2021-2023-cü illərdə işğaldan azad torpaqlardakı bərpa işlərinə 7 milyard dollar sərf edildi…-TARİX
Elm və Təhsil
Oxunub: 1705
19 Jul 2024 | 20:55
2021-2023-cü illərdə işğaldan azad torpaqlardakı bərpa işlərinə 7 milyard dollar sərf edildi…-TARİX
“2015-ci ilin fevral və dekabr aylarında iki dəfə manatın devalvasiyası (yenidən qiymətləndirilməsi) həyata keçirildi, nəticədə manatın ABŞ dollarına nisbətdə kursu 0.78 manatdan 1.70 manata çatdırıldı…”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
 
Siyasi, sosial-iqtisadi dəyişikliklər. Mədəniyyət (2000-2024-cü illər)...-XXXXX mövzu
 
(Əvvəli burada:)
 
Azərbaycan elektrik enerjisi istehsalı səhəsində də müsbət nəticələrə nail olub. 2021-ci ildən ölkə özünü elektrik enerjisi ilə tam təmin edir [59]. 2022-ci ildə elektrik enerjisi istehsalı ötən illə müqayisədə 4.1% artaraq 29 milyard kilovat-saat təşkil etdi [14]. Azərbaycan müəyyən miqdarda elektrik enerjisinin ixracını da həyata keçirir. 2022-ci ildə Rusiya, Gürcüstan, Türkiyə və İrana 1.7 milyard kilovat-saat elektrik enerjisi ixrac edildi. İran, Rusiya, Gürcüstandan isə az miqdarda, 134 milyon kilovat-saat enerji idxal edildi [57]. İşğaldan azad olunmuş ərazilərdə də elektrik enerjisinin istehsalının bərpasına başlanıldı [31]. Azərbaycanın bütün ərazilərində, xüsusilə də işğaldan azad olunmuş bölgələrdə “yaşıl enerji zonaları”nın, günəş, külək, bioenerji, geotermal enerji stansiyalarının qurulması üçün hazırlıq işlərinə başlanılmışdır.
 
Müstəqil Azərbaycan sənayesinin metallurgiya, dağ-mədən, kimya, maşınqayırma, gəmiqayırma, yüksək texnologiyalar, hərbi-sənaye kompleksi və digər sahələrində də uğurlar əldə edildi. 2013-cü ildə Azərbaycanın ilk süni peyki kosmosa buraxıldı [10]. Qaradağ mis mədəni [79] fəaliyyətini genişləndirdi, yerli “Ultra” şirkəti noutbuk və 20 adda digər modellərin istehsalına başladı [55], Gəncə, Şamaxı, Naxçıvan avtomobil zavodları işə düşdü, hərbi-sənaye kompleksi 1200-dən artıq müdafiə təyinatlı məhsulların, o cümlədən, raket qurğuları, minaatanlar, snayper tüfəngləri, zirehli maşınlar, bütün növ güllə və mərmilərin istehsalını təmin etdi [86].
Dünyada bütün sahələrin inkişafı informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsi ilə müəyyən edilir. İnformasiyanın yaradılması, emalı, saxlanılması, istifadəsi, ötürülməsi və idarə olunması “informasiya texnologiyaları” (İT), yaxud “informasiya-kommunikasiya texnologiyaları” (İKT) adlandırılır. Bu ifadələri işlədərkən, adətən, “kompüter texnologiyaları” nəzərdə tutulur [29]. İKT və müasir dövrü xarakterizə edən Dördüncü sənaye inqilabı (İndustry 4.0) bir-biri ilə bağlıdır. Dördüncü sənaye inqilabı istehsala informasiya texnologiyalarının kütləvi surətdə tətbiqi, biznes proseslərin geniş miqyasda avtomatlaşdırılması və süni intellektin təşəkkül tapmasına əsaslanan yeni yanaşmanı ehtiva edir [88].
 
