Bizi sosial şəbəkələrdən izləyin:
“5 avqust tarixi Ümummilli liderin 1996-cı ildə verdiyi fərmanla Azərbaycan Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd olunur. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin tarixi quruluşu əslində 1918-1919-cu illərdən etibarən 1920-ci ilə qədər yaradılmağa çalışılıb, amma 1920-ci ildə Bolşevik sisteminə inteqrasiya ilə bağlı olaraq yarımçıq qalıb”.
Bu sözləri Azərbaycan Hərbi Dəniz Qüvvələri Günü münasibəti ilə Moderator.az-a olan açıqlamasında Türk Generalı Yücel Karauz danışıb:
“Azərbaycan müstəqillik əldə etdikdən sonra Xəzər donanmasının gəmilərinin 25/100-i və bütün dəniz bazaları Azərbaycana təhlil edilib. 1992-ci ildə ilk dəfə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmilərində ilk dəfə olaraq Azərbaycan Silahlı Qüvvələrinin bayrağı qaldırılıb.
Ümummilli lider hər şeydən öncə ordunun qurulmasına verdiyi diqqət və qayğını Dəniz Qüvvətlərinin O, donanmanın gəmilərinin təşkilinə, nizamlanmasına və onun konsepsiyasının yaradılmasına böyük diqqət və qayğı ilə yanaşırdı. Hakimiyyətə gəldikdən sonra donanmanın güclənməsi üçün bütün növ fəaliyyətləri həyata keçirib. Cənab Prezident, Ali Baş Komandan hakimiyyəti altında isə donanma gəmilərinin döyüş qabiliyyətini artması və s. bu gün Azərbaycan donanması, dəniz qüvvətləri Xəzərdə dövlətin təhlükəsizliyi, güvəni üçün istənilən vəzifəni yerinə yetirə biləcək səviyəyə gəlib. Bu gün Azərbaycan donanması artıq beynəlxalq təlimlərə, Türkiyədə baş tutan, ən son Qazaxıstanda olan təlimlərinə qatılaraq Azərbaycan ordusunun və dövlətinin gücünü ən yaxşı şəkildə təmsil edib. Dəniz qüvvələrindəki daimi dəyişmə, inkişaf və modernləşdirmə fəaliyyətləri davam etdirilir. Bayaq dediyim kimi dəniz qüvvələri dəniz piyadaları sayəsində də bir dəniz qüvvələrində olması gərəkən əsas elementlərindən biridir, dəniz əməliyyatının davamı zamanı həyata keçirilən əməliyyatlar üçün bu dəniz piyadalarının davranışı, İkinci Qarabağ müharibəsində də səmərəli istifadə olunub, şəhid və qazilər verib. Təxminən 5 şəhid, 50-ə yaxın da qazi, özəlliklə işğaldan azad edilmiş torpaqların qurtarılmasında fədakarlıq göstərib. Belə ki, Azərbaycan donanması həm dənizdə güclənərkən, eyni zamanda sualtı və suüstü hücum komandoları , dəniz piyadaları ilə birlikdə bu gün Xəzər dənizinin ən güclü donanmasının inkişafı daha da davam edəcək. Azərbaycan dövlətçiliyi, Azərbaycan silahlı qüvvələrinin ən qabaqcıl tərkibi olaraq Azərbaycan dövlətçiliyinə xidmətini davam etdirəcək”.
Vüsalə İbrahimli