Azərbaycandan Türkiyədə ev alanların sayı kəskin azaldı
Cəmiyyət
Oxunub: 1495
20 Jul 2024 | 08:51
Azərbaycandan Türkiyədə ev alanların sayı kəskin azaldı
Zəlzələ qorxusu, yoxsa kəskin inflyasiya - ekspertlərin izahı
 
Türkiyə sosial-iqtisadi baxımdan sabit günlərini yaşamır. İllik inflyasiya 50 faizdən yüksək olur. Qiymətlər dayanmadan artır. Az-çox lirə dəyər itirməməyə çalışır. Ümumilikdə, vəziyyət yaxşılığa doğru getmir. Qardaş ölkədə turizmə bəslənən ümidlər də özünü doğrultmur. Bu yay xüsusilə Bodrumda az turist gözə dəyir. Qiymətlərin çox yüksək olması özünü göstərir. Mənzil bazarında isə geriləmə daha nəzərəçarpan görünür. 
 
Bizimyol.info xəbər verir ki, Türkiyədə mənzil alanların sayı azalıb. Türkiyə Statistika Qurumunun məlumatına görə, iyunda 1440 əcnəbi bu ölkədə ev sahibi olub. Ümumilikdə, ilin ilk yarısında say 10 min 548-ə çatıb. Aşkar azalma var. 2023-cü ilin birinci yarısı ilə müqayisədə fərqi daha aydın görmək mümkündür. Keçən ilin ilk 6 ayında Türkiyədə xarici ölkə vətəndaşlarına 20 minə yaxın mənzil satılmışdı. 
 
Əvvəlki illərlə müqayisə daha fərqli mənzərə ortaya qoyur. Məsələn, 2019-cu ildə əcnəbilərə satılan mənzillərin sayı 44 minə çatmışdı. Düzdür, onda lirə hələ təzə ciddi dəyər itirdiyindən, böyük sıçrayış qeydə alınmışdı. Yəni bir il əvvəl ilə müqayisədə say 1,7 dəfə artmışdı. Bir ay ərzində təkcə Rusiya vətəndaşlarına 400-dən çox mənzil satılırdı. İran, Səudiyyə Ərəbistanı, Azərbaycan vətəndaşlarının bu istiqamətdə fəallığı da öz yerində. 
 
Azərbaycanlılar xüsusilə pandemiyadan sonra Türkiyədə çox böyük imkanlar ortaya qoya bilmir. Ölkədə sosial vəziyyətin pisləşməsi, pul kütləsinin azalması qardaş dövlətdə daşınmaz əmlak bazarındakı davranışa da təsir göstərib. Hər il sayda azalma qeydə alınır. Keçən il azərbaycanlılar Türkiyədə 800 civarında mənzil almışdı. 2023-cü ilin ilk yarısında say 395 olmuşdu. Halbuki sayın 1000-i keçdiyi dövrlər olub. Bu ilin birinci yarısında isə 339 müqavilə imzalanıb. 
 
Azərbaycan vətəndaşlarının Türkiyədə ev almasına tərəddüdünün bir səbəbi də gözlənilən böyük İstanbul zəlzələsi göstərilir. 
 
Xalid Kərimli: ADNF- nun gəlirlərinin yüksəlməsi proqnozlaşdırılır
 
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Türkiyədə uzun müddət ucuz pul siyasəti həyata keçirilib: “Buna qeyri-ənənəvi siyasət də deyirlər. Türkiyənin AKP hakimiyyəti, Ərdoğanın nüfuzu, yanaşması  çox böyük rol oynayır. 2019-cu ildən başlayaraq inflyasiya artmasına baxmayaraq faiz dərəcələrini aşağı salmağa başladılar. İnflyasiya artanda faizlər artır ki, inflyasiya zəifləsin. Bank faizləri aşağı salanda əhali də elə zənn edir ki, onsuz da inflyasiya artacaq, borclansa da onsuz da pul dəyərini itirəcək. Bu proses başladı spiralvarı artmağa. Digər tərəfdən, pandemiya ortaya çıxdı. Pandemiya enerji qiymətlərini kəskin artırdı. Prezident seçkilərindən sonra isə bu məsələ işin peşəkarlarına həvalə olundu. İnflyasiya 80 faizdən 50 faizə endirildi, bu əla göstəricidir. İlin sonuna kimi bir az da zəifləyəcək. İnflyasiya spiralvarı ötürüldüyünə görə birdən birə sıfıra endirmək olmur. Burada nüans ondan ibarətdir ki, faizlərin artırılması iqtisadi, işgüzar aktivliyi aşağı salır. Türkiyə Mərkəzi  Bankı faizləri bir neçə dəfə artırdı ki, iqtisadiyyata pulun girişini azaltsın. Burada əsas məqsəd inflyasiyanı cilovlamaqdır”. 
 