Dördüncü sənaye inqilabının şərtlərinə uyğun olaraq, Azərbaycanda İKT-nin tətbiqinə 2003-cü ildə dövlət proqramının qəbulu ilə başlandı. Həmin vaxtdan qlobal informasiya mühitinə inteqrasiya olunması, informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsi, informasiyanın əmtəəyə çevrilməsi, təhsil sisteminin təkmilləşdirilməsi və digər əsas istiqamətlərdə addımlar atıldı. Bu vaxta qədər İKT-nin inkişafı üçün hüquqi baza yaradılıb, tələbə qəbulu, dövlət qulluqçularının seçilməsi, səsvermələrin təşkili, banklarda milli ödəniş sistemi, gömrük xidmətinin idarə olunması, “Elektron hökumət”, “Elektron dövlət”in yaradılması və digər sahələrdə ciddi nəticələr əldə olunub [15]. Azərbaycan prezidentinin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən, “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” publik hüquqi şəxs statusunda yeni qurum yaradıldı [28]. Yeni yaradılmış qurum İKT-nin tətbiqində ciddi rola malikdir. Həyata keçirilən işlərin nəticəsi olaraq, Azərbaycan 2023-cü ilin əvvəlləri üçün beynəlxalq “National Cybersecurity index” cədvəlində mövqeyini 34 pillə yaxşılaşdıraraq, 52-ci yerdə qərarlaşmışdır, müqayisə üçün Ermənistan 90-cı yerdədir [56]. Bu, İKT-nin inkişafı, ölkənin kibertəhlükəsizliyinin təmin olunması üçün mühüm göstəricidir.
Azərbaycanda maliyyə-pul siyasəti də uğurla həyata keçirildi. Bu sahədə əsas hadisələr 2015-ci ildə baş verdi. Həmin ilin fevral və dekabr aylarında iki dəfə manatın devalvasiyası (yenidən qiymətləndirilməsi) həyata keçirildi, nəticədə manatın ABŞ dollarına nisbətdə kursu 0.78 manatdan 1.70 manata çatdırıldı [76]. Bu hadisə iqtisadiyyat və əhalinin vəziyyətində ciddi çətinliklər yaratdı, lakin az sonra iqtisadiyyatın sağlamlaşmasına, əhalinin gəlirlərinin artmasına şərait yaratdı. Bankların təmərküzləşməsi və sağlamlaşdırılması prosesi davam etdirildi. 2022-ci ilin yanvar ayı üçün ölkədə 26 bank, o cümlədən, 2 dövlət, 24 özəl bank fəaliyyət göstərirdi [81]. 2023-cü ilin aprel ayı üçün Azərbaycanın strateji valyuta ehtiyatları 62.5 mlrd ABŞ dolları təşkil etdi [83]. Digər mühüm göstərici- Ümumi Daxili Məhsul (il ərzində istehsal olunan bütün mal və xidmətlərin məcmu baza qiyməti) 4.6% artaraq, 133.8 mlrd manat oldu [63].
Azərbaycan işğaldan azad edilmiş ərazilərində geniş bərpa işlərinə başladı. Bu işlər Prezidentin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı (2022-2026-cı illər)” adlı sərəncamına əsasən həyata keçirilir. 2021-2023-cü illər ərzində bərpa işlərinə büdcədən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib, növbəti 2024-cü il üçün isə 2,4 milyard dollar planlaşdırılıb [38]. 2021-ci ilin sentyabrında Füzuli, oktyabrında isə Zəngilan beynəlxalq hava limanları istifadəyə verildi. Hər ikisinin açılışında Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə iştirak etdi [77]. İlk nəticələrdən biri olaraq, Zəngilanın Ağalı yaşayış məntəqəsində “Ağıllı kənd” tikilib istifadəyə verildi. 2022-ci ilin yayında 41 ailə oraya yerləşdirildi [65]. Digər bölgələrə də əhalinin köçürülməsinə başlanıldı. 2023-cü ilin sonuna qədər 5 minə yaxın məcburi köçkün öz yurdlarına qaytarıldı [27]. 2024-cü ilin birinci yarısı ərzində məcburi köçkünlərin Laçın, Şuşa, Xankəndi, Xocalı və digər ərazilərə köçürülməsinə başlanıldı, Ağdam, Şuşa, Laçın və digər yerlərdə geniş bərpa işləri həyata keçirildi. Ağdamda Cümə məscidinin bərpası başa çatdırıldı [2]. Bərpa işləri ilə yanaşı ərazi minalardan təmizlənir. 2023-cü ilin əvvəllərinə qədər azad olunmuş ərazilərin 17%-i, 70 min ha sahəsi minalardan təmizləndi [3]. Yollar, körpülər, elektrik, qaz və su xətləri, elektrik stansiyaları və digər obyektlərin inşası davam etdirilir.
 
