Xoşbəxtliyin sadə resepti: 10 nəsnədən xilas olun...
Maraqlı
1901
06 Aug 2024 | 09:29

Xoşbəxtliyin sadə resepti: 10 nəsnədən xilas olun...

Həyat yüksəliş və eniş, sevinc və kədər, qələbə və uğursuzluqlarla dolu səyahətdir. Bu dolanbac yolla gedərkən, bizi çətinə salan nəsnələrdən yapışırıq, bunlar da bütün potensialımızı üzə çıxarmağa və əsl xoşbəxtliyi hiss etməyə imkan vermir.
 
Bu əzablardan xilas olmaqla biz şəxsiyyətin inkişafı və məmnunluq dünyasını kəşf edə bilərik.
 
Xoşbəxt olmaq istəyirsiniz? O zaman həyatınızda lazımsız şeylərdən xilas olun. Bu 10 nəsnə sizə xoşbəxt olmağa imkan vermir:
 
1. Başqalarından dəstək gözləmək
 
Doğrudanmı sizin üçün ətrafdakıların fikri o qədər  önəmlidir ki, əslində nə istədiyinizi və kim olduğunuzu unudursunuz? Sizə sosial şəbəkələrdə bəyənilmə əldə etmək, komplimentlər eşitmək önəmlidir, lakin bunları əldə etmək üçün bəzən siz ideal insan maskasını taxırsınız, əslində isə belə deyilsiniz.
 
İndi təsəvvür edin ki, daima başqalarına nəzər salaraq onların dəstəyini gözləməkdən vaz keçsəniz nələri əldə edəcəksiniz. Ən azından sizin enerjiniz başqa keyfiyyət alacaq, bunun ardınca isə qəribə dəyişiliklər baş verəcək. Sınaqdan keçirin!
 
2. Qəzəb və inciklik
 
Qəzəb və inciklik sizi içərinizdən məhv edən iki ən güclü və qeyri-konstruktiv emosiyalardır. İnciklik öz həyatınızı yaşamağa imkam vermir, orqanizmin bütün gücünü ali ədalət axtarışına sərf etməyə vadar edir. Bu hissləri sizdə yaradan adamlarla barışmağı öyrənin.
 
Biz sizə qürurunuzu tamamilə unutmağa çağırış etmirik, sadəcə, belə insanları və ya vəziyyəti görməzdən gəlin. Səmimi olaraq onları boş verin, dərhal yüngüllük hiss edəcəksiniz. Yadda saxlayın ki, sizi qəzəbləndirənlər sizə nəzarət edir.
 
3. İdeal tərəf-müqabili obrazı
 
Sevgidə stereotip təfəkkür işlək deyil. Siz həmişə arzu etdiyiniz kişini bir obrazda təsəvvür etmisiniz, lakin bu standartlardan uzaq olan adam həyəcan doğurur? Çox gözəl! 
 
Yadda saxlayın ki, ideal tərəf-müqabili mövcud deyil. Hər birimizdə insana uyğun olan keyfiyyətlər toplusu var, ən əsası, bu insanın bizim olub-olmadığını hiss edərkən aldığımız əks-sədadır.
 
4.  Bəraət qazandırmaq
 
Bəraət qazandırmaq çox rahatdır. Bu, alınmayan bir şeyin sanki səbəbidir. Lakin əgər siz "bəraət qazandırmağa zamanım yoxdur" prinsipi ilə yaşasanız, sizin həyatınız ani olaraq dəyişəcək. Bəraət qazandırmaq yalnız məsuliyyətdən kənar olmaq cəhdidir.
 
5. Keçmişdə baş verənlər
 
Necə olursa-olsun, bunlar ötüb keçənlərdir, daha mövcud deyil. Başqa olaylar, indiki zaman var. Xatirələr baqajını, xüsusilə keçmiş münasibətləri özünüzlə daşımayın. 
 
Keçmiş sevgilinizi indiki ilə müqayisə etməyin, başqa cür olması onun günahı deyil. Yeni münasibətlər qurarkən, həm həyatınızda, həm də beyninizdə köhnələrdən xilas olun. Əks halda bu münasibətlərin davamı olmayacaq.
 
6. Neqativlər
 
İstənilən səbəbdən neqativ dağıdıcıdır. Nikbin təfəkkür tamamilə başqa həyatın açarıdır, yalnız bunu sınaqdan keçirmək gərəkdir. İstənilən vəziyyətdə müsbət məqamları görməyə cəhd edin.
 
Sizin fikir və düşüncələriniz gerçəklik kimi geriyə dönür. Ona görə də həyatınızı təmiz nikbin ovqata kökləyin. Və hər şey düşündüyünüzdən  də xeyli tez bir zamanda  yaxşı olacaq.
 
7. Mühakimə etmək
 
Kimsəni mühakimə etmək yaxşı iş deyil. Bu o deməkdir ki, biz mənəviyyat qoruyucusuyuq. O zaman hakimlər kimdir? Biz hamımız öz həqiqətlərimizlə, dəyərlərimizlə insanıq, bunları başqalarına zorla qəbul etdirməyə dəyməz. 
 
Əgər biz insanları, onlar da bizi mühakimə etməyə başlasaq, həyat hər hansı mənasını itirəcək. Burada bir çıxış yolu var- öz həyatını yaşamaq, yalnız öz hərəkətlərini və fikirlərini dəyərləndirmək. 
 
8. Qibtə və qısqanclıq
 
Güclü dağıdıcı emosiyalardan olan qibtə və qısqanclıq insanın özünü dəyərləndirməsini xarabalıqlara çevirmək iqtidarındadır. Özünüzü kiminləsə müqayisə etməyin, hər bir insan unikaldır. Mahiyyətcə, bunlar mümkün olan ən məntiqsiz və qeyri-konstruktiv emosiyalardır.
 
Əgər söhbət sevgidən gedirsə, qısqanmaq mənasızdır. Əgər səbəb yoxdursa, qısqanclıq paranoyaya çevriləcək, səbəb varsa, qısqanmaq daha gecdir. Qibtə də elədir, dərinə getsək, bu, özünü, öz fərdiliyini inkar etmək deməkdir. Başqasının uğurunun sizi zədələdiyini hiss edən kimi təhlil etməyə və bu hissdən kənar olmağa çalışın. Siz unikalsınız, siz başqasınız.
 
9. Nəzarət
 
Hər şeyə və həmişə,  xüsusilə söhbət yaxın adamlardan gedirsə, nəzarət etmək mümkün deyil. Bəzən sakitləşmək lazımdır ki, həyatın özü hər şeyi yerbəyer etsin. Düşünməyin ki, biz sizə hər şeyi başlı-başına buraxmağı məsləhət görürük, lakin bəzən özünü sakitləşdirmək faydalıdır və müvazinəti saxlamağa kömək edir.
 
10. Gözləntilər
 
Heç kim heç kimə heç nəyə borclu deyil. Əgər hər şey sizin arzuladığınız kimi baş verəcəksə, lap yaxşı. Əgər belə olmayacaqsa, deməli, belə də olmalıdır. Öz həyatınızda baş verənləri sakit qəbul edin. Və yadda saxlayın ki, əgər siz heç nə gözləmirsinizsə, siz heç vaxt məyus olmayacaqsınız.
Link kopyalandı!
Son xəbərlər