O ki qaldı Bodurmda baş verənlərə, ekspert qeyd edib ki, sahibkarlar dayanmadan qiymətləri artırırlar: “Türkiyəyə əsasən münasib qiymətlərə görə gəlirdilər. Türkiyənin təbiəti, xidməti gözəldir, amma qiymət də burada böyük rol oynayır. Turistlər yunan adalarına deyil, ondan iki dəfə ucuz olan Türkiyəyə gedirdilər.  Qiymət eyni olanda yunan adalarına üz tuturlar. Yəni inflyasiya ocağının söndürülməsi iqtisadi aktivliyi aşağı salacağı gözlənilirdi, yəni burada qeyri adi heç nə baş vermir. İndi boş qalan hotellər gələn il üçün daha əlverişli qiymətlər verəcək ki, müştərilərini cəlb etsinlər. Artıq inflyasiyanın aşağı düşəcəyini görüb daha aşağı qiymətlər təklif edəcəklər. Mərkəzi Bankın müstəqillik çərçivəsində lirə də daha stabil olacaq, sürətli dəyər itirməyəcək. Həm turizmlə bağlı, həm də daşınmaz əmlakla bağlı vəziyyət də stabilləşəcək”. 
 
Elnur Fərzəliyev: "Şirkətin təklif etdiyi məbləğlə vətəndaş o ərazilərdən  ev ala bilməz"
 