(Davamı var)
 
Ədəbiyyat:
 
1. Ağaverdiyeva N. Ali təhsildə Boloniya sistemi.- “Səs” qəzeti, 2010, 26 iyun, s. 10.
 
2. Ağdamda Cümə məscidinin bərpası yekunlaşır.- moderator.az/az/ qarabagh /641313/agdam-cume-mescidinin-berpasi-yekunlasir/.
 
3. Azad edilmiş ərazilərin 70 min hektarı...- anspress.com/azad-edilmis-erazilerin-70-min-hektari-minalardan-temizlenib.
 
4. “ASAN xidmət”in fəaliyyəti ilə bağlı “Data Portal”.- web.archive.org/ web/20220801125310/ //vxsida.gov.az/statisties/.
 
5. Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat oldu.- azerbaycan24.com/ azerbaycanda-minimum-ayliq-emekhaqqi-345-manat-oldu-serencam/.
 
6. Azərbaycanda ölüm hökmünün ləğvi.- modern.az/az/news/330035.
 
7. Azərbaycan elminin uğurları.- azerbaijans.com/content_607_az.html.
 
8. Azərbaycan əhalisinin milli tərkibi.- modern.az/az/news/159429.
 
9. Azərbaycanın ilk rok-operası.- modern.az/az/news/148870.
 
10. Azərbaycanın ilk kosmik peyki orbitə uçub.- bbc.com/azeri/azerbaijan/ 2013/02/ 130206_azeri_first_satellite.
 
11. Azərbaycan kinosunun tarixi.- azerbaijanfilmproduction.com/az/ haqqimizda /azerbaijan-kinosu.
 
12. Azərbaycan mədəniyyəti. Müasir memarlıq.- axtar.len.az/?q= Azərbaycan_ mədəniyyəti#Müasir_dövr.
 
13. Azərbaycan muğamı.- azerbaijan.az/related-information/39.
 
14. Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabat.- minenergy.gov.az/uploads/Hesabatlar/son%20son-Hesabat%20NK%202022_ v7.pdf.
 
15. Azərbaycan Respublikasının İnkişafı Naminə...- ict.az/mobile/az/ content/88.
 
16. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında...- e-qanun.az/framework/1407.
 
17. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında...- president.az/az/articles /view/20630.
 
18. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 24 avqust 2002-ci ildə keçirilmiş ümumxalq səsverməsinin (referendumun) yekunları haqqında...- qanun.az/framework/16449.
 
19. “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası - İqtisadiyyat”.- web.archive.org/web/20210830233924/// files.preslib.az/ projects/azerbaijan/ gl4.pdf.
 
20. Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı, “Elm”, 2008.
 
21. Dünya Azərbaycanlılarının I Qurultayı.- files.preslib.az/projects/ diaspora/c1.pdf.
 
22. Əmək pensiyaları haqqında...-e-qanun.az/framework/11566.
 
23. İbrahimov R. “Aşıq sənəti yalnız Azərbaycan xalqına məxsusdur”.- web.archive.org/ web/20150407231423/ //bizimyol.info/news/ 22319.html.
 
24. Hacızadə E. Dünya iqtisadiyyatı və Azərbaycan. Dərslik. Bakı, “Letterpress” nəşriyyat evi. 2018.
 
25. İlham Əliyev Bakı Metropoliteninin “Xocasən” stansiyasının...- report.az/daxili siyaset/ilham-eliyev-baki-metropoliteninin-xocesen-stansiyasinin-acilisinda-istirak-edib/.
 
26. İlham Heydər oğlu Əliyev.- prezident.az/az/pages/view/president/ biography.
 
27. İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda iştirak edir.- “Azərbaycan” qəzeti, 2023, 07 dekabr, s. 2.
 
28. “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” publik hüquqi şəxs.- mincom.gov.az/view/organization/34.
 
29. İnformasiya-kommunikasiya texnologiyaları.- kayzen.az/blog/ informatika /24819/informasiya-kommunikasiya-texnologiyaları.html.
 
30. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”...- e-qanun.az/framework/1405.
 
31. İşğaldan azad olunmuş ərazilərdə Yaşıl Enerji Zonası.- area.gov.az/az/ page/layiheler/yasil-enerji-zonasi/yasil.
 
