Bina xidmətçisi işləyən birinci xanım – sovet liderinin həyat yoldaşı ömrünü səfalət içində başa vurub
Maraqlı
Oxunub: 1747
24 Jul 2024 | 13:18
Bina xidmətçisi işləyən birinci xanım – sovet liderinin həyat yoldaşı ömrünü səfalət içində başa vurub
Onlar ezamiyyət zamanı tanış olublar. 1944-cü ildə SSRİ Tədarük Komissarlığında (nazirliyində) işləyən Anna Lyubimova (sonralar Çernenko) Mərkəzi Komitənin göstərişi ilə Qorkiyə ezam olunub. Həmin vaxt Moskvada Ali Partiya Məktəbində təhsil alan Konstantin Çernenko da müharibə ilə əlaqədar olaraq tədrisdən ayrılaraq bu bölgəyə göndərilib. İlk tanışlıq xidməti işlə bağlı olsa da, cəmi bir neçə gündən sonra onların arasında sevgi münasibətləri yaranıb. Həyat yoldaşından yenicə ayrılan Çernenko Anna Lyubimovaya evlilik təklifi edib və onlar Moskvaya qayıtdıqdan sonra ailə həyatı qurublar.
 
CERNEN.jpeg (94 KB)
 
Qeyd edək ki, Anna Lyubimova 1913-cü ildə Rostovda yoxsul bir ailədə anadan olub. Orta təhsilini başa vurduqdan sonra Saratov Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb, mühəndis-mexanik ixtisasına yiyələnib. Tələbə vaxtı o, institut komsomol təşkilatının katibi olub, fəal ictimaiyyətçi kimi tanınıb. Tələbəlik illərində baş vermiş bir hadisə onu 58-ci maddə ilə “üz-üzə” qoyub. Belə ki, Annanın oxuduğu qrupda Lev Trotskinin təbliğ olunduğu kitablardan biri əllərdə gəzib. Buna görə komsomol katibi kimi tələbə Anna siyasi sayıqlığını itirməkdə və Trotskinin təbliğatına mane olmamaqda ittiham olunub. Hətta ona 58-ci maddənin tətbiq edilməsi fikirləri də səsləndirilib. Qeyd edək ki, 1921-1953-cü illərdə bu maddə ilə 3 milyon 800 min nəfər ittiham olunub, onlardan 700 min nəfərə yaxını ən ağır cəzaya, ölüm hökmünə məhkum edilib. Anna bu problemdən çətinliklə qurtarıb. Araşdırma zamanı onun yerli qəzetlərdə Lenin və Stalin haqqında məqalələri, institutun ictimai həyatında fəallığı nəzərə alınıb. Amma insident cəzasız da qalmayıb. Şəxsi işinə yazılmaqla Annaya şiddətli töhmət verilib. Bu töhmət yalnız üç ildən sonra götürülüb. Bu hadisə Annaya bütün həyatı boyunca dərs olub.
 
İnstitutu bitirdikdən sonar Anna Lyubimova SSRİ Tədarük Komissarlığına təyinat alıb. Yuxarıda qeyd etdiyimiz kimi, 1944-cü ildə o, Georgi Malenkovun göstərişi ilə Qorkiyə ezam olunub və gələcəyin baş katibi ilə ailə həyatı qurub.
 
Çernenkonun işi ilə bağlı Anna Tədarük Nazirliyindəki işindən ayrılıb. Həyat yoldaşı Moldoviya KP MK-da şöbə müdiri işləyəndə o da Kişinyov Kənd Təsərrüfatı İnstitutunda işləyib.
 
1956-cı ildə Çernenko Moskvada Mərkəzi Komitədə sektor müdiri vəzifəsinə təyinat aldıqdan sonra Anna Çernenkonun vəzifə karyerasına son qoyulub. Çütlüyün iki qızı, bir oğlu olub. Anna gələcək həyatını ailəsinin qayğılarına həsr edib.
 
BİNADA.jpg (211 KB)
 
Anna Çernenko yüksək ranqlı dövlət məmurunun həyat yoldaşı kimi ictimaiyyət arasında çox da görünməyib. Müsahibələrində söylədiyi kimi, o, ailəsinə, həyat yoldaşına və uşaqlarına xidmət etməklə məşğul olub.
 
