“Azərbaycanlı tələbə qız nümayişlərdə iştirak etdiyinə görə edam olundu…”
Elm və Təhsil
Oxunub: 2305
05 Aug 2024 | 18:54
“Azərbaycanlı tələbə qız nümayişlərdə iştirak etdiyinə görə edam olundu…”
“2019-cu ildə Şərqi Azərbaycan məktəblərində Azərbaycan dili tədris olunmağa başladı, Azərbaycan dilinin öyrənilməsinə həftədə 2 saat ayrıldı. Əlbəttə, Azərbaycan dilinin bu cür epizodik tədrisi kifayət hesab edilə bilməz…”

Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə

Müasir dövrdə Cənubi Azərbaycana ictimai-siyasi proseslər...- XXXXXII mövzu
 
(Əvvəli burada:  )
 
Cənubi Azərbaycanda və xaricdə tədricən həyata keçirilən təşkilatlanma işləri ilə yanaşı yeni əsrin əvvəllərindən etiraz aksiyaları da baş verdi. 2003-cü ildə Cənubi Azərbaycanın bir çox yerlərində sosial tələblərlə kütləvi nümayişlər keçirildi. Həmin ilin iyulunda azərbaycanlı tələbə qız nümayişlərdə iştirak etdiyinə görə edam olundu [33]. Bu hadisə insanların qəzəbini bir qədər də artırdı. 2006-cı ildə İran jurnallarının birində azərbaycanlıların tarakana bənzədilməsi kütləvi aksiyalara səbəb oldu. İran hüquq-mühafizə orqanları aksiya iştirakçılarına aşırı güc tətbiq etdi, nəticədə etirazçılardan 300 nəfər həbs edildi, dörd nəfər öldürüldü. [20]. 2011-ci il ərzində azərbaycanlıların bir sıra aksiyaları oldu, aksiya iştirakçıları azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə etriaz edir [33], bu vaxtdan ekoloji problemlər, o cümlədən Urmiya gölünün quruması ilə bağlı etiraz aksiyaları da geniş vüsət alır [18]. 2009-cu ildən başlayaraq Təbrizin “Traktorsazi” futbol klubu, onun azarkeşləri milli, siyasi, ekoloji problemləri gündəmə gətirən aparıcı qüvvəyə çevrilir, futbol oyunları zamanı aktual şüarlar səsləndirir, qısa çağırışlarla ictimai rəyə təsir etməyə çalışırdılar. Bu illər ərzində Cənubi Azərbaycanda milli hərəkatın əsas tələbi ana dilində tədris, mətbu orqanlarda, teleradiolarda Azərbaycan dilində verilişlərin kəmiyyət və keyfiyyətinin artırılmasından ibarət idi. 2011-ci ildən bu tələblər rəsmi şəxslər, məsələn, azərbaycanlı deputatlar, hətta Azərbaycan vilayətlərinin müxtəlif səviyyəli rəhbərləri, həmçinin etiraz aksiyalarının iştirakçıları, diaspor nümayəndələri tərəfindən irəli sürülürdü. Bu istiqamətdə müəyyən nəticələr də əldə olundu. 2016-2017-ci illərdə Cənubi Azərbaycanın bəzi bölgələrində Azərbaycan dili və ədəbiyyatının tədrisinə cəhd edildi, Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatı fakultəsi təsis edildi [19, s. 278-279]. 2019-cu ildə Şərqi Azərbaycan məktəblərində Azərbaycan dili tədris olunmağa başladı, Azərbaycan dilinin öyrənilməsinə həftədə 2 saat ayrıldı [29]. Əlbəttə, Azərbaycan dilinin bu cür epizodik tədrisi kifayət hesab edilə bilməz…
 
Cənubi Azərbaycanda milli hərəkat xeyli dərəcədə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlərin xarakterindən asılı idi. Azərbaycan müstəqillik qazandıqdan sonra  İranla xoş əməkdaşlıq münasibətləri qurmağa çalışdı. Lakin İran tərəfinin bəzi hərəkətləri bu münasibətləri vaxtaşırı gərginləşdirirdi. İran Azərbaycan-Ermənistan  müharibəsinin ilk illərində nisbətən obyektiv mövqe tutmağa çalışır, Azərbaycanlı köçkün və qaçqınlara yardım prosesində iştirak edirdi. Amma İkinci Qarabağ (Vətən) müharibəsinin gedişində və Azərbaycanın qələbəsindən sonra, xüsusilə də Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyindən çıxış etdi. Eyni zamanda, İran Azərbaycanda dini yönümlü qurumlar yaratmaqla dövlət siyasətinə təsir imkanlarını artırmağa çalışırdı [33]. İran Azərbaycanın Türkiyə və İsraillə daha sıx münasibətlər qurmasına da qısqanclıqla yanaşırdı. Bütün bunların təsiri altında Azərbaycan Respublikasında iki Azərbaycanın birləşdirilməsinə dair çağlırışlar səsləndirilir, aksiyalar keçirilirdi. Paralel olaraq, Cənubi Azərbaycanda eyni tələblərlə kütləvi aksiyalar reallaşdırılırdı [28].
 