32. XXI əsrin, üçüncü minilliyin qarşılanması ilə bağlı...- e-qanun.az/ framework/177.
 
33. Konstitusiyada əlavə və dəyişikliklər...- “Azərbaycan” qəzeti, 2009, 17 fevral, s. 7.
 
34. Mehriban Arif qızı Əliyeva.- president.az/az/pages/view/first-vice-president/biography.
 
35. Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayı...- qanuninfo.az/index.php?newsid=36116; Bu Milli Məclisdə 9 partiya...- modern.az/bu-milli-meclisde-9-partiya-temsil-olunacaq-siyahi/227042.
 
36. Müasir dövrdə Azərbaycan təsviri sənətinin rolu və mövqeyi.- azerbaijan.az/related-information/176.
 
37. Musiqi sənətinin inkişafı tarixi.- web.archive.org/web/20160109205934/ //www.azerbaijan.az/portal/Culture/Music/music_a.html.
 
38. Prezident İlham Əliyevin 2023-cü il sentyabrın 29-da Zəngilanda çıxışı.- qafqazinfo.az/news/detail/qarabagin-berpasina-budceden-7-milyard-dollar-xerclenib-413809.
 
39. Sadıqlı F. Bakı-Tbilisi-Ərzurum kəməri Azərbaycanı qaz ixracatcısı kimi tanıtdı.- “Azərbaycan” qəzeti, 2022, 3 iyul, s.6.
 
40. Sarıyeva İ. “Dünyada Azərbaycanı tanıdan müasir rəssamlar”...- “Bakı Xəbər” qəzeti, 2017, 16-18 avqust, s. 15.
 
41. Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu.- e-qanun.az/framework/53163.
 
42. Şuşada “Xarıbülbül” Festivalı başlayır.- web.archive.org/web/ 20230518134913/ //www.qafqazinfo.az/news/detail/susada-xaribulbul-festivali-baslayir-video-399798.
 
43. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu. 19 iyun 2009-cu il.- baku.edu.gov.az/page/281/2476.
 
44. Təhsil nazirliyinin adı dəyişdirildi. Fərman.- oxu.az/politics/627402.
 
45. VII Muğam Televiziya Müsabiqəsi...- culture.gov.az/az/umumi xeberler/vii-mugam-televiziya-musabiqesi-basa-catir (10.06.2019).
 
46. Yusifli V. Milanda ölüm.- adalet.az/az/writers/detail/milanda-olum-15554.
 
47. Zərif N. Tilsim sındı- Azərbaycanlı yazıçı xariciləri üstələdi.- news. milli.az/ country/507460.html.
 
48. BP Statistical Review of World Energy June 2017.- British Petrolium (июнь 1917).- bp.com/content/dam/bp/en/corporate/pdf/energy-ecenomics/ statistical-review-2017/bp-statistical-review-of-world-energy-2017-full-report.pdf.
 
49. Grater Tom. “In Between Dying: Watch Debut Trailler For Venice Completition Pic.- deadline.com/video/in-between-watch-debut-trailer-venice-completition/.
 
50. Mugam feast in prospekt.- web.archive.org/web/20140408224830/ //news.az/articles/culture/32515.
 
51. Statistical Review of World Energy 2020.- bp.com/content/ dam/bp/business-sites/en/global/corporate/pdfs/energy-economics/statistical-review/bp-stats-review-2020-full-report.pdf.
 
52. 3rd Uzeyir Hajibeyli İnternational Music Festival in Baku.- archive.is/20120712045409/ //en.apa.az/news.php?id=154899/; Gabala International Music Festival programme.- web.archive.org/web/20100801061045/ //news.az/articles /19387.
 
53. Азербайджан в 2022 г. увеличил экспорт газа на 18%. (13.01.2023).- Interfax.az/view/884556.
 
54. Азербайджан на достаточном уровне самообеспечеивается пшеницей.- news.day.az/economy/1426995.html.
 
55. Азербайджан начал экспорт ноутбуков в страны Западной Европы.- web.archive.org/web/20110706130855/ //www.vesti.az/news.php ?id=34858.
 
56. Азербайджан существенно улучшил позиции…- trend.az/business/ it/3699854.html.
 
57. Азербайджан увеличил в 2022 году выручку от экспорта электроэнергии на 75%.- interfax.az/view/887381.
 
58. Азербайджан// Энциклопедический географический словарь/ отв. редакторы Е.В.Варавина и др. Москва, «Рипол-классик», 2011.
 
59. «Азерэнержи» планирует расширить экспорт электроэнергии.- news.day.az/economy/ 1418775.html.
 