Amma bununla yanaşı, ailədə əsas söz sahibi olduğunu da etiraf edib:
 
“Kreml məmurlarının tez-tez ailəvi görüşləri keçirilirdi. Bu işin də əsas təşkilatçısı Brejnev idi. Biz tez-tez onların bağ evinə toplaşırdıq. Bu heç də mənim ürəyimcə deyildi. Çünki belə məclislər Çernenkonun səhhətinə mənfi təsir edirdi. Evdə telefon zənglərinə mən cavab verirdim. Brejnevin köməkçisi zəng vuranda, Çernenkonu ova, yaxud da digər bir tədbirə çağıranda mən birtəhər ona başa salırdım ki, həyat yoldaşımı səhhətinə görə belə görüşlərə çağırmasınlar. Onu da qeyd edim ki, Çernenko baş katib seçiləndə mən hönkür-hönkür ağlayırdım. Yaxşı bilirdim ki, onun sağlamlığı bu işə tab gətirməycək. Bu xəbəri mən radioda eşitdim. Axşam evə gəldi, yorğun idi, bu vəzifəni heç adi bir süfrə ilə də qeyd etmədik. Bildirdim ki, gərək bu işə razılıq verməyəydi. Hətta Qorbaçovun da adını çəkdim ki, Mixail Sergeyeviç daha cavandır, enerjilidir, gərək onu seçəydiniz.
 
Çernenkonun bu fikrimə cavabı qısa oldu: “Qorbaçov üçün bu iş hələ çox tezdir”.
 
Həmin gün mənzilimizə qırmızı rəngli bir telefon qoyuldu. Bu, dövlət telefonu idi. Ona da mən cavab verirdim. Çernenko yatanda, yaxud da məşğul olanda zəng vuran Siyasi Büro üzvlərinə çəkinmədən deyirdim ki, narahat etməsinlər...”
 
CERNİ SON.jpg (141 KB)
 
13 aylıq hakimiyyəti dövründə Anna Çernenko həyat yoldaşına bütün mümkün olan qayğını göstərib, baş katibin müalicə aldığı xəstəxanalarda gecələyib. Ancaq nə bu qayğı, nə də həkimlərin səyi Çernenkonun sağlamlığını bərpa edə bilib.
 
Çernenkonun vəfatından sonra SSRİ-nin süqutuna qədər ailənin təminatı dövlət tərəfindən qarşılanıb. 1990-cı illərdə bu təminat dayandırılıb. Anna Çernenko sıravi vətəndaşlar kimi öz iş stajına görə çox da böyük olmayan pensiya ilə dolanıb. Yaşlaşdıqca xəstəliklərinin sayı artan Anna Çernenkonun müalicəyə, dərmanlara daha çox ehtiyacı yaranıb ki, aldığı pensiya bunlara çatmayıb. Məhz elə bu səbəbdən də o, özünə iş axtarıb.
 
Nəhayət, 1991-ci ildə sabiq birinci xanım yaşayış binasında konserj xidmətinə işə düzəlib. Mərtəbələrin təmizliyinə, liftin işləməsinə, mərtəbə sakinlərinin poçt qutularına nəzarət edib, içəri daxil olmaq istəyən kənar şəxslərin kimliyini müəyyənləşdirib, mənzil sakinləri üçün taksi sifariş edib və s. bu kimi xidmətlər göstərib. Sakinlər ondan bina xidmətçisi kimi razı qalıblar və bütün bu xidmətlərə görə hər ay mənzil sahibləri ona müəyyən olunmuş məbləğdə pul ödəyiblər. Yaşının 80-ə yaxın olmasına baxmayaraq, sabiq birinci xanım öz işinin öhdəsindən layiqincə gəlib.
 
CERNİ YENİ.jpg (75 KB)
 
Anna Çernenko bu işi haqqında heç vaxt danışmayıb, jurnalistlərə verdiyi müsahibələrdə konserj xidmətində işləməsi ilə bağlı suallardan yayınıb. Əslində konserj xidmətində işləmək eyib və qəbahətli bir iş sayılmayıb. Amma nə vaxtsa SSRİ kimi nəhəng bir dövlətin rəhbərinin, Konstantin Çernenkonun həyat yoldaşının belə bir işdə işləməsi yəqin ki, mətbuatda heç də xoş qarşılanacaq bir xəbər olmazdı.
 
Amma yaş və sağlamlıq durumu da öz sözünü deyib, sabiq birinci xanım əmək qabiliyyətini yavaş-yavaş itirib və işdən çıxmaq məcburiyyətində qalıb. Ömrünün son illərində ona qızları kömək edib.
 
