Kremldən MÜHÜM MESAJ: Şoyqunun Tehran və Bakıya qəfil səfərinin PƏRDƏARXASI
Siyasət
Oxunub: 1527
06 Aug 2024 | 16:48
Kremldən MÜHÜM MESAJ: Şoyqunun Tehran və Bakıya qəfil səfərinin PƏRDƏARXASI
Rusiya Federasiyasının keçmiş müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ötən gün İrana səfər edib. O, Tehranda Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə danışıqlar aparıb, Prezident Məsud Pezeşkian tərəfindən qəbul edilib. Bu gün isə S.Şoyqu Azərbaycana gəlib, Prezident İlham Əliyev tərəfindən qəbul edilib.
 
Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarından birinin Yaxın Şərqdə yaranan böhran və müharibə təhlükəsi fonunda təcili İrana, ardınca Azərbaycana səfər etməsi, burada danışıqlar aparması nədən xəbər verir? S.Şoyqu Kreml rəhbərinin hansı sözünü, yaxud tələbini Tehran və Bakıya çatdırıb?

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi S.Şoyqunun İrana səfəri Tehranla Təl-Əviv arasında olan gərginliklə bağlıdır.
 
Onun sözlərinə görə, hələ ötən il oktyabrın 7-si HƏMAS hücumundan başlayan bu qarşıdurmada Rusiya birmənalı şəkildə İranın və onun “proksi”lərinin tərəfində olub: “Artıq dünya mediasında da kifayət qədər ciddi, etimad doğuran media platformalarında belə xəbər yayılıb ki, Tehranda Sergey Şoyqu ilə Məsud Pezeşkian və Məhəmməd Baqiri arasında gedən danışıqların əsas predmeti Rusyadan İrana müxtəlif silahların, o cümlədən də ilk növbədə hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsi olub. Qeyd olunub ki, Rusiya buna razılıq verib. Mən düşünmürəm ki, bu, yanlış məlumatdır. Ona görə ki, Rusiya İranı qorumaqda maraqlıdır. Kreml üçün İran Rusiyanın cənub cinahı, Yaxın Şərqə təsir edən tərəfdaşı sayılır. Onu da nəzərə alaraq ki, ABŞ və Qərb koalisiyası da İsrailin tərəfindədir. Belə olan halda Rusiya da təbii olaraq İranın tərəfindədir və bacardığı köməyi, dəstəyi bu ölkəyə, yəni öz müttəfiqinə verəcək”.

Politoloq vurğulayıb ki, İranda “S-200”, “S-300” və digər Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemləri var: “Amma “S-400” yoxdur və əgər Rusiya onları İrana tədarük edəcəksə, deməli eyni zamanda mütəxəssislər də getməlidir. Burada söhbət 1 və ya 2 zenit raket batareyasından getmir. Şübhəsiz ki, İranın ümumi ərazisini maksimal dərəcədə qorumaq üçün bu ölkədə xeyli sayda “S-400” zenit raket batareyalarının yerləşdirilməsi məsələsi gündəmdədir. Belə olan halda bunların daşınması məsələsi var. Həmin daşınmanı çox güman ki, Rusiya Azərbaycan üzərindən həyata keçirməyi düşünür. Şoyqunun məhz İranda anlaşma əldə olunduqdan sonra Bakıya səfərini mən bununla əlaqələndirirəm. Azərbaycan mediasında bəzi şəxslər bilərəkdən, yaxud bilməyərəkdən belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya İsraillə İran arasında vasitəçilik etmək üçün Şoyqu Bakını seçib. Bunlar açığı gülünc iddialardır. Mən düşünmürəm ki, Şoyqunun, ümumiyyətlə Rusiyanın buna ehtiyacı var. Çünki, Rusiyanın münasibətlərdə olan bütün gərginliklərə baxmayaraq İsraillə də kifayət qədər ciddi əlaqələri var. İranla bağlı isə bunu deməyə ehtiyac görmürəm. O əlaqələr hər zaman mövcud olub”.

