çox sadədir
08 Oct 2024 | 18:40
9 ayda ölkəmizə 2 milyona yaxın turist gəldi
08 Oct 2024 | 18:35
Narı necə yemək olar - toxumlu və ya toxumsuz
08 Oct 2024 | 18:28
Müşfiqabad sakinləri 4 gündür susuz qalıb - SƏBƏB AÇIQLANDI
08 Oct 2024 | 18:20
“Niyə mənim bəxtim gətirmir?” deyənlərin 6 səhvi
08 Oct 2024 | 18:15
Yaşıl çay stressi azaldırmı?
08 Oct 2024 | 18:09
Xudu Məmmədovun kəndində repressiya edilmiş, güllələnmiş soydaşlarımız haqda kitab işıq üzü gördü…
08 Oct 2024 | 18:05
Paytaxtdakı nəqliyyat sıxlığını bu cür aradan qaldırmaq olar - YENİ TƏKLİF
08 Oct 2024 | 18:00
Vüqar Rəhimzadə: ABŞ-ın riyakar və ikiüzlü siyasəti regionda sülhə təhdiddir
08 Oct 2024 | 18:00
Putin Laçın şəhəri ilə bağlı mühüm xəbəri elan etdi
08 Oct 2024 | 17:56
Ermənistanın çobanyastığı siyasəti: Ştirlis kimi davranan Paşinyan - ŞƏRH + FOTO
08 Oct 2024 | 17:55
Hikmət Hacıyev Lavrovun müavini ilə görüşüb
08 Oct 2024 | 17:54
Lukaşenko: Belarusa hücum Ukraynanın hərbi cəhətdən süqutu deməkdir
08 Oct 2024 | 17:50
Yeni COVID variantı sürətlə yayılır - Təhlükə barədə XƏBƏRDARLIQ
08 Oct 2024 | 17:49
Ermənistan Azərbaycanla sərhəddə elə bir bayraq qaldırdı ki... - Video
08 Oct 2024 | 17:46
Süni ağardılan QƏND, saxta DÜYÜ - Partlayış baş verən "Bolluq" MMC ilə bağlı SENSASİON iddialar
08 Oct 2024 | 17:45
Şirkət direktorunun cinayət işi məhkəməyə göndərildi
08 Oct 2024 | 17:44
Ermənistandakı Aİ "müşahidəçiləri" Azərbaycanla sərhəddə aktivləşiblər
08 Oct 2024 | 17:40
Muxtar Babayev İƏT rəsmisi ilə görüşdü
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
08 Oct 2024 | 17:37
İlon Mask: "Əgər Tramp seçkini uduzsa, mən batdım"
08 Oct 2024 | 17:35
Baş prokuror geniş kollegiya iclası keçirdi - FOTOLAR
08 Oct 2024 | 17:30
Kartofu soyuducuda necə saxlamaq olar?
08 Oct 2024 | 17:27
Dünya bir pəncərədir...
08 Oct 2024 | 17:24
"Ayətüllah Xameneinin bəyanatlarında kəskin tonlar sezilmir" - ABŞ MKİ direktoru
08 Oct 2024 | 17:18
BDU-nun Prezident təqaüdçüləri: “Məqsədimiz Vətənimizə layiq hüquqşünas olmaqdır” - FOTO
08 Oct 2024 | 17:12
Komitə sədri Rövşən Rzayev vətəndaşlarla görüşdü - FOTOLAR
08 Oct 2024 | 17:06
Bakıda qanunsuz yaşayan əcnəbilər saxlanıldı - VİDEO
08 Oct 2024 | 17:00
Əhməd Əhmədovun tükürpədici ifadəsi elan olundu - MƏHKƏMƏ İŞİ
08 Oct 2024 | 16:55
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etdi - YENİLƏNİB
08 Oct 2024 | 16:52
“Azərişiq” Tovuzda sahibkarlarla görüş keçirdi - FOTO
08 Oct 2024 | 16:46
Bu telekanallara protokol tərtib edildi
08 Oct 2024 | 16:40
Nazirlər Şuşada bəyannamə qəbul etdilər
08 Oct 2024 | 16:34
Deputat gündəmi zəbt edən toydan danışdı: “Bunu xəbərə çevirənləri...”