2021-ci ildə Azərbaycanla İran arasında münasibətlər normallaşmağa başladı. Həmin ilin noyabrında Azərbaycan və İran prezidentləri Aşqabadda görüşdü, ikitərəfli əməkdaşlığa dair müqavilə imzaladılar. 2022-ci ildə iki ölkə arasında ticarətin səviyyəsi əvvəlki ilə nisbətən iki dəfə artdı [27].
 
2023-cü ilin yanvarında Azərbaycanla İran arasında münasibətlər yenidən kəskinləşdi. Yanvarın 27-də avtomatla silahlanmış şəxs Azərbaycanın Tehrandakı səfirliyinə hücum etdi, bir nəfəri qətlə yetirdi, daha bir nəfəri isə yaraladı. Azərbaycan qanlı hadisə ilə bağlı sərt etirazını bildirdi, Tehrandakı səfiri geri çağırdı [26]. İran rəhbərliyi hadisəyə obyektiv hüquqi və siyasi qiymət vermədi, cinayəti törədən şəxsə ağır cəza verildi, amma hökmün icrası ləngidilir. Azərbaycan qanlı hadisə ilə bağlı cinayətkarlara sərt cəzanın verilməsi və icrası, İranın Zəngəzur dəhlizi ilə bağlı qərəzli mövqeyindən geri çəkilməsi və digər tələblərinin üzərində israrlıdır.
 
Cənubi Azərbaycanda və xaricdəki müxtəlif siyasi, ictimai, mədəni qurumlar muxtariyyat, federasiya, konfederasiya, müstəqillik, iki Azərbaycanın birləşməsi kimi fərqli ideoloji bazalarda mübarizələrini davam etdirir, lakin vahid platforma və təşkilatda birləşə bilmirlər.
 
Cənubi Azərbaycanda mədəniyyət, ədəbiyyat, mətbuat sahələrində baş verən dəyişikliklərə də diqqət yetirilməlidir. “Cənubda ötən əsrin əvvəllərində formalaşmağa başlayan milli identifikasiya düşüncəsi 20-40-cı illərdə dinamik inkişaf mərhələsinə qədəm qoymuş, 1945-1946-cı illərdə solçu-populist müstəviyə, 1990-cı illərdə isə yenidən millətçiliyə, kimliyə” keçmişdir [15]. Bu dəyişikliklər bütün sahələrdə əksini tapdı.
 
Cənubi Azərbaycanın müxtəlif şəhərlərində “Odlar Yurdu”, “Çənlibel”, “Araz”, “Azərbaycan”, “Vətən Uğrunda” qəzetləri, “Koroğlu”, “Birlik”, “Azadlıq”, “Varlıq”, “Dədə Qorqud” jurnalları və digərləri milli adlarla nəşrə başladı [12]. Bu qəzet və jurnallarda yerli əhalinin sosial-iqtisadi problemlərinin, həmçinin azərbaycanlıların tarixi, mədəniyyəti, dili və ədəbiyyatına dair məsələlərin əks olunmasına diqqət yetirilirdi [31]. 2016-cı ildən başlayaraq qəzet və jurnalların nəşri yenidən genişlənir, “Yol”, “Günəş”, “Aylin” kimi qəzet və jurnallar fəaliyyət göstərir. Xaricdə çap olunan mətbu orqanları da qeyd etməliyik. Ötən əsrin 90-cı illərindən başlayaraq dünyanın müxtəlif ölkələrində “Azərbaycan”, “Dirilik”, “İldırım” və digər qəzet və jurnallar nəşr edilirdi [14, s. 173-177].
 