Bütün bu çətinlik və ehtiyaclara baxmayaraq, Anna Çernenko uzun bir ömür yaşayıb, o, 2010-cu ildə 97 yaşında vəfat edib. /Musavat.com/
 
Oxşar xəbərlər
22:05, Bu gün
İsrail-dən İrana daha bir XƏBƏRDARLIQ - "HAZIRIQ!" (VİDEO)
21:56, Bu gün
İsrail Qəzzada məktəbləri BOMBALADI - ÇOXLU ÖLÜ VƏ YARALI VAR (FOTOLAR)
21:54, Bu gün
“Şöşü” ləqəbli məşhur aktyorun həyat yoldaşı gözəlliyi ilə heyran etdi – FOTOLAR
21:46, Bu gün
Şəhid Elçin Kərimbəyli doğum günündə məzarı başında xatırlanıb
21:35, Bu gün
Hakan Fidan Misirə GETDİ - “Rəfah”dan AÇIQLAMALAR VERDİ
21:31, Bu gün
Şahruddinə SƏRT MESAJ: "Bu saatdan sonra hər hansı səhvinə görə onu..."
21:23, Bu gün
Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ
21:19, Bu gün
Hava Qüvvələri Günündə F-16 qırıcıları Ukrayna səmasında görünüb - FOTO/VİDEO
20:54, Bu gün
Türkiyə Ordusu İraq və Suriyada 8 terrorçu zərərsizləşdirib
19:57, Bu gün
Tehran nüvə silahı əldə edib?
19:15, Bu gün
"Olmaya, faşizm iblisi seçki qərargahıdır?" - Nikolas Maduro
19:01, Bu gün
Zelenski Kiyevin “F-16” qırıcıları aldığını təsdiqləyib - YENİLƏNİB-VİDEO
18:56, Bu gün
Britaniyada iğtişaşlar zamanı 90-dan çox insan həbs edilib
18:32, Bu gün
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
18:06, Bu gün
İrana uçan Rusiya hərbi təyyarəsi ilə bağlı ŞOK İDDİA - GPS-i bilərəkdən...
17:45, Bu gün
KİV: Ukrayna vəd edilmiş 79 ədəd F-16 qırıcısından yalnız 10-unu alıb
17:30, Bu gün
Yay tətili daha bir ay uzadıldı? - Oktyabrdan...
17:26, Bu gün
İdmançımız çəkicatma yarışlarında finala yüksəlib - Paris-2024
16:48, Bu gün
Avropanın ən hündür aktiv vulkanı püskürdü
16:44, Bu gün
Hər avtomobildə BUNLAR OLMALIDILR: AĞ DƏSMAL 
16:25, Bu gün
Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?
16:22, Bu gün
"WhatsApp"dan istifadəçilərini sevindirəcək YENİ FUNKSİYA - FOTO
16:17, Bu gün
"Krım körpüsünü məhv etməyə dəyərmi?" - hərbçi gözlənilməz variantı nəzərdən keçirib
16:16, Bu gün
“Bu çayları endirimlə də almayın”: Qara siyahıya düşən 3 MƏŞHUR ÇAY BRENDİ 
15:50, Bu gün
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
15:35, Bu gün
Rusiyada leysan: 200-dən çox evi su basdı
15:15, Bu gün
İranda qum fırtınası: Mindən çox şəxs xəstəxanaya yerləşdirildi
15:13, Bu gün
Harris Trampın şərtləri əsasında debatlardan imtina edib
14:58, Bu gün
Azərbaycan cüdo yığması Paris-2024-də ikinci oldu
14:49, Bu gün
Sülh müqaviləsi ilə BAĞLI ÖNƏMLİ xəbər - Bu günlərdə...
14:46, Bu gün
Rusiya İrana İsraillə savaşmaq üçün “İsgəndər” verdi - MÜNAQİŞƏ QIZIŞIR
14:32, Bu gün
3 bürc dəyişikliyə hazırlaşsın
14:22, Bu gün
İranda casusluğa görə generalın həbsi - Rəsmi açıqlama
14:03, Bu gün
Jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı verdilər
14:02, Bu gün
Paris-2024: Azərbaycan idmançısı çəkic atma yarışlarında mübarizəyə başlayıb
13:14, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
12:52, Bu gün
Həftənin ilk günü Azərbaycanda 38 dərəcə isti olacaq - 05.08.2024
12:42, Bu gün
"Müharibə Ukraynanın şərtləri əsasında sona yetməlidir" - Zelenski
12:40, Bu gün
Əfqan Sadıqov Gürcüstanda saxlanıldı
12:34, Bu gün
Emin Ağalarovun ev vədinə reaksiya: cazibədar aparıcı hamilə qalacağını açıqladı - FOTO
11:59, Bu gün