60. В Азербайджане на создание 51 агропарка израсходовано 2,3 млрд. манатов.- apa.az/ru/agro-promyshlennyj/v-azerbaidzane-na-sozdanie-51-agroparka-izrasxodovano-23-mlrd-manatov-484529.
 
61. В Азербайджане при поддержке ЕС создана информационная система сельского хозяйства.- news.day.az/economy/1517058.html.
 
62. В Азербайджане увеличилось площадь посевов пшеницы.- news.day.az/economy/1525015.html.
 
63. ВВП Азербайджана в 2022 году вырос на 4.6%- interfax.az/ view/884764.
 
64. В Москве назвали лауреатов премии «Ника».- web.archive.org/web/ 20220526040644/ //rg.ru/2010/04/01/nika.html.
 
65. В селе Агалы созданы все необходимые условия…- trend.az/ azerbaijan/ society /3641606.html.
 
66. Все дополнения и изменения к 29 статьям Конституции Азербайджана…- trend.az/Azerbaijan/politics/1442873.html.
 
67. В Турции открыли газопровод TANAP.- kommersant.ru/doe/3656841.
 
68. Государственный Комитет по делам Диаспоры.- web.archive.org/ web/ 20180110114723///azerbaijans.com/content_556_ru.html.
 
69. Добыча газа в Азербайджане в 2022 году выросла на 6.5%.- finmarket.ru/database/news/5877716.
 
70. Добыча газа в Азербайджане… (06.12.2021).- interfax.az/ view/852215.
 
71. Добыча нефти в Азербайджане в 2015 г. снизилась на 0,8%, газа выросла на 1.1%- госкомстат.- oilcapital.ru/upstream/280784.html.
 
72. Добыча нефти в Азербайджане… (13.02.2023).- interfax.az/ view/886579.
 
73. Доходы аграрного сектора Азербайджана за последние семь лет увеличились.- trend.az/business/finance/3294694.html.
 
74. Евросoюз придает большое значение развитию сельского хозяйства в Азербайджане.- news.day.az/economy/1409134.html.
 
75. За 2022 г. дабыча нефти…- neftegaz.ru/news/dobycha/766357-za-2022-g-dobycha-nefti-v-azerbaydzhane-dostigla-32-6-mln-t-a-gaza-46-7-mlrd-kubometrov.
 
76. Из-за девалвации в Азербайджане…- tass.ru/ekonomika/2548083.
 
77. Как восстанавливается освобожденные…- //vestikavkaza.ru/ analytistics/kak-vosstanavlivautsa-osvobozhdennye-azerbaidjanskie-rajony.html.
 
78. «Контракт века»: норвежские миражи Азербайджана.- BBC: Русская служба (15 сентября 2017).- bbc.com/russian/features-41274750.
 
79. Назван потенциал производства меди на месторождении Карадаг.- news.day.az/economy/1551421.html.
 
80. Население земли.- countrymeters.info/ru/World.
 
81. Основные показатели банковского сектора АР.- web.archive.org/ web/20220303191955/ //uploads.cbar.az/assets/d701b fa769e508299fb f2354c.pdf.
 
82. Победный 2020 год для Азербайджана-в том числе на энергетическом рынке Европы.- news.day.az/politics/1303562.html.
 
83. Стратегические валютные резервы Азербайджана…- apa.az/ru/ finance/ strategiceskie-valyutnye-rezervy-azerbaidzana-za-god-uvelicilis-bolee-cem-na-10-mlrd-dollarov-518472.
 
84. Стратегия транспортировки энергетических ресурсов.- azerbaijans. com/content _1030_ru.html.
 
85. Трубопроводный транспорт.- azerbaijans.com/content_467_ru.html.
 
86. Успехи Министерства оборонной промышленности…- 1news.az/ news/20171217113359721-Uspekhi-Ministerstva-oboronnoi-promyshlennosti-rastut-s-kazhdym-godom-FOTO.
 
87. Халилов А. Природного газа в Азербайджане хватит еще на 60 лет (13 июня 2012).- web.archive.org/web/20180425032041/ //echo.az/artiche. php? aid=20522.
 