Cənubi Azərbaycan ədəbiyyatı Məhəmmədhüseyn Şəhriyarın (1906-1988) “Heydərbabaya salam” əsəri ilə yeni intibah dövrünə daxil oldu. Əsər ilk dəfə 1953-cü ildə Təbrizdə çap olunmuşdu [9]. Şəhriyarın təsiri altında böyük şairlər ailəsi yarandı. Şəhriyar, Həbib Sahir, Səhənd, Savalan, Həmid Nitqi kimi şairlər İslam inqilabından sonra da fəaliyyətlərini davam etdirdilər. Bulud Qaraçorlu Səhənd (1926-1979) ana dilini xüsusi təbliğ edir, inqilabi-romantik ruhlu şeirləri ilə seçilirdi [17]. Şəhriyar ona böyük ehtiramla “Səhədiyyə” poemasını yazmışdı. İran inqilabından sonra Əli Təbrizlinin “Çalpapaq elim”, Həbib Sahirin “Yurd mahnısı”, Həsən Coşqunun “Təbrizim” şeirləri məşhur oldu. Ötən əsrin 90-cı illərindən başlayaraq klassik şeirlə yanaşı avanqard, yeni üslublu şeirlər də meydana gəldi. Bu sahə, modern şeir Səhər Rəiszadə, Hüseyn Süleymanoğlu, Lalə Cavanşir, Heydər Bayat, Türkan Urmulu, Aydın Araz və digərləri ilə təmsil olundu [15]. Gənc yazarlar Nadir Əzhəri “Donuq şeir planı”, Ziba Kərbasi “Nəfəs”, Ərəstun Mücərrəd “Nano” şeirləri ilə XXI əsrin ilk onilliklərində yeni ədəbi tərzi təqdim etdilər [15].
 
XXI əsrin ikinci onilliyində Elmira Kəriminin “Bizdən sonra dünya necə olacaq?”, Səlim Ərdəbilinin “Çox istəyirəm ana dili danışam” əsərləri bədii və ictimai hadisəyə çevrildi [31].
 
Yeni dövrdə səviyyəli nəşr əsərləri də yaradıldı. Gəncəli Səbahinin “Şərəfli ölüm”, Səməd Behrənginin “24 saat yuxuda və ayıqlıqda”, Əli Daşqının “Torpaq qoxusu” və digər əsərlər uğurlu nümunələr hesab edilir. XX əsrin sonlarından etibarən Baqir Rəşadətinin “Altun Xəyal quşu”, Toğrul Atabayın “Manqurt” əsərləri diqqətlə qarşılandı [15]. 2016-cı ildə iki mühüm hadisə baş verdi. Yazıçı Qafur İmamzadənin “Qırmızım” hekayəsi gənc yazarların Türkiyədə keçirilən müsabiqəsində qalib gəldi, Nadir Elahinin isə məşhur “Bu qəfəs də uçdu” kitabı çapdan çıxdı [31]. 2017-ci ildə isə ən mühüm hadisə kimi 37 ildən sonra ilk dəfə Məhəmməd Rza Bağbanın müəllifi olduğu “Ana dili” kitabı nəşr olundu [31]. Cənublu yazarların  demək olar ki, hər birinin əsərlərində Qarabağ mövzusuna, 20 Yanvar, Xocalı soyqırımı və digər qanlı hadisələrə, həmiçinin Azərbaycanın İkinci Qarabağ (Vətən) müharibəsində qələbəsinə xüsusi yer ayrılmışdır.
 
Son 10 illiklər ərzində Cənubi Azərbaycanın mədəniyyəti və incəsənəti sahəsində xeyli uğurlar əldə edilmişdir. Bu proses İranda və dünyada yaşayan cənubluları əhatə etmişdir. Rəssamlardan Navid Namin, Şəhriyar Burand, Qədir Mansur, Hüseyn Kazımi, Əhməd Vəkili, bədii fotoqrafiya ustalarından Rza Diqqəti, Kərim Motaqi, Mehrdad Afşari, teatr sahəsində Mənsur Həmidi, Atabəy Nadiri, Əyyub Ağaxani, kino sənətində Niki Kərimi, İsmayıl Monsef, Nağı Neməti və digərləri həm ölkədə, həm də xaricdə kifayət qədər tanınır [3]. Musiqi sahəsində Əli Səlimi daha məşhurdur, onun “Aman ayrılıq” və “Sizə salam gətirmişəm” əsərləri dünya azərbaycanlıları içərisində məşhurdur [31]. Musiqi ifaçılarından Yaqub Zurufçu, Araz Elsəs, Ququş və digərləri daha çox tanınır və sevilir [4].
 
Cənubi Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat, mətbuat sahələrində hadisələri ictimai-siyasi proseslərin təsiri altında baş verir, həmin prosesləri əks etdirir, tamamlayır, həmçinin qarşılıqlı təsirini də göstərir.
 