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
11:57, Bu gün
"Hizbullah" Livan ərazisindən İsraili güclü raket atəşinə tutub
11:18, Bu gün
İran İsrailə BU TARİXDƏ hücum edəcək
11:17, Bu gün
Oğlu şəhid general Polad Həşimovun arzusunu GERÇƏKLƏŞDİRDİ - VİDEO
11:14, Bu gün
Hidayət Heydərov: 2028 Olimpiadasında da birinci olmaq istəyirəm
11:11, Bu gün
Gözəlliyi ilə Türkiyəni fəth edən azərbaycanlı aktrisanın yaşı təəccübləndirir - FOTO
11:00, Bu gün
"Yaxın  Şərqdə eskalasiya: Bayden Netanyahunu yardımın kəsiləcəyi ilə təhdid edib" - "Axios"
11:00, Bu gün
Zaxarovanın Parislə bağlı zarafatı Fransada OLAY OLDU 
10:58, Bu gün
Rusiyada minlələ hektar meşə sahəsi yanır
10:48, Bu gün
Sülh Fondundan Ermənistana "tulapayı": Paşinyanı qorumaq üçün hansı planlar cızılıb?
10:41, Bu gün
Özbək qadınları niyə paltarlarının altına şalvar geyinirlər?
10:32, Bu gün
"Yuxulu" Co əvəzinə "dəlisov" Kamala": Tramp Harrislə debatlara razı olub
10:25, Bu gün
Mütəxəssis maqnit qasırğasından qorunmağın yollarını AÇIQLADI 
10:20, Bu gün
İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə “giriblər”? - QALMAQAL
10:15, Bu gün
Türkiyədə zəlzələ oldu
10:15, Bu gün
Zelim Kotsoyev: İnsanlara təbəssüm bəxş etmək həqiqətən gözəldir
10:09, Bu gün
Aqressivlik, xəyal qırıqlığı: Yayda payız havasının mənfi təsirləri
10:00, Bu gün
Genefond təhlükədə - körpələr ana südündən niyə məhrum edilir?
09:52, Bu gün
Olimpiya çempionlarımız Vətənə qayıtdı
09:40, Bu gün
Elon Mask: "Vətəndaş müharibəsi qaçılmazdır"
09:31, Bu gün
8-ci sinif şagirdi müəllimi ilə cinsi əlaqədə olub
09:21, Bu gün
Harrisin əri birinci xanımına xəyanət etdiyini ETİRAF ETDİ
09:11, Bu gün
İşıq pulunu yarıya endirir: Paltaryuyan maşına bir xörək qaşığı əlavə etsəniz...
09:01, Bu gün
Bu gün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək
08:54, Bu gün
Damarları təmizləyən 5 təbii üsul...
08:45, Bu gün
HƏYƏCAN TƏBİLİ ÇALINDI: "Zombi dərmanı"...
08:37, Bu gün
Telefonunuzu bu yerlərdə şarj etməyin - TƏHLÜKƏLİDİR
08:29, Bu gün
Bu gün dənizə getmək istəyənlərin nəzərinə!
08:20, Bu gün
Kərə yağı kəskin bahalaşdı
07:58, Bu gün
"Beşiktaş" "Qalatasaray"ı məğlub edərək superkubokun sahibi olub
07:47, Bu gün
Baydendən 12 yaşlı qıza tövsiyə: 30 yaşına qədər oğlanlarla ciddi münasibət qurma
00:06, Bu gün
Tənhalıqda xoşbəxt olmağın 5 qaydası...
03 Aug 2024 | 23:11
Optimist insanlar daha çox yaşayır?
03 Aug 2024 | 23:00
4 avqustda bu insanlardan EHTİYAT EDİN- GÜNÜN ULDUZ FALI 
03 Aug 2024 | 22:36
Bağ evi kirayələmək istəyənlərə DİN ÇAĞIRIŞ ETDİ: DİQQƏLİ OLUN!
03 Aug 2024 | 22:34
Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
03 Aug 2024 | 22:26
Ən TƏHLÜKƏLİ QADINLAR bunlardır- PSİXOLOQ AÇIQLADI
03 Aug 2024 | 22:19
Alimlər qan qrupunun sərvətə necə təsir etdiyinin sirrini açdılar- LİDERLİK XÜSUSİYYƏTLƏRİ, GÜCLÜ XARAKTER  
03 Aug 2024 | 22:09
Min bir dərdin DƏRMANI- DƏFNƏ YARPAĞI 
03 Aug 2024 | 22:02
"Ukraynalıların əksəriyyəti Rusiya ilə danışıqlara tərəfdardır, amma bir şərtlə..." - Sorğu
03 Aug 2024 | 22:00
İtaliyada Azərbaycan tarixini də əks etdirən muzeydən MARAQLI GÖRÜNTÜLƏR
03 Aug 2024 | 21:58
"Rusiyanın cari ilə "maksimum" və "minimum" proqramları" - Budanov
