Yay mövsümünün ən sevilən giləmeyvələrindən biri də qarpızdır. Lakin həm dadlı, həm faydalı olsa da, onu da yeməyin qaydası var.
Rusiya Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Fundamental tibb fənləri kafedrasının müəllimi, cərrah Aleksandr Umnov qarpızı günün hansı vaxtında yeməyin daha yaxşı olduğu barədə danışıb. Onun sözlərinə görə, bu giləmeyvəni gecə yox, gündüz və ya səhər yemək məsləhətdir.
Həkim qarpızı digər qidalardan ayrı yeməyi də tövsiyə edib və qarpızın güclü sidikqovucu olduğunu, sidik kisəsi nahiyəsində narahatlıq yarada biləcəyini xatırladıb.
Qarpızı həddən artıq çox yemək şişkinlik və ya qarın ağrısına səbəb ola bilər.
Bu baxımdan qarpız sidik-cinsiyyət sistemi xəstəlikləri, böyrək daşları, meteorizm, ishal, kolik, prostat və mədəaltı vəzinin ağır patologiyaları zamanı zərərlidir. Bundan başqa, iki yaşdan kiçik uşaqlara qarpız yemək olmaz, allergiya verə bilər.
Foodinfo.az