 Ədəbiyyat:
 
1. Bayramzadə Z. Türkmənçay. “Kimlik” dərgisi, № 8, dekabr, 2012, s. 90.
 
2. Cəfərov F. Nikbinliyə əsas var. “Azadlıq” qəzeti, 1 oktyabr, 1997-ci il, s.5.
 
3. Cənubi Azərbaycanda müasir incəsənət və mədəniyyət. (11.03.2021).- varyox.az/analizator/cenubi-azerbaycanda-müasir-incesenet/.
 
4. Cənubi Azərbaycan mədəniyyəti.-muhaz.org/azerbaycan-tarixi-v2.-html? page =269.
 
5. DAK-ın Azərbaycan diasporunun inkişafında rolu.- “Olaylar” qəzeti, 14-16 aprel 2012, s. 15.
 
6. GünAz TV haqqında.- web.archive.org/web/20190424072506/ //www.gunaz.tv/ az/ haqqimizda.htm.
 
7. Güneyli soydaşlarımızın Bəzz qalasına ənənəvi yürüşünün qarşısı alınıb, 08.07.2023.- aznews.tv/guneyli-soydaslarimizin-bəzz-qalasina-ənənəvi-yurusunun -qarsisi-alinib/.
 
8. İran İslam Cümhuriyyətinin əsas qanunu. Bakı, “Qızıl Şərq”, 1993.
 
9. İsmayılova E. M. Şəhriyarın “Heydərbabaya salam” poemasının nəşr tarixindən.- Lənkəran Dövlət Universiteti. Elmi Xəbərlər/Humanitar elmlər seriyası, I/2021, s. 27.- isu.edu.az/new/imgg/humanitar-2021/HUMANITAR_ new_26_32/pdf.
 
10. Kalafati, Kəskin A. İranlılıq paradiqmasının çöküş prosesi və Güney Azərbaycan milli hərəkatının yüksəlişi.- Güney Azərbaycan: tarixi, siyasi və kulturoloji müstəvidə. Bakı, 2010.- //elibrary.bsu.az/books_460/№_191.pdf.
 
11. Kazımoğlu K. Dirçəliş məqamı. “Azadlıq” qəzeti, 4 iyul 1997-ci il, s. 5.
 
12. Mədəniyyət// Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH). //gamoh.org/m%c9%99d%c9%99niyy%c9%99t.
 
13. Məhəmmədi M. Güney Azərbaycan məsələləri. Bakı, “Bakı Çap Evi”, 2012.
 
14. Məmmədli P. Cənubi Azərbaycan mətbuatı tarixi (XIX-XX-XXI yüzilliklər). Bakı, “Elm”, 2009.
 
15. Məmmədova P. Cənubi Azərbaycanda milli mətbuat və ədəbi fikrin inkişaf mərhələləri (1978-1979-cu illər İran inqilabından sonrakı dövr). Avtoreferat. Bakı, 2022, s. 9-aak.gov.az/upload/dissertasion/filologiya-elml_ri/++az+-compressed. pdf.
 
16. Mustafayev V.K. Cənubi Azərbaycanlıların milli hərəkatı. “Bakı-Təbriz” dərgisi, № 8, 2007.
 
17. Səhənd. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2006, s. 5.- anl.az/el/s/s_se.pdf.
 
18. “Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirə keçirilib.- yeniazerbaycan.com/xeberlenti_e77681_az.html.
 
19. Hacıyeva Y. İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər). Bakı, “Adiloğlu”, 2017.
 
20. İranian Azerbaijan and the Cartoon Cockroach Controversy// Geocurrents.- //www.geogurrents.info/geopolitics/iranian-azerbaijan-and-the-cartoon-cockroach-controversy.
 
21. Kasravi Ahmad ııı As Historian/Encyclopedia İranica. // iranicaonline.org /articles/kasravi-ahmad-iii.
 
22. Lorentz J.H. Historical Dictionary of Iran. Second Edition. The Scarecrow Press, Inc., Lanham, 2007.
 
23. Middle East: İran.- web.archive.org/web/20120203093100/ //www. cia.gov/library/publications/ the-world-factbook/geos/ir.html.
 
24. Rafi M. Universal İdeology in the Great War: Germany`s Role in the Formation of Iranian Nationalism//Teleoscope.- 17.03.2015// //www. telospress.com/universal-ideology-in-the-great-war-germanys-role-in-the-formation-of-iranian-nationalism/.
 