Ə.Oruclu söyləyib ki, ABŞ-nin, Rusiyanın, İranın, İsrailin Azərbaycanın vasitəçiliyinə ehtiyac yoxdur: “Ona görə ki, müharibənin Yaxın Şərqdə alovlanmasını istəməyən dövlət ABŞ-dir. Çünki İsrailin Baş naziri Binyamin Netanyahunun prezidentliyə ən şanslı namizəd Donald Trampla əl-ələ verib oynadığı çirkin oyunun başlıca hədəfi ABŞ-ni müharibəyə cəlb etmək, bu yolla ABŞ-dəki prezident seçkilərinə ciddi təsir göstərməkdir. Təsadüfü deyil ki, İsrail hökumətinin aqressivliyi məhz demokratların namizədi dəyişərək Kamala Harrisi irəli sürməsindən sonra özünü göstərib. Tramp bundan sonra özünü narahat hiss etməyə başlayıb. İsrailin baş naziri ABŞ Konqresində çıxış edərkən demokratların sərt münasibəti ilə üzləşib və nəhayət başa düşüb ki, onun üçün, həmçinin də Netanyahu tipli liderlər üçün ən əlverişli namizəd Donald Trampdır. Bu baxımdan hesab edirəm ki, Netanyahunun müharibə oyunu Donald Trampın komandası ilə razılaşdırılıb. Məsələyə daha sadə baxmaq lazımdır. İndiki mərhələdə ABŞ müharibəyə cəlb olunursa, yəni İsrail müharibəyə başlayırsa, görünən odur ki, məhz özünü daha aqressiv aparan tərəf rəsmi Təl-Əvivdir. Məhz İsrail atdığı bütün addımlarla tərəfləri müharibəyə təhrik edir. Bu Netanyahunun həm şəxsi maraqlarında irəli gəlir, həm də dostu və qardaşı Donald Trampı hakimiyyətə gətirmək niyyətindən qaynaqlanır”.

Politoloq deyib ki, indiki mərhələdə Yaxın Şərqdə İranın da iştirakı ilə müharibə başlayarsa, ABŞ kənarda qala bilməyəcək: “Çünki İsrail ABŞ-nin strateji müttəfiqidir və onu qoruma öhdəliyi var. Bu halda demokratların müharibə əleyhinə olan sosial bazasının xeyli hissəsi demokratlara səs verməyə bilər. Bu, məğlubiyyət deməkdir. Digər tərəfdən Netanyahu İranla müharibəyə başlayırsa, həmin müharibədə ABŞ İsrailə dəstək verməzsə, bu da yenə demokratların ünvanına ittihamlar, onların öz müttəfiqinə xəyanət etməsi və sair söhbətlərə səbəb olacaq, son nəticədə demokratların əleyhinə işləyəcək. Bu müharibə, Netanyahunun bu təxribatları, hamısı ABŞ-də hakimiyyət dəyişikliyinə nail olmağa yönəlib. Təsadüfi deyil ki, iki gün əvvəl ABŞ Prezidenti Co Bayden Netanyahu ilə telefon söhbətində “Mənə boş-boş şeylər danışma. Mən sənin dediklərini etməyə məcbur deyiləm” kimi sərt ifadə işlədib. Bununla da Donald Trampın oyununu oynayan Netanyahuya ABŞ Administrasiyası tərəfindən anlaşılan şəkildə çatdırılıb ki, “sənin hansı planlarda iştirak etdiyini biz bilirik”. Bu təsvir etdiyim mənzərə İsrail-İran müharibəsini qaçılmaz edir. Hətta İran buna getməsə belə, İsrail buna gedəcəkdir”.

Ə.Oruclunun qənaətincə, qaçılmaz olan İsrail-İran müharibəsi Rusiya üçün də əlverişlidir: “Ona görə Rusiyaya sərf edir ki, bu halda ABŞ-də hakimiyyət dəyişəcək, İranın vasitəsi ilə Kremlin Yaxın Şərqə təsir imkanı bərpa olunacaq, dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsindən xeyli dərəcədə yayınacaq, yeni müttəfiqlər qazanılacaq. Çünki, hadisələrin gedişatı İsrailin dünənə qədər yaxşı əlaqələr qurmaq istədiyi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər kimi ölkələrlə də münasibətlərini korlayacaq. Netanyahu bu barədə açıq bəyanatlar verib. Yaranmış vəziyyətdən bəhrələnmək bu gün Rusiya üçün çox əlverişlidir. Ona görə də Rusiya bu müharibədə maraqlıdır”.