08 Oct 2024 | 16:28
”Biz Amerika bayrağında 51-ci ulduz olmaq istəmirik” - Zahid Oruc
08 Oct 2024 | 16:22
Əhməd Əhmədovun məhkəməsi qapalı keçirildi - YENİLƏNİB
08 Oct 2024 | 16:16
Afətin oğlunun toyuna ən çox pulu bu məşhur YAZDIRIB - FOTO
08 Oct 2024 | 16:10
“Vətəndaşın internetdən imtina etməsi, “şərikli internet” axtarması utandırıcıdır” - Osman Gündüz
08 Oct 2024 | 16:05
Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"
08 Oct 2024 | 16:00
"Putinlə ikitərəfli danışıqlar Ukraynasız mümkün deyil" - Kamala Harris
08 Oct 2024 | 15:55
"Bir də gözümü açdım ki, Xırdalanda 13-cü mərtəbədə ev almışam"
08 Oct 2024 | 15:50
Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı
08 Oct 2024 | 15:45
Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olunublar - FOTO
08 Oct 2024 | 15:43
Çərəzləri bu şəkildə yemək ZƏRƏRLİDİR 
08 Oct 2024 | 15:38
"ASAN xidmət" təcrübəsi Rumıniyada - FOTO
08 Oct 2024 | 15:33
Dilçi alimdən nazirin fikrinə münasibət: "Pul verib elmi iş yazdırırlar" - AÇIQLAMA
08 Oct 2024 | 15:27
Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı
08 Oct 2024 | 15:23
İlham Əliyev Putinlə görüşdü - YENİLƏNİB + FOTO/VİDEO
08 Oct 2024 | 15:19
Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlandı: Üç nəfər saxlanıldı - FOTO
08 Oct 2024 | 15:15
Azərbaycanda bu YDM-lər bağlandı
08 Oct 2024 | 15:10
Maşından çölə zibil atanlar 4000 manat cərimələnəcək
08 Oct 2024 | 15:05
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçildi
08 Oct 2024 | 15:00
BDU Dünya Akademik Sammitində öz stendi ilə təmsil olunur
08 Oct 2024 | 14:55
“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTO
08 Oct 2024 | 14:50
Növbəti köç karvanı Şuşaya çatdı, mənzillərin açarları təqdim olundu
08 Oct 2024 | 14:45
ABŞ ilə sazişlərə xitam verilsə... - İLGİNC DETALLAR
08 Oct 2024 | 14:40
Beş rayonun azad edilməsi uğrunda döyüşən Vətən Müharibəsi Qəhrəmanı 
08 Oct 2024 | 14:38
“İnarə Quliyeva oteldə yox, kinostudiyada qaldı, çox incidi və Azərbaycanı tərk etdi”-İLLƏR SONRA SİRRİ AÇDI-ÖZƏL
08 Oct 2024 | 14:35
BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”
08 Oct 2024 | 14:30
Sumqayıtda 21 yaşlı oğlan şagirdlə cinsi əlaqədə oldu, anası... – ŞOK TƏFƏRRÜAT
08 Oct 2024 | 14:25
Bakının mərkəzi avtomobillərə bağlanacaq - Nəhəng zonanın yaradılması üzərində iş gedir
GÜNLÜK
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
08 Oct 2024 | 11:59
Qarabağ Universitetində bufet qiymətləri diqqət çəkdi - SİYAHI
08 Oct 2024 | 09:59
Nar qabığında mükəmməl müalicə! - Qaynadıb içənə şəfa olur
08 Oct 2024 | 07:29
Bu içkilər insulta səbəb olur - Araşdırma
08 Oct 2024 | 08:48
C vitamini baxımından limonu üstələyən yeganə meyvə!
08 Oct 2024 | 08:10
Boşanmanı geridə qoymağın 13 yolu- ZAMAN ŞƏFA GƏTİRƏCƏK 
08 Oct 2024 | 07:59
Lukaşenko Rusiya PUA və dronlarını vurmağa icazə verdi...-"TASS"
08 Oct 2024 | 09:37
“Sən gəbərəcəksən!.. Səninlə vaxtında haqq-hesab çəkməyi bacararıq...”- Ona Azərbaycan rəhbəri belə demişdi...
08 Oct 2024 | 07:14
"İranın İsrailə sərt cavab üçün ən azı 10 ssenarisi var..."- "Tasnim"
08 Oct 2024 | 12:55
“Marsa qaçmaq sizi xilas etməyəcək”: Yerdəki həyatı nə məhv edəcək və nə qədər vaxtımız var?
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
AYLIQ
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
08 Oct 2024 | 11:59
Qarabağ Universitetində bufet qiymətləri diqqət çəkdi - SİYAHI
08 Oct 2024 | 09:59
Nar qabığında mükəmməl müalicə! - Qaynadıb içənə şəfa olur
08 Oct 2024 | 07:29
Bu içkilər insulta səbəb olur - Araşdırma
08 Oct 2024 | 08:48
C vitamini baxımından limonu üstələyən yeganə meyvə!
08 Oct 2024 | 08:10
Boşanmanı geridə qoymağın 13 yolu- ZAMAN ŞƏFA GƏTİRƏCƏK 
08 Oct 2024 | 07:59
Lukaşenko Rusiya PUA və dronlarını vurmağa icazə verdi...-"TASS"
08 Oct 2024 | 09:37
“Sən gəbərəcəksən!.. Səninlə vaxtında haqq-hesab çəkməyi bacararıq...”- Ona Azərbaycan rəhbəri belə demişdi...
08 Oct 2024 | 07:14
"İranın İsrailə sərt cavab üçün ən azı 10 ssenarisi var..."- "Tasnim"
08 Oct 2024 | 12:55
“Marsa qaçmaq sizi xilas etməyəcək”: Yerdəki həyatı nə məhv edəcək və nə qədər vaxtımız var?