Harris Trampın şərtləri əsasında debatlardan imtina edib
1612
04 Aug 2024 | 15:13

Harris Trampın şərtləri əsasında debatlardan imtina edib

"İstənilən zaman, istənilən məkan, istənilən yerdə" debatlara hazır olduğunu deyən Tramp bundan qorxaqcasına yayınır..."
 
ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris opponenti Donald Trampın şərtləri əsasında debatlardan imtina edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "obozrevatel.com" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Trampla Harris sentyabrın 4-də respublikaçıların namizədini dəstəkləyən "Fox News" telekanalında görüşməlidir.
 
Lakin Harris və onun komandası debatların ilkin formatına təkid edir: debatlar 10 senyabrda,
"ABC News" meydançasında keçirilməlidir.
 
Harrisin komandası bəyan edib ki, Tramp debatlardan "qorxaqcasına yayınır" və ümid edir ki, "Fox News" onu artıq razılaşdığı "ABC News"dakı debatlardan xilas edəcək.
 
"O, oyun oynamağına son qoymalı və artıq sentyabrın 10-da vəd etdiyi debatlara gəlməlidir. Vitse-prezident hər necə olursa-olsun milli "prime-time"-da auditoriya qarşısında çıxış etmək imkanından istifadə etmək üçün orada olacaq", - bunu Harris kampaniyasının ictimaiyyətlə əlaqələr üzrə direktoru Maykl Tayler bəyan edib.
 
O, deyib ki, Harris komandası bundan sonrakı debatları müzakirə etməyə açıqdır, lakin bu, həm demokratlar, həm də respublikaşçıların artıq razılaşdığı debatlar baş verəndən sonra mümkündür. 
 
""Anytime, anywhere, anyplace" (istənilən zaman, istənilən məkan, istənilən yerdə) deyən cənab Tramp sentyabrın 10-da peyda olacağından kifayət qədər çəkinmirsə, heç bir problemi olmamalıdır", - Tayler əlavə edib.
 
Xatırladaq ki, bundan öncə Donald Tramp gözlənilmədən vitse-prezident Kamala Harrislə debatlardan imtina edib.
 
O, bunu vətəndaşların seçkilərdə hansı siyasətçini dəstəkləyəcəyi ilə bağlı sorğularda, guya, liderlik etdiyi ilə izah edib.
 
Lakin sonradan siyasətçi bəyan edib ki, "Fox News" telekanalının Harrislə sentyabrın 4-də debatların keçirilməsi təklifinə razılıq verib. 
 
Tramp qeyd edib ki, debatların formatı onun Co Baydenlə keçirildiyi debatlarla oxşar olacaq.
 
Xəbər verildiyi kimi, avqustun 2-də bəlli olub ki, Kamala Harris rəsmən ABŞ prezidentliyinə namizəd olub.
 
Onun namizədliyinin irəli sürülməsi virtual səsvermənin köməyilə baş tutub. Cümə gününə olan məlumata görə, o, kifayət qədər səs toplayıb.
 
Harris qeyd edib ki, Birləşmiş Ştatlar keçmişlə gələcək arasında seçim qarşısında qalıb.
Link kopyalandı!
Son xəbərlər