Politoloqun sözlərinə görə, S.Şoyqu Tehrandan sonra Bakıya səfər etməklə göstərdi ki, Rusiya İranla anlaşma əldə edib: “İndi o anlaşmanı yerinə yetirmək üçün bütün bu yüklərin və hərbi kontingentin Azərbaycan üzərindən daşınmasına ehtiyac var. Əsas məsələ budur. Ola bilsin orada ikinci məqam da var. Yəni, Azərbaycan-İsrail münasibətlərinin müzakirəsi, xeyli incə digər mətləblər və sair də var. Ola bilər ki, Azərbaycanın hava məkanının İsrailin müxtəlif sistemləri ilə təchiz olunması, bu səbəbindən İsrailin hava məkanına nəzarət imkanları kimi məsələlər də müzakirə olunub. Hər bir halda mən hesab edirəm ki, Şoyqu regiona logistika məsələlərini müzakirə etməyə gəlmişdi”.

Oxşar xəbərlər
01:07, Bu gün
Makron Zelenskiyə dəstəyin davam etdiriləcəyini söz verib
01:06, Bu gün
Süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihələr icra olunacaq - Yenilik
10 Oct 2024 | 23:46
İsrail Beyrutun mərkəzində çoxmərtəbəli yaşayış binasına zərbə endirdi - VİDEO
10 Oct 2024 | 23:41
Türkiyə Rusiyaya qarşı bəyannaməyə qoşuldu
10 Oct 2024 | 23:39
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 4 il ötür
10 Oct 2024 | 23:34
"Covid-19" keçirmiş insanlar üçün yeni risklər ortaya çıxıb - CNN 
10 Oct 2024 | 23:00
Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir
10 Oct 2024 | 22:54
İsrail Beyrutun mərkəzində iki binanı vurub
10 Oct 2024 | 22:52
Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
10 Oct 2024 | 22:48
İran Nəsrullaha sui-qəsdə görə SEPAH komandanı İsmayıl Kaanini dindirir
10 Oct 2024 | 22:46
Naxçıvanda “Şəhidlər bağı” salınacaq
10 Oct 2024 | 22:43
"İsrailin İranın neft obyektlərinə mümkün hücumu hansı nəticələrə səbəb olacaq?" - Ekspert rəyi
10 Oct 2024 | 22:40
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
10 Oct 2024 | 22:33
Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
10 Oct 2024 | 22:31
Rusiya Ukraynaya qarşı dron əməliyyatlarında afrikalı qadınlardan istifadə edir... - İDDİA
10 Oct 2024 | 22:25
Ərdoğan yenilməz olduğumuza işarə etdi - Edi Rama
10 Oct 2024 | 22:18
Almaniya İsrailə silah tədarükünü artırır
10 Oct 2024 | 22:10
Tacikistan Prezidenti Sahibə Qafarovanı qəbul etdi
10 Oct 2024 | 22:00
İran hədələdi: Bu halda Ermənistana zərbə endirəcəyik – Təcili
10 Oct 2024 | 21:55
Azərbaycanın basketbol klubları yoxlama görüşündə üz-üzə gəliblər
10 Oct 2024 | 21:50
Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək
10 Oct 2024 | 21:44
Fatma Yıldırım: "ABŞ bu məsələdə ədalətsiz yanaşma ortaya qoyur"
10 Oct 2024 | 21:41
"ABŞ Rusiya və Çinlə birgə nüvə silahından xilas olmaq barədə sazişə çox yaxın olub" - Donald Tramp
10 Oct 2024 | 21:38
127 ölkə Azərbaycanın BU TƏŞƏBBÜSÜNƏ QOŞULDU
10 Oct 2024 | 21:33
Ağadadaş Ağayevlə bağlı YENİ XƏBƏR: Məhkəmə BAŞLADI
10 Oct 2024 | 21:31
Azərbaycan bu sınaqdan da qələbə ilə çıxacaq - AÇIQLAMA
10 Oct 2024 | 21:25
Bu televiziya kanalına yeni rəhbər təyin olundu
10 Oct 2024 | 21:20
Həkimlər toyuqun bu hissəsini təhlükəli hesab edir
10 Oct 2024 | 21:13
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
10 Oct 2024 | 21:09
BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdə vəziyyəti müzakirə edib
10 Oct 2024 | 20:53
Minimum əmək haqqı 500 AZN olacaq?
