Bu il hansı bölgələrin abituriyentləri ən yüksək nəticələri göstəriblər?
Elm və Təhsil
1912
28 Jul 2024 | 08:11

Bu il hansı bölgələrin abituriyentləri ən yüksək nəticələri göstəriblər?

"2023-2024-cü tədris ili üzrə ölkəmizin ayrı-ayrı bölgələrini təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, fənlər üzrə ən yüksək nəticə əsasən birbaşa Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseylərə və özəl liseylərə məxsusdur".
 
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent-12" jurnalında qeyd olunub.
 
Bildirilib ki, fənlər üzrə şəhər və rayon təhsil sektorlarının göstəricilərinin təhlillərindən aydın olur ki, kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərinin göstəricilərini qabaqlayır. Belə rayonlara misal olaraq, Cəbrayıl, Ağdaş, Salyan, Beyləqan, Qubadlı, Qəbələ, Tovuz, Kəlbəcər, Siyəzən, Bərdə, İsmayıllı, Culfa, Oğuz, Astara, Ordubad, Şəki, Masallı, Göyçay, Cəlilabad, Saatlı, Ağcabədi, İmişli, Neftçala Ağstafa, Kürdəmir, Babək və Şəruru göstərmək olar.
Link kopyalandı!
Son xəbərlər