Kilsənin yanında Qurandan sitat gətirən qız saxlanıldı
1529
03 Aug 2024 | 18:21

Kilsənin yanında Qurandan sitat gətirən qız saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhər sakini pravoslav kilsəsinin yanında Qurandan sitat gətirdiyinə görə saxlanılıb.
 
 22 yaşlı qız iyulun 30-da Sankt-Peterburqun Müqəddəs Kseniya kilsəsinin yaxınlığındakı Laxtinskaya küçəsində divara “AYAT 9:5” yazmaqda şübhəli bilinir. Bu, Quranda müşriklərin İslamı qəbul etmədikləri təqdirdə onlara zülm edilməsinə çağıran ayəyə işarədir.
 
Qız sorğu-sual edilib və başqa yerə getməmək şərti ilə buraxılıb. Onun niyə bunu etdiyi hələ açıqlanmayıb.
 
Sosial şəbəkələrdə Sankt-Peterburq sakini özü haqqında yazıb ki, Herzen Universitetinin Musiqi, Teatr və Xoreoqrafiya İnstitutunun məzunudur. Jurnalistlər qeyd ediblər ki, onun səhifəsində dini baxışları açıqlayan heç bir şey yoxdur.
 
Lent.az
Link kopyalandı!
Son xəbərlər