25. Агазаде М.М. Проблема статуса азербайджанских тюрков в Иране.- researchgate.net/publication/344554048_Problema_statusa_azerbajdzanskih_turokov_v_Irane.
 
26. Азербайджан-Иран: новая проблема.-katehon.com/ru/article/ azerbaydzhan-iran-novaya-problema.
 
27. Вырос товарооборот Ирана с Азербайджаном.////caliber.az/ ru/post/ 103851/.
 
28. Гаджиев Н. Иран и Азербайджан: конфликт интересов неизбежен, даже после свержения муллократии.-zerkalo.az/iran-vs-azerbaydzhan-konflikt-interesov-neizbezhen-dazhe-posle-sverzheniya-mullokratii/.
 
29. Гасанова М. Зачем Тегерану потребовался азербайджанский язык//Regnum.-28.08.2019.https.//regnum-ru.turbopages.org/regnum.ru/s/news/ 2701570.html.
 
30. Кириченко В.П. Иранский Азербайджан: прошлое и настоящее.- Журнал «Россия и мусульманский мир», № 1, 2023, s. 95.- cyberleninka.ru/ article/n/iranskiy-azerbaydzhan-proshloe-i-nastoyaschee/viewer.
 
31. Пархомчук Я.К. Иранский Азербайджан в XXI веке. С.-Петербург, 2017, s. 23.- //dispace.spbu.ru/bitstream/11701/14799/1/Soderzhanie_-_kopiya. docx.
 
32. Сажин В. Иран-Азербайджан: Азербайджанский вопрос. 16.09.2022.- interaffairs.ru/news/show/37023.
 
33. Сажин В. Иранский Азербайджан-история и политика. //Международная жизнь.- 26.10.2021.- //interaffairs.ru/news/show/32232.
 
34. Трубецкой В.В. Особенности национальной ситуации в Исламской Республике Иран. Национальный вопрос в странах Востока. Москва, «Наука», 1982.
 
 
 