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini deyib: “Türkiyədə daşınmaz əmlakla bağlı ötən il verilən qərar azərbaycanlıların marağına uyğun olmadı. 2021-ci ilə qədər Türkiyədə daşınmaz əmlakların qiymətləri sabit idi. Artım çox cüzi şəkildə müşahidə olunurdu. Rusiya-Ukrayna müharibəsi nəticəsində Türkiyəyə ciddi axın müşahidə olunmağa başladı. Xüsusən də Avropada, Amerikada yaşayan rus iş adamları, Rusiya vətəndaşları, həmçinin Ukrayna və digər ölkələrdən gələn xarici vətəndaşlar Türkiyədən daşınmaz əmlak almağa üstünlük verdilər. Bu cür kütləvi axın Türkiyənin öz qanunvericiliyində dəyişiklik etməsinə yol açdı. Əvvəlki illərdə Türkiyədən 250 min dollar məbləğində daşınmaz əmlak alan turistə Türkiyə vətəndaşlığı verilirdi. Dəyişiklikdən sonra müəyyən olunan məbləğ artırıldı və 400 min dollar civarında oldu. Əgər hansısa xarici vətəndaş Türkiyə vətəndaşı olmaq üçün ev almaq istəyirsə, bu halda 400 min dollar xərcləməlidir. Azərbaycan vətəndaşlarının Türkiyədən ev almasında azalmanın müşahidə olunması da məhz qiymətlərlə bağlıdır. Yeni qiymət azərbaycanlıların Türkiyədən ev almasına marağı kəskin şəkildə azaldıb. Əvvəlki illərdə qiymət ucuz olduğuna görə vətəndaşlarımız aldıqları evi rahatlıqla kirayə verə bilirdilər. Lakin indiki məqamda daşınmaz əmlak üçün təyin olunan yüksək qiymət alıcılıq qabiliyyətini azaldıb. Ona görə də azərbaycanlıların reytinqdəki mövqeyi də geriləyib”.
Oxşar xəbərlər
08:16, Bu gün
Xarkovda ardıcıl partlayışlar baş verdi
08:08, Bu gün
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
08:00, Bu gün
Azərbaycanlı gənc Oksford Universitetinə qəbul olundu
07:31, Bu gün
İran rəsmiləri İsraildən qisas alacaqlarına söz veriblər
07:27, Bu gün
Plastik əməliyyat etdirən şəxsin beyninə toxundular – Əlil qala bilər...
02:27, Bu gün
2000-dən çox Bitcoin cüzdanı çalındı - Polis kiber-dələduzluğun üstünü açdı
00:01, Bu gün
Emosional intellekti aşağı olan insanı necə tanımaq olar? - 10 əsas əlamət
04 Aug 2024 | 23:55
Bakıda ağır QƏZA: Sürücü sükan arxasında sıxılı vəziyyətdə qaldı
04 Aug 2024 | 23:23
Daşkəsəndə gəlini tərəfindən baltalanan qadın öldü
04 Aug 2024 | 23:03
Dürdanə Ağayeva VƏFAT ETDİ
04 Aug 2024 | 22:48
Cəlilabadda 90 yaşlı kişini əqrəb sancıb
04 Aug 2024 | 22:47
Tovuzda ilanın sancdığı qadın ölüb
04 Aug 2024 | 22:41
Tələbələr üçün müxtəlif sxemlər: Artım qərarının yaratdığı suallar
04 Aug 2024 | 22:40
Uorren Baffet Apple-dəki payının yarısını satdı
04 Aug 2024 | 22:05
İsrail-dən İrana daha bir XƏBƏRDARLIQ - "HAZIRIQ!" (VİDEO)
04 Aug 2024 | 21:56
İsrail Qəzzada məktəbləri BOMBALADI - ÇOXLU ÖLÜ VƏ YARALI VAR (FOTOLAR)
04 Aug 2024 | 21:54
“Şöşü” ləqəbli məşhur aktyorun həyat yoldaşı gözəlliyi ilə heyran etdi – FOTOLAR
04 Aug 2024 | 21:46
Şəhid Elçin Kərimbəyli doğum günündə məzarı başında xatırlanıb
04 Aug 2024 | 21:35
Hakan Fidan Misirə GETDİ - “Rəfah”dan AÇIQLAMALAR VERDİ
04 Aug 2024 | 21:31
Şahruddinə SƏRT MESAJ: "Bu saatdan sonra hər hansı səhvinə görə onu..."
04 Aug 2024 | 21:23
Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ
04 Aug 2024 | 21:19
Hava Qüvvələri Günündə F-16 qırıcıları Ukrayna səmasında görünüb - FOTO/VİDEO
04 Aug 2024 | 20:54
Türkiyə Ordusu İraq və Suriyada 8 terrorçu zərərsizləşdirib
04 Aug 2024 | 19:57
Tehran nüvə silahı əldə edib?
04 Aug 2024 | 19:15
"Olmaya, faşizm iblisi seçki qərargahıdır?" - Nikolas Maduro
04 Aug 2024 | 19:01
Zelenski Kiyevin “F-16” qırıcıları aldığını təsdiqləyib - YENİLƏNİB-VİDEO
04 Aug 2024 | 18:56
Britaniyada iğtişaşlar zamanı 90-dan çox insan həbs edilib
04 Aug 2024 | 18:32
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
04 Aug 2024 | 18:06
İrana uçan Rusiya hərbi təyyarəsi ilə bağlı ŞOK İDDİA - GPS-i bilərəkdən...
04 Aug 2024 | 17:45
