Cəlilabadda 90 yaşlı kişini əqrəb sancıb
1729
04 Aug 2024 | 22:48

Cəlilabadda 90 yaşlı kişini əqrəb sancıb

Cəlilabadın Kövüzbulaq kəndində əqrəbin sancdığı 90 yaşlı kişi xəstəxanadan evə buraxılıb.
 
Bu barədə TƏBİB-dən məlumat verilib.
 
Qeyd olunub ki, bu gün saat 12:30 radələrində 1934-cü il təvəllüdlü şəxs (kişi cinsli) əqrəb sancması səbəbi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
 
Ona zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
 
18:24
 
Cəlilabad sakinini əqrəb sancıb.
 
Hadisə Kövüzbulaq kəndində qeydə alınıb.
 
Həmin kənd sakini, 1934-cü il təvəllüdlü Camalxan Mahmudov əqrəb sancması ilə əlaqədar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.
 
Xəstənin dediyinə görə, onu əqrəb sancıb.
Link kopyalandı!
Son xəbərlər