10 Oct 2024 | 20:45
Azərbaycanda HALAL HOTELLƏR istifadəyə veriləcək - VİDEO
10 Oct 2024 | 20:40
Bəy öz toyunda da noutbukda işlədi - SƏRT TƏNQİD OLUNDU
10 Oct 2024 | 20:36
Prezident İlham Əliyev "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nı təsdiqləyib
10 Oct 2024 | 20:30
Stiven Siqal: "Lazım gəlsə, Putin üçün öləcəm"
10 Oct 2024 | 20:25
İsrail Livandan gələn iki PUA-nı məhv etdi
10 Oct 2024 | 20:20
İlham Əliyev fərman imzaladı
10 Oct 2024 | 20:12
Fernandu Santuş: "Futbolçularımın qələbəsi mənə ad günü hədiyyəsi olacaq"
10 Oct 2024 | 20:06
"Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir"
10 Oct 2024 | 20:00
“Bunu sizə deməyəcəm” - Millimizin baş məşqçisi
10 Oct 2024 | 19:50
“O vaxt çirkiniydin, indi gözəlsən” - FOTO-VİDEO
10 Oct 2024 | 19:45
Azərbaycanda bir neçə şəhərlərarası və şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
10 Oct 2024 | 19:44
“Hərbi xidmətdən yayınmaq üçün Xoreoqrafiya Akademiyasını seçməsinlər...” - XALQ ARTİSTİ
10 Oct 2024 | 19:43
Azərbaycan və BƏƏ birgə layihələri müzakirə etdi
10 Oct 2024 | 19:38
Avtobusda qətl - Anbaan kameraya düşdü - VİDEO
10 Oct 2024 | 19:33
Türkiyənin "Çernobıl"ında 2 ildə 30 nəfər xərçəngdən vəfat etdi
10 Oct 2024 | 19:31
Baş Prokurorluqdan Əhməd Əhmədov AÇIQLAMASI: "Ən ciddi formada..."
10 Oct 2024 | 19:27
Elçibəyi hakimiyyətə sionistlər gətirib? - Nemət Pənahlıdan OLAY kimi İDDİA
10 Oct 2024 | 19:25
Gəncə Dövlət Filarmoniyasında Ramiz Mirişlinin 90 illiyi qeyd olunacaq
10 Oct 2024 | 19:20
Cənubi Sudanlı nazir COP29-a hazırlıqdan danışdı - VİDEO
10 Oct 2024 | 19:13
Laçınla bağlı xoş xəbər - Oktyabrın 13-dən etibarən...
10 Oct 2024 | 19:05
Universitet yataqxanalarında qida təhlükəsizliyi: Kənardan yemək gətirmək niyə qadağan edilir?
10 Oct 2024 | 18:55
Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR - "Ciddi söhbət olacaq"
10 Oct 2024 | 18:50
Bakıda çaşqınlığa səbəb olan xətlənmə - Cərimələnə bilərsiz! - VİDEO
10 Oct 2024 | 18:42
Qubadlı məktəbliləri şəhid olan Vətən Müharibəsi Qəhrəmanları barədə məlumatlandırılıb
10 Oct 2024 | 18:35
İpoteka artırıldı: Bakıda mənzillər BAHALAŞACAQ
10 Oct 2024 | 18:30
Babayev Baydenin müşavirinə başsağlığı verdi
10 Oct 2024 | 18:25
ABŞ-də "Milton" qasırğası: Məşhur "Disneylend" su altında qaldı
10 Oct 2024 | 18:18
“Mənəm, Ağalaram, şeir deyirəm” adlı kitab işıq üzü gördü
10 Oct 2024 | 18:15
Anar Bağırov: "Dövlət hesabına hüquqi yardıma görə vəsaitin artırılması ilə bağlı məsələ öz həllini tapmalıdır"
10 Oct 2024 | 18:10
UNEC-də şəhid Teymur Məcidzadəyə həsr olunan “Şuşada bitən yuxu” kitabının təqdimatı keçirilib - FOTO
10 Oct 2024 | 18:10
Dünya çempionatı: Azərbaycan millisi üçüncü yer uğrunda oyunda məğlub olub
10 Oct 2024 | 18:05
Sarıköklü süd möcüzəsi
10 Oct 2024 | 18:00
Muxtar Babayev ABŞ Prezidentinin baş müşaviri ilə görüşdü - FOTO
10 Oct 2024 | 17:56
Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi
10 Oct 2024 | 17:51
500 il insan yaşamasa Bakı necə görünərdi? - VİDEO
10 Oct 2024 | 17:46
Yəhudi qadının göz bağışladığı qazimizdən YENİ XƏBƏR: “Mağazada işləyirəm” - FOTO
10 Oct 2024 | 17:40
Kadırov rusiyalı senator Süleyman Kərimovu qanlı qisasla təhdid etdi
10 Oct 2024 | 17:35
Azərbaycan və Belarus hərbi ekspertləri arasında müzakirə - FOTO
10 Oct 2024 | 17:30
Bu tarixdən Laçına müntəzəm avtobus reysi açılır
10 Oct 2024 | 17:25
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
10 Oct 2024 | 17:20
Amfibiya təyyarəsi Türkiyədən Azərbaycana qayıtdı - VİDEO
10 Oct 2024 | 17:20
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
10 Oct 2024 | 17:15
Türkiyədə Həsən bəy Zərdabinin xatirəsinə simpozium keçiriləçək
10 Oct 2024 | 17:10
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO
10 Oct 2024 | 17:05
Gülüstan Əliyeva canlı efirdə kövrəldi - VİDEO
10 Oct 2024 | 17:00
Sürücülərə şad xəbər: Bu ərazilərdə rahat maşın saxlaya bilərsiniz
10 Oct 2024 | 16:55
Zəlzələ, ya nüvə sınağı? - Seysmoloqdan SENSASİON açıqlama
10 Oct 2024 | 16:50
BDU-da “ABŞ və Azərbaycanda jurnalistika təhsili” mövzusunda elmi seminar
10 Oct 2024 | 16:45
Trendyol Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir - FOTO
10 Oct 2024 | 16:39
“Nar” və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq
10 Oct 2024 | 16:36
"ABŞ Livanda "Hizbullah" hakimiyyətinə son qoymağa cəhd edir" - "The Wall Street Journal"
10 Oct 2024 | 16:33
Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - VİDEO
10 Oct 2024 | 16:31
Müdafiə Sənayesi Nazirliyinin sözçüsü vəzifəsindən ayrıldı
10 Oct 2024 | 16:28
Anar Bağırov: "Dövlət hesabına hüquqi yardıma görə vəsaitin artırılması ilə bağlı məsələ öz həllini tapmalıdır"
10 Oct 2024 | 16:24
“Bəzi taksilərdə kamera və POS-terminalları görmürük, narkoman sürücülər isə...” - EKSPERT
10 Oct 2024 | 16:19
Aİ-nin 1 milyona yaxın pulunu mənimsəyən qadın gizləndi - QİYABİ HÖKM
10 Oct 2024 | 16:16
“Qardaşım qızına atamın Aşqabadda sevdiyi xanımın adını verib”- ƏLİAĞA VAHİDin qızı-ÖZƏL
10 Oct 2024 | 16:15
"Hamster Kombat" dələduz şəbəkəyə aiddir? - Zərərçəkənlər var - VİDEO
10 Oct 2024 | 16:10
Qarmon ifaçısından aparıcılara sərt İTTİHAM: "Söz tapmırlar danışmağa"
10 Oct 2024 | 16:04
İkinci sinif şagirdi vəfat etdi - FOTO
10 Oct 2024 | 15:59
Şəhid polkovnik-leytenant Zaur Cəfərovun anım mərasimi keçirildi - FOTOLAR
10 Oct 2024 | 15:58
Bakının məşhur məktəbinə direktor təyin olundu - FOTO
10 Oct 2024 | 15:54
Bu maşınları alanlara güzəşt ediləcək - QİYMƏTLƏR UCUZLAŞACAQ
10 Oct 2024 | 15:50
Beş mindən çox taksi sürücüsü işdən çıxarıldı
10 Oct 2024 | 15:46
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı - Han Kanq kimdir?
10 Oct 2024 | 15:41
Nəqliyyat ekspertindən təklif: “Gecə avtobusları təşkil edilməlidir”
10 Oct 2024 | 15:35
Evində “silah-sursat aşkarlanan” bu müəllim də respublika başçısına “terror aktı hazırlayıb"...
10 Oct 2024 | 15:33
"Kreml rusiyalıların cəsədlərini torpağa dəyişmək strategiyasını seçib" - "Politico"
10 Oct 2024 | 15:28
Oktyabrda sevginizlə qarşılaşa biləcəyiniz 4 TARİX
GÜNLÜK
10 Oct 2024 | 08:32
“Stalin öləndən sonra Babam Bakıya qayıdır”- Şüvəlan qəbirstanlığındakı 8 məzar Xurşidbanu Natəvanın nəvə-nəticələridir?-AÇIQLAMA+ÖZƏL
10 Oct 2024 | 17:20
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
10 Oct 2024 | 07:32
Rusiyada İran dronlarının daha iki anbarı vuruldu...-"Demilitarizasiya plan üzrə gedir..."  
10 Oct 2024 | 09:25
Röya o qədər şəffaf geyindi ki, bütün bədəni göründü - VİDEO
10 Oct 2024 | 11:03
“Kimin nəyinə lazımdır ki, sənin toyuna kim nə qədər pul yazdırıb?”-Əməkdar artistdən ETİRAZ
10 Oct 2024 | 08:00
Qasırğa qocalar evinin sakinlərinin ölümünə səbəb oldu
10 Oct 2024 | 09:48
“Valideynlərimin ölümünə görə “HƏMAS”ı bağışlayıram...”- Günahkar öncə İsrail hökumətidir...”-Yəhudi
10 Oct 2024 | 08:11
Bürclər necə yuxuya gedir: Əkizlər və Xərçəng
10 Oct 2024 | 08:50
15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə icazə verildi
10 Oct 2024 | 10:08
Arvadını öldürməmişdən öncə internetdə axtarışa vurduğu söz DƏHŞƏTƏ GƏTİRDİ - FOTO
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
09 Oct 2024 | 00:02
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
07 Oct 2024 | 18:45
Lavrovdan Laçınla bağlı təklif: Gələn il...
AYLIQ
10 Oct 2024 | 08:32
“Stalin öləndən sonra Babam Bakıya qayıdır”- Şüvəlan qəbirstanlığındakı 8 məzar Xurşidbanu Natəvanın nəvə-nəticələridir?-AÇIQLAMA+ÖZƏL
10 Oct 2024 | 17:20
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
10 Oct 2024 | 07:32
Rusiyada İran dronlarının daha iki anbarı vuruldu...-"Demilitarizasiya plan üzrə gedir..."  
10 Oct 2024 | 09:25
Röya o qədər şəffaf geyindi ki, bütün bədəni göründü - VİDEO
10 Oct 2024 | 11:03
“Kimin nəyinə lazımdır ki, sənin toyuna kim nə qədər pul yazdırıb?”-Əməkdar artistdən ETİRAZ
10 Oct 2024 | 08:00
Qasırğa qocalar evinin sakinlərinin ölümünə səbəb oldu
10 Oct 2024 | 09:48
“Valideynlərimin ölümünə görə “HƏMAS”ı bağışlayıram...”- Günahkar öncə İsrail hökumətidir...”-Yəhudi
10 Oct 2024 | 08:11
Bürclər necə yuxuya gedir: Əkizlər və Xərçəng
10 Oct 2024 | 08:50
15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə icazə verildi
10 Oct 2024 | 10:08
Arvadını öldürməmişdən öncə internetdə axtarışa vurduğu söz DƏHŞƏTƏ GƏTİRDİ - FOTO