 
Oxşar xəbərlər
10:10, Bu gün
“Nicatımız, tərəqqimiz Rusiya ilə müttəfiqlikdədir, yoxsa ABŞ ilə?..”- Diplomat 
10:08, Bu gün
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
09:59, Bu gün
Tovuzda şərab zavodunda YANĞIN
09:56, Bu gün
Komada olan vəzifəli şəxs vəfat etdi- FOTO
09:49, Bu gün
Qurban Qurbanovun ailəsində toy (FOTO)
09:41, Bu gün
Füzulidə beynəlxalq turnir başlayır – İlk dəfə
09:35, Bu gün
Trampı öldürmək istəyən erməni çıxdı: Saxta sənədlərlə gəzir, amma iddia edir ki... - FOTO
09:29, Bu gün
Çips, burger, qazlı içki arıqlamağa maneə deyil - Sadəcə bir şərt var
09:28, Bu gün
Bitkoin yenidən bahalaşır – Səbəb
09:21, Bu gün
Ermənistan COP29 vaxtı Azərbaycana hücuma hazırlaşır - SENSASION DETALLAR
09:14, Bu gün
"İrşad Electronics" cərimələnir - Qaydaları pozub
09:12, Bu gün
Yerli avtomobillərə tələbat niyə artıb? – Açıqlama
09:09, Bu gün
Prezident İlham Əliyev Füzuli şəhəri Günü ilə bağlı paylaşım edib
08:58, Bu gün
Hikmət Hacıyev: İrəvan, BCM üzvü kimi, Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır
08:44, Bu gün
Azərbaycanda televiziya rəhbəri VƏFAT ETDİ- FOTO
08:32, Bu gün
Zelenskinin Qələbə planının məxfi əlavələrində nələr var?- Prezident Ofisi rəhbərinin müşaviri...
06:46, Bu gün
Qəzzada unun kisəsi 1000 dollar, 1 kq pomidor isə 180 dollardır...- "Əl-Cəzirə"
00:06, Bu gün
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan dörd il ötür
00:04, Bu gün
Orxan Əkbərovun qardaşı qəfil vəfat etdi - Bu gün Mübariz İbrahimovun atasının dəfnində olub
16 Oct 2024 | 23:58
Azərbaycan Ermənistanın silahlanmasına cavab tədbirləri üçün müdafiə xərclərini KƏSKİN ARTIRDI
16 Oct 2024 | 23:29
İran nüvə bombalarından daha güclü silahlara malikdir?
16 Oct 2024 | 23:05
Kombi almaq istəyənlərin NƏZƏRİNƏ: Ucuzlaşma gözlənilir
16 Oct 2024 | 23:04
50 yaşdan sonra hansı fikirləri beynimizdən uzaqlaşdırmalıyıq? - psixoloq məsləhəti
16 Oct 2024 | 23:00
600-dən çox bal toplayanlar əsgərliyini burada çəkəcək - DETALLAR
16 Oct 2024 | 22:56
Hacıqabulda 37 yaşlı kişinin üzərinə dəmir düşərək ölüb
16 Oct 2024 | 22:55
34 yaşlı nənə 18 yaşlı oğlanla sevgili oldu
16 Oct 2024 | 22:52
Hikmət Hacıyev “Newsweek”də yazır: Azərbaycan bütün dünyanı “COP atəşkəsinə” dəvət edir
16 Oct 2024 | 22:50
Türkiyənin zəlzələ riski ən çox olan bölgələri - Xəritə yeniləndi
16 Oct 2024 | 22:43
Yanvarın 1-dən minimum əmək haqqı bu qədər artacaq
16 Oct 2024 | 22:33
Türkiyəyə mərmi atıldı - VİDEO
16 Oct 2024 | 22:27
Ata qızını öldürməsi üçün killer tutdu - Özü qətlə yetirildi
16 Oct 2024 | 22:21
Canlı yayımda studiya belə SİLKƏLƏNDİ - Aparıcı qorxudan masanın altına girdi - VİDEO
16 Oct 2024 | 22:18
Üç asteroid Yerə doğru hərəkət etməkdədir, NASA ən pis ssenariyə hazırlaşır
16 Oct 2024 | 22:13
İdmançılarımız ilk gündə 9 medal qazandı - FOTO-VİDEOLAR
16 Oct 2024 | 22:05
Tanınmış jurnalisti oğlu öldürdü
16 Oct 2024 | 22:01
THAAD nədir və ABŞ onu İsraildə niyə quraşdırır?
16 Oct 2024 | 21:58
Böyük Britaniya iki ölkəyə sanksiya tətbiq etmək istəyir
16 Oct 2024 | 21:53
150 min Livan ermənisi müharibə qasırğasında: qaçıb, sığınmağa artıq "artsax"ları da yoxdur...
16 Oct 2024 | 21:51
SON DƏQİQƏ: Azərbaycanda bu dövlət qurumu ləğv edilir? - Mühüm AÇIQLAMA
16 Oct 2024 | 21:45
“Qatilin əlinə silah vermək nə vaxtdan ədalət hesab olunur?”
16 Oct 2024 | 21:42
Yeniyetmə uşağınız sizinlə pis rəftar edirsə, DİQQƏTLİ OLUN!
16 Oct 2024 | 21:36
ABŞ-nın Ukraynaya növbəti yardım paketinin açıqlanacağı tarix bəlli oldu
16 Oct 2024 | 21:35
Fransa İsrail şirkətlərinə "Euronaval" silah sərgisində iştirakını qadağan edib
