Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev və Amil Cəbiyev Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edirlər.
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib. Bolqarıstanda yerləşən Amerika Universiteti və London Universitet Kollecinin birgə təşkilatçılığı ilə Blaqoyevqrad şəhərində keçirilən olimpiada universitet tələbələri üçün nəzərdə tutulub. İştirakçılara cəbr, analiz (real və kompleks), həndəsə və kombinatorika sahələrini əhatə edən məsələlər təqdim ediləcək.
BDU-nun bu tələbələri, həmçinin universitetin təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Riyaziyyat üzrə Respublika Olimpiadasının qalibidirlər.