88. Что такое индустрия 4.0…- trends.rbc.ru/trends/industry/5e74oc5b9 a79470c22dd13e7
 
Oxşar xəbərlər
11:11, Bu gün
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir?-“Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”-ETİRAZ
11:08, Bu gün
Balotelli üçüncü liqa klubunda oynayacaq?
10:57, Bu gün
Siqaretdən daha təhlükəli QİDALAR: 32 xəstəlik yaradır
10:48, Bu gün
Günay Ağamalı şəhidin ildönümündə ailəsini ziyarət etdi - FOTO
10:46, Bu gün
“Yaxın Şərqdəki münaqişənin həllində Türkiyə-İran yaxınlaşması həlledici rol oynaya bilər...”
10:44, Bu gün
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” – ŞİKAYƏT
10:38, Bu gün
Dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı 5 500-ü ötüb
10:30, Bu gün
Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə... - Metroda yığılan pul nəyə xərclənir?
10:21, Bu gün
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər – ADLAR
10:15, Bu gün
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ - Gələn ildən bu qadağalar olacaq
10:09, Bu gün
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
09:56, Bu gün
İnformasiya Texnologiyaları İnstitutunun alimləri yenidən Stenford Universitetinin süni intellekt sahəsində beynəlxalq reytinq siyahılarında
09:50, Bu gün
Azərbaycanlı müğənni həbsxanada evlənməyindən danışdı (VİDEO)
09:43, Bu gün
Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)
09:35, Bu gün
"Bir başıpozuq qadın "TikTok"a yekə sifətini oyurdub..." - Deputatdan sərt sözlər
09:26, Bu gün
Bakıda insanları canından bezdirən qurdlar peyda oldu - VİDEO
09:20, Bu gün
Binəqədidə vulkanik ərazidə məskunlaşanlarla bağlı - Rəsmi AÇIQLAMA
09:15, Bu gün
İran şokdadır: İsraillə bağlı müttəfiqlərinə görün hansı vədi veribmiş
09:09, Bu gün
WhatsApp-a yeni funksiya gəlir: “Mesajı unutdum” bəhanəsi bitəcək!
09:04, Bu gün
Baş prokuror: Separatçılara tarixi mədəniyyət abidələrinin məhvi ilə də bağlı ittiham verilib
08:52, Bu gün
Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq
08:51, Bu gün
Qərb gözlərini açıb Ermənistanın oynadığı oyunlara baxsın...
08:45, Bu gün
"Səfirliyimizə hücum edən şəxsin cəza alması..." - Kamran Əliyev
08:30, Bu gün
İran prezidenti Məsud Pezeşkian “Hizbullah”ın ofisini ziyarət etdi...-FOTO
08:21, Bu gün
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz - VİDEO
08:09, Bu gün
Ayı polis mayorunu və atasını gəmirib öldürdü...-FOTO
08:07, Bu gün
Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib
07:55, Bu gün
Gecə güclənən sümük ağrısı hansı ciddi xəstəliyin əlaməti ola bilər?
07:42, Bu gün
Oktyabrın 1-də şanslı olacaq BÜRCLƏR
07:33, Bu gün
Hansı daha faydalıdır: Ağ yumurta, ya qəhvəyi yumurta?
07:21, Bu gün
İranın rəsmi "İRNA" agentliyi İsrail əsgərlərinin Livan sərhədlərini keçməsini təkzib etdi... 
07:20, Bu gün
Sabah Ay Yerin səthinə eni 266 km-lik kölgə salacaq
01:03, Bu gün
"Navalnının ölümü gerçəkdən necə baş verib?" - KİV-lərdən yeni araşdırma
00:53, Bu gün
İsrail Livanın cənubunu fosfor bombaları ilə vurur - Video
00:50, Bu gün
Putin gecə ilə Kremlə gəldi: təcili iclas… - Video
30 Sep 2024 | 23:33
“Mən o vaxt televizorda sizi qucaqlamışdım” - Video
30 Sep 2024 | 23:29
Təcili: İsrail ordusu Livana girdi - Video
30 Sep 2024 | 23:18
"Əgər biz Londonun mərkəzinə bomba atsaydıq, hər şey bitəcəkdi..."
30 Sep 2024 | 23:15
ABŞ-ın Ukrayna münaqişəsinə təsir edəcək “sehrli güllə”si...
30 Sep 2024 | 23:04
17 növ xərçəngdən qoruyan möcüzə içki
30 Sep 2024 | 22:56
Üçüncü müharibə başlayır: əsas hücum haradan olacaq?
30 Sep 2024 | 22:48
Nizami Rəmzinin qızı müğənniliyə başladı: “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”-FOTO+VİDEO
30 Sep 2024 | 22:46
Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi? - AÇIQLAMA
30 