16 Oct 2024 | 21:30
Tələbələrin təqaüdündən hər ay niyə pul tutulur?
16 Oct 2024 | 21:24
“Hizbullah”ın daha bir komandiri öldürüldü
16 Oct 2024 | 21:23
“Rusiya XİN-nin bu açıqlaması Azərbaycanın diplomatik uğurudur”
16 Oct 2024 | 21:18
Telefonu gecə şarj etməyin təhlükələri
16 Oct 2024 | 21:10
Norveçin bu tələbləri işimizi iflic edir - Zaxarova
16 Oct 2024 | 21:00
Putindən səhhəti ilə bağlı AÇIQLAMA: "Mütəmadi olaraq..."
16 Oct 2024 | 20:50
Yer üzündəki mələklər - Ən məsum 3 bürc
16 Oct 2024 | 20:45
Gürcüstan İstanbul görüşünə niyə qatılmadı?
16 Oct 2024 | 20:39
ABŞ Şimali Koreyaya yarımadada eskalasiyaya son qoymağa çağırış edib
16 Oct 2024 | 20:35
Rusiyaya qarşı sanksiyalar davam edir
16 Oct 2024 | 20:28
İki yaşlı uşaq qəfil ÖLDÜ
16 Oct 2024 | 20:20
Rusiya XİN: Xankəndi Azərbaycan ərazisidir
16 Oct 2024 | 20:11
Paşinyan Avropada ifşa olundu: Rusiyaya kimyəvi silah transfer edirmiş
16 Oct 2024 | 20:05
“Bilirəm ki, yığmada son matçlarımdır” - Messi
16 Oct 2024 | 19:56
“Ev yiyəsi Vəfadan imtina etmək istəyirdi, Şəbnəm Vəfaya görə ev yiyəsinə ağız açdı, minnət, xahiş etdi”- Aşıq Zülfiyyə SİRRLƏRİ açdı
16 Oct 2024 | 19:51
“Gecə bişirir, gündüz satır” – Çörəyi çörəkdən çıxan qadının təsirli hekayəsi - VİDEOREPORTAJ
16 Oct 2024 | 19:45
Dünyanın ən bahalı maddəsi: Qramı 297 milyondur - FOTO
16 Oct 2024 | 19:40
Qadınların 40 yaşdan sonra etdiyi 6 böyük səhv
16 Oct 2024 | 19:35
Zaxarova: "Rusiya "3+3" formatını Cənubi Qafqazda sülhün açarı kimi qiymətləndirir"
16 Oct 2024 | 19:30
Bakıda yaşayış evində yanğın
16 Oct 2024 | 19:23
Yüksəkliklərin fenomeni 200 metrlik məsafədən düşərək öldü - FOTO-VİDEO
16 Oct 2024 | 19:15
“Bizim nüvədən də qat-qat üstün silahlarımız var”
16 Oct 2024 | 19:08
Norveçli məşqçi: “Bakıda yüksək yerlər uğrunda yarışmaq istəyirik”
16 Oct 2024 | 19:00
Romantik dəyişikliklər gözləyən BÜRCLƏR
16 Oct 2024 | 18:55
Azərbaycanda bu şəxslərə avtomobil veriləcək
16 Oct 2024 | 18:40
Britaniya İsrail nazirlərini QARA SİYAHIYa sala bilər
16 Oct 2024 | 18:33
“Hamilə olduğumu bilmirdim” - Körpəsini unitaza atan qadın
16 Oct 2024 | 18:15
Gürcüstan baş naziri ölkə prezidentini istefaya göndərəcəyinə söz verdi
16 Oct 2024 | 18:10
"Onlar Rəsmi Tbilisiyə qarşı qərəz, sanksiyalar və daxili işlərə müdaxilə strategiyası həyata keçirməyə başlayıblar" - Professor
16 Oct 2024 | 18:05
İzmirdə Azərbaycanın milli geyimləri nümayiş olunub
16 Oct 2024 | 18:03
Sabah paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ
16 Oct 2024 | 18:01
Ermənistan və Azərbaycan arasında sülhün açarı... - Zaxarova
16 Oct 2024 | 18:00
Ən faydalı ədviyyatların adı açıqlanıb
16 Oct 2024 | 17:57
Bu gün cərimələnən tiktoker görün kim imiş - Oğlu anasından utanırmış... - VİDEO
16 Oct 2024 | 17:55
Dünya Bankı Qəzzaya dəyən ziyanın həcmini açıqlayıb
16 Oct 2024 | 17:52
DGK-nın hesabına köçürülən vəsaitlərdən istifadə qaydası DƏYİŞDİ
16 Oct 2024 | 17:48
Vidadi İsayev Bərdənin Əliyanlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
16 Oct 2024 | 17:44
Vüsalə Mahirqızı BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTO
16 Oct 2024 | 17:40
Yaralı halda rəşadətlə döyüşüb şəhid olan Vətən Müharibəsi Qəhrəmanı
16 Oct 2024 | 17:36
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi təlim keçirdi - FOTO
16 Oct 2024 | 17:32
Ermənistan Naxçıvana bu yolu təklif edir: Gecə keçidi isə belə olacaq...
16 Oct 2024 | 17:27
"SpaceX" Yupiterə çatmaq üçün superağır raket buraxıb" - NASA
16 Oct 2024 | 17:22
Bakı həbsxanasında cəza çəkən məhbus ÖLDÜ
16 Oct 2024 | 17:18
Daha bir tiktoker həbs edildi – FOTO
16 Oct 2024 | 17:14
