Ana 4 aylıq oğlunu ağladığı üçün döyərək öldürdü- FOTOLAR 
Ekskluziv
1801
30 Jul 2024 | 06:25

Ana 4 aylıq oğlunu ağladığı üçün döyərək öldürdü- FOTOLAR 

Uyarda iki uşağı tək böyüdən ana ağlayan 4 aylıq oğlunu döyərək öldürüb.
 
Moderator.az xəbər verir ki, sözügedən anaya Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi "Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma" maddəsinin sanksiyasında maksimum 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.
 
Belə ki, bu il iyulun 27-də Uyar şəhərinin Krasnıx Partizan küçəsindəki fərdi yaşayış evlərindən birində həyat əlaməti olmayan 4 aylıq uşaq meyiti tapılıb. Məhkəmə-tibb ekspertizasının araşdırması nəticəsində müəyyən edilib ki, körpənin ölümü zorakılıq nəticəsində baş verib.
 
Ölən oğlanın anası şübhə altına düşüb. Məlum olub ki, 3 yaşlı oğlunun davranışından və yeni doğulmuş körpəsinin ağlamasından əsəbiləşən 33 yaşlı qadın kiçik oğlunu qucağına alaraq başını divanın taxta qoluna vurub.
 
Uşağın ölümü kəllə-beyin travması, kəllə sümüyünün sınığı və beyin əzilməsi nəticəsində baş verib.
 
 
Link kopyalandı!
Son xəbərlər