03 Aug 2024 | 21:51
Arvadı ola-ola evlənmək istəyən azərbaycanlının başına OYUN GƏLDİ- FOTO
03 Aug 2024 | 21:39
"Avroviziya" üçün ifaçı və mahnı seçimi ELAN OLUNDU
03 Aug 2024 | 21:35
Hansı yeməklər insanda aqressiya yaradır?
03 Aug 2024 | 21:27
Bu qan qrupunun qadınları çox ehtiraslıdır
03 Aug 2024 | 21:16
Azərbaycanda bir ayda 415 pensiyaçı "yoxa çıxıb"
03 Aug 2024 | 21:08
Olimpiadadakı bu QARŞILAŞANIN GÖRÜNTÜLƏRİ GÜNDƏM oldu - VİDEO
03 Aug 2024 | 21:00
Otel otağında başına oyun açılan qadın əslində GÖRÜN KİM İMİŞ – “Məni 5 saat…”
03 Aug 2024 | 20:36
Rusiyada "YouTube" işləmir
03 Aug 2024 | 20:26
Paris-2024: Azərbaycan basketbolçuları qrupda sonuncu matçını keçirib
03 Aug 2024 | 20:16
Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur
03 Aug 2024 | 20:08
Bəşəriyyət süni intellektin TƏHDİDİ ALTINDA
03 Aug 2024 | 20:00
Bakıda 20 yaşlı qızı maşına qoyub qaçırıblar?- FOTO
03 Aug 2024 | 19:50
ABŞ Livanı tərk etmək istəyən vətəndaşlarını biletlə təmin edəcək
03 Aug 2024 | 19:44
Oğuzda başı stula dəyən 2 yaşlı uşaq xəstəxanada öldü
03 Aug 2024 | 19:36
Bakıda kişi binanın qabağında sirkə turşusu içib öldü
03 Aug 2024 | 19:28
Qovrulmuş fındığın hansı faydaları var?
03 Aug 2024 | 19:20
Laçında mina partladı: yaralı şəxs Xankəndiyə təxliyə edildi
03 Aug 2024 | 19:11
Hirslənəndə niyə "zəhər, zəqqum ye" deyirlər? - "Belə yaranıb"
GÜNLÜK
15:50, Bu gün
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
10:20, Bu gün
İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə “giriblər”? - QALMAQAL
11:59, Bu gün
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
03 Aug 2024 | 23:00
4 avqustda bu insanlardan EHTİYAT EDİN- GÜNÜN ULDUZ FALI 
03 Aug 2024 | 22:36
Bağ evi kirayələmək istəyənlərə DİN ÇAĞIRIŞ ETDİ: DİQQƏLİ OLUN!
00:06, Bu gün
Tənhalıqda xoşbəxt olmağın 5 qaydası...
11:00, Bu gün
Zaxarovanın Parislə bağlı zarafatı Fransada OLAY OLDU 
03 Aug 2024 | 22:34
Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
03 Aug 2024 | 23:11
Optimist insanlar daha çox yaşayır?
09:11, Bu gün
İşıq pulunu yarıya endirir: Paltaryuyan maşına bir xörək qaşığı əlavə etsəniz...
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
15:50, Bu gün
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
03 Aug 2024 | 22:09
Min bir dərdin DƏRMANI- DƏFNƏ YARPAĞI 
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
02 Aug 2024 | 13:18
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
AYLIQ
15:50, Bu gün
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
10:20, Bu gün
İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə “giriblər”? - QALMAQAL
11:59, Bu gün
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
03 Aug 2024 | 23:00
4 avqustda bu insanlardan EHTİYAT EDİN- GÜNÜN ULDUZ FALI 
03 Aug 2024 | 22:36
Bağ evi kirayələmək istəyənlərə DİN ÇAĞIRIŞ ETDİ: DİQQƏLİ OLUN!
00:06, Bu gün
Tənhalıqda xoşbəxt olmağın 5 qaydası...
11:00, Bu gün
Zaxarovanın Parislə bağlı zarafatı Fransada OLAY OLDU 
03 Aug 2024 | 22:34
Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
03 Aug 2024 | 23:11
Optimist insanlar daha çox yaşayır?
09:11, Bu gün
İşıq pulunu yarıya endirir: Paltaryuyan maşına bir xörək qaşığı əlavə etsəniz...