Xalq artistinə xərçəng diaqnozu qoyuldu - FOTO
16 Oct 2024 | 17:10
Güləşçilərimiz dünya çempionatında iştirak edəcəklər
16 Oct 2024 | 17:07
"Öz ayaqları ilə getdiyi xəstəxanada keçinib" - Mübariz İbrahimovun əmisi - FOTO
16 Oct 2024 | 17:04
Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTO
16 Oct 2024 | 17:01
Pensiyalar neçə faiz artacaq? - Millət vəkili AÇIQLADI
16 Oct 2024 | 16:57
Jurnalistin meyiti tapıldı - Qatil oğlu imiş
16 Oct 2024 | 16:54
Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr oldu
16 Oct 2024 | 16:50
Kəmaləddin Heydərov general Rəfail Mehdiyevə vəzifə verdi
16 Oct 2024 | 16:45
Şərurlu İsfəndiyarın şirkətindən daha bir şikayət - Məhkəməyə verildi
16 Oct 2024 | 16:40
"Nədən ABŞ İsraildə cəsarətli, Ukraynada ehtiyatlıdır?" - "Politico"
16 Oct 2024 | 16:34
Söz azadlığına dözümsüz Fransa: davam edən müstəmləkəçilik və despotizm - ŞƏRH + FOTO
16 Oct 2024 | 16:29
Baş Narkotiklərlə Mübarizə İdarəsindən ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO
16 Oct 2024 | 16:24
Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək - FOTOLAR
GÜNLÜK
16 Oct 2024 | 16:16
“Birinci mərhələdə Zəngəzur dəhlizinə ruslar nəzarət edəcək. Gələcək danışıqlar isə...”
16 Oct 2024 | 19:23
Yüksəkliklərin fenomeni 200 metrlik məsafədən düşərək öldü - FOTO-VİDEO
16 Oct 2024 | 10:58
"Türklərin mənşəyi" məqaləsini yazan yəhudi müəllimi erməni müstəntiq güllələtdi...
16 Oct 2024 | 13:20
"Mənim sahibim var, mən yiyəsiz deyiləm"
16 Oct 2024 | 13:35
Bu şəxslərə ŞAD XƏBƏR! Pensiya ilə təmin olunacaqlar
16 Oct 2024 | 10:56
Nazir: Dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir
16 Oct 2024 | 11:08
Nəbatat bağı belə görünəcək - FOTOLAR
16 Oct 2024 | 15:28
Pensiya ilə bağlı mühüm xəbər - Niyə gecikir?
16 Oct 2024 | 13:57
Sərhədlərin dəyişdirilməsi, yeni SAVAŞ SSENARİSİ: Üçüncü Dünya Müharibəsini bu ölkələr BAŞLADACAQ
16 Oct 2024 | 10:33
Azərbaycana bir sıra balıq növlərinin idxalına gömrük rüsumu tətbiq ediləcək
HƏFTƏLİK
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
15 Oct 2024 | 14:36
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”-ÖZƏL
10 Oct 2024 | 23:00
Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir
13 Oct 2024 | 10:33
At, eşşək və donuz əti idxalına 100 faiz gömrük ENDİRİMİ 
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
12 Oct 2024 | 22:49
“Mənim nazir olduğum dövrdə də belə hadisələr olurdu, amma...”- Misir Mərdanov (ÖZƏL)
13 Oct 2024 | 21:07
AA: Fətullah Gülənin Pensilvaniyadakı yeni evindən çıxarkən fotoları çəkilib - VİDEO
15 Oct 2024 | 00:35
Bu gün Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
15 Oct 2024 | 17:27
“Ərimə yazığım gəlir ki, qarşısına mənim kimisi çıxıb” - VİDEO
AYLIQ
16 Oct 2024 | 16:16
“Birinci mərhələdə Zəngəzur dəhlizinə ruslar nəzarət edəcək. Gələcək danışıqlar isə...”
16 Oct 2024 | 19:23
Yüksəkliklərin fenomeni 200 metrlik məsafədən düşərək öldü - FOTO-VİDEO
16 Oct 2024 | 10:58
"Türklərin mənşəyi" məqaləsini yazan yəhudi müəllimi erməni müstəntiq güllələtdi...
16 Oct 2024 | 13:20
"Mənim sahibim var, mən yiyəsiz deyiləm"
16 Oct 2024 | 13:35
Bu şəxslərə ŞAD XƏBƏR! Pensiya ilə təmin olunacaqlar
16 Oct 2024 | 10:56
Nazir: Dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir
16 Oct 2024 | 11:08
Nəbatat bağı belə görünəcək - FOTOLAR
16 Oct 2024 | 15:28
Pensiya ilə bağlı mühüm xəbər - Niyə gecikir?
16 Oct 2024 | 13:57
Sərhədlərin dəyişdirilməsi, yeni SAVAŞ SSENARİSİ: Üçüncü Dünya Müharibəsini bu ölkələr BAŞLADACAQ
16 Oct 2024 | 10:33
Azərbaycana bir sıra balıq növlərinin idxalına gömrük rüsumu tətbiq ediləcək