KİV: Ukrayna vəd edilmiş 79 ədəd F-16 qırıcısından yalnız 10-unu alıb
04 Aug 2024 | 17:30
Yay tətili daha bir ay uzadıldı? - Oktyabrdan...
04 Aug 2024 | 17:26
İdmançımız çəkicatma yarışlarında finala yüksəlib - Paris-2024
04 Aug 2024 | 16:48
Avropanın ən hündür aktiv vulkanı püskürdü
04 Aug 2024 | 16:44
Hər avtomobildə BUNLAR OLMALIDILR: AĞ DƏSMAL 
04 Aug 2024 | 16:25
Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?
04 Aug 2024 | 16:22
"WhatsApp"dan istifadəçilərini sevindirəcək YENİ FUNKSİYA - FOTO
04 Aug 2024 | 16:17
"Krım körpüsünü məhv etməyə dəyərmi?" - hərbçi gözlənilməz variantı nəzərdən keçirib
04 Aug 2024 | 16:16
“Bu çayları endirimlə də almayın”: Qara siyahıya düşən 3 MƏŞHUR ÇAY BRENDİ 
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
04 Aug 2024 | 15:35
Rusiyada leysan: 200-dən çox evi su basdı
04 Aug 2024 | 15:15
İranda qum fırtınası: Mindən çox şəxs xəstəxanaya yerləşdirildi
04 Aug 2024 | 15:13
Harris Trampın şərtləri əsasında debatlardan imtina edib
04 Aug 2024 | 14:58
Azərbaycan cüdo yığması Paris-2024-də ikinci oldu
04 Aug 2024 | 14:49
Sülh müqaviləsi ilə BAĞLI ÖNƏMLİ xəbər - Bu günlərdə...
04 Aug 2024 | 14:46
Rusiya İrana İsraillə savaşmaq üçün “İsgəndər” verdi - MÜNAQİŞƏ QIZIŞIR
04 Aug 2024 | 14:32
3 bürc dəyişikliyə hazırlaşsın
04 Aug 2024 | 14:22
İranda casusluğa görə generalın həbsi - Rəsmi açıqlama
04 Aug 2024 | 14:03
Jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı verdilər
04 Aug 2024 | 14:02
Paris-2024: Azərbaycan idmançısı çəkic atma yarışlarında mübarizəyə başlayıb
04 Aug 2024 | 13:14
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
04 Aug 2024 | 12:52
Həftənin ilk günü Azərbaycanda 38 dərəcə isti olacaq - 05.08.2024
04 Aug 2024 | 12:42
"Müharibə Ukraynanın şərtləri əsasında sona yetməlidir" - Zelenski
04 Aug 2024 | 12:40
Əfqan Sadıqov Gürcüstanda saxlanıldı
04 Aug 2024 | 12:34
Emin Ağalarovun ev vədinə reaksiya: cazibədar aparıcı hamilə qalacağını açıqladı - FOTO
04 Aug 2024 | 11:59
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
04 Aug 2024 | 11:57
"Hizbullah" Livan ərazisindən İsraili güclü raket atəşinə tutub
04 Aug 2024 | 11:18
İran İsrailə BU TARİXDƏ hücum edəcək
04 Aug 2024 | 11:17
Oğlu şəhid general Polad Həşimovun arzusunu GERÇƏKLƏŞDİRDİ - VİDEO
04 Aug 2024 | 11:14
Hidayət Heydərov: 2028 Olimpiadasında da birinci olmaq istəyirəm
04 Aug 2024 | 11:11
Gözəlliyi ilə Türkiyəni fəth edən azərbaycanlı aktrisanın yaşı təəccübləndirir - FOTO
04 Aug 2024 | 11:00
"Yaxın  Şərqdə eskalasiya: Bayden Netanyahunu yardımın kəsiləcəyi ilə təhdid edib" - "Axios"
04 Aug 2024 | 11:00
Zaxarovanın Parislə bağlı zarafatı Fransada OLAY OLDU 
04 Aug 2024 | 10:58
Rusiyada minlələ hektar meşə sahəsi yanır
04 Aug 2024 | 10:48
Sülh Fondundan Ermənistana "tulapayı": Paşinyanı qorumaq üçün hansı planlar cızılıb?
04 Aug 2024 | 10:41
Özbək qadınları niyə paltarlarının altına şalvar geyinirlər?
04 Aug 2024 | 10:32
"Yuxulu" Co əvəzinə "dəlisov" Kamala": Tramp Harrislə debatlara razı olub
04 Aug 2024 | 10:25
Mütəxəssis maqnit qasırğasından qorunmağın yollarını AÇIQLADI 
04 Aug 2024 | 10:20
İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə “giriblər”? - QALMAQAL
04 Aug 2024 | 10:15
Türkiyədə zəlzələ oldu
04 Aug 2024 | 10:15
Zelim Kotsoyev: İnsanlara təbəssüm bəxş etmək həqiqətən gözəldir
04 Aug 2024 | 10:09
Aqressivlik, xəyal qırıqlığı: Yayda payız havasının mənfi təsirləri
04 Aug 2024 | 10:00
Genefond təhlükədə - körpələr ana südündən niyə məhrum edilir?
04 Aug 2024 | 09:52
Olimpiya çempionlarımız Vətənə qayıtdı
04 Aug 2024 | 09:40
Elon Mask: "Vətəndaş müharibəsi qaçılmazdır"
04 Aug 2024 | 09:31
8-ci sinif şagirdi müəllimi ilə cinsi əlaqədə olub
04 Aug 2024 | 09:21
Harrisin əri birinci xanımına xəyanət etdiyini ETİRAF ETDİ
