Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin qadın voleybolçulardan ibarət komandası Paris Olimpiya Oyunlarında yarımfinala çıxıb.
Moderator.az xəbər verir ki, milli 1/4 finalda Çinlə qarşılaşıb. 3:2 (23:25, 25:21, 26:24, 21:25, 15:12) hesabı ilə qalib gələn Türkiyə millisi yarımfinala çıxıb. Komanda bu mərhələdə İtaliya - Serbiya cütünün qalibi ilə qarşılaşacaq.
Qadınlar arasında voleybolun yarımfinal görüşləri avqustun 8-də, final matçı isə avqustun 11-də keçiriləcək.