04 Aug 2024 | 09:11
İşıq pulunu yarıya endirir: Paltaryuyan maşına bir xörək qaşığı əlavə etsəniz...
04 Aug 2024 | 09:01
Bu gün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək
04 Aug 2024 | 08:54
Damarları təmizləyən 5 təbii üsul...
04 Aug 2024 | 08:45
HƏYƏCAN TƏBİLİ ÇALINDI: "Zombi dərmanı"...
04 Aug 2024 | 08:37
Telefonunuzu bu yerlərdə şarj etməyin - TƏHLÜKƏLİDİR
04 Aug 2024 | 08:29
Bu gün dənizə getmək istəyənlərin nəzərinə!
04 Aug 2024 | 08:20
Kərə yağı kəskin bahalaşdı
04 Aug 2024 | 07:58
"Beşiktaş" "Qalatasaray"ı məğlub edərək superkubokun sahibi olub
04 Aug 2024 | 07:47
Baydendən 12 yaşlı qıza tövsiyə: 30 yaşına qədər oğlanlarla ciddi münasibət qurma
04 Aug 2024 | 00:06
Tənhalıqda xoşbəxt olmağın 5 qaydası...
03 Aug 2024 | 23:11
Optimist insanlar daha çox yaşayır?
03 Aug 2024 | 23:00
4 avqustda bu insanlardan EHTİYAT EDİN- GÜNÜN ULDUZ FALI 
03 Aug 2024 | 22:36
Bağ evi kirayələmək istəyənlərə DİN ÇAĞIRIŞ ETDİ: DİQQƏLİ OLUN!
03 Aug 2024 | 22:34
Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
03 Aug 2024 | 22:26
Ən TƏHLÜKƏLİ QADINLAR bunlardır- PSİXOLOQ AÇIQLADI
03 Aug 2024 | 22:19
Alimlər qan qrupunun sərvətə necə təsir etdiyinin sirrini açdılar- LİDERLİK XÜSUSİYYƏTLƏRİ, GÜCLÜ XARAKTER  
03 Aug 2024 | 22:09
Min bir dərdin DƏRMANI- DƏFNƏ YARPAĞI 
03 Aug 2024 | 22:02
"Ukraynalıların əksəriyyəti Rusiya ilə danışıqlara tərəfdardır, amma bir şərtlə..." - Sorğu
03 Aug 2024 | 22:00
İtaliyada Azərbaycan tarixini də əks etdirən muzeydən MARAQLI GÖRÜNTÜLƏR
03 Aug 2024 | 21:58
"Rusiyanın cari ilə "maksimum" və "minimum" proqramları" - Budanov
03 Aug 2024 | 21:51
Arvadı ola-ola evlənmək istəyən azərbaycanlının başına OYUN GƏLDİ- FOTO
03 Aug 2024 | 21:39
"Avroviziya" üçün ifaçı və mahnı seçimi ELAN OLUNDU
03 Aug 2024 | 21:35
Hansı yeməklər insanda aqressiya yaradır?
03 Aug 2024 | 21:27
Bu qan qrupunun qadınları çox ehtiraslıdır
GÜNLÜK
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
04 Aug 2024 | 11:59
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
04 Aug 2024 | 10:20
İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə “giriblər”? - QALMAQAL
04 Aug 2024 | 11:00
Zaxarovanın Parislə bağlı zarafatı Fransada OLAY OLDU 
04 Aug 2024 | 18:32
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
04 Aug 2024 | 14:49
Sülh müqaviləsi ilə BAĞLI ÖNƏMLİ xəbər - Bu günlərdə...
04 Aug 2024 | 09:11
İşıq pulunu yarıya endirir: Paltaryuyan maşına bir xörək qaşığı əlavə etsəniz...
04 Aug 2024 | 14:22
İranda casusluğa görə generalın həbsi - Rəsmi açıqlama
04 Aug 2024 | 23:03
Dürdanə Ağayeva VƏFAT ETDİ
04 Aug 2024 | 08:45
HƏYƏCAN TƏBİLİ ÇALINDI: "Zombi dərmanı"...
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
04 Aug 2024 | 11:59
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
03 Aug 2024 | 22:09
Min bir dərdin DƏRMANI- DƏFNƏ YARPAĞI 
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
04 Aug 2024 | 10:20
İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə “giriblər”? - QALMAQAL
AYLIQ
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
04 Aug 2024 | 11:59
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
04 Aug 2024 | 10:20
İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə “giriblər”? - QALMAQAL
04 Aug 2024 | 11:00
Zaxarovanın Parislə bağlı zarafatı Fransada OLAY OLDU 
04 Aug 2024 | 18:32
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
04 Aug 2024 | 14:49
Sülh müqaviləsi ilə BAĞLI ÖNƏMLİ xəbər - Bu günlərdə...
04 Aug 2024 | 09:11
İşıq pulunu yarıya endirir: Paltaryuyan maşına bir xörək qaşığı əlavə etsəniz...
04 Aug 2024 | 14:22
İranda casusluğa görə generalın həbsi - Rəsmi açıqlama
04 Aug 2024 | 23:03
Dürdanə Ağayeva VƏFAT ETDİ
04 Aug 2024 | 08:45
HƏYƏCAN TƏBİLİ ÇALINDI: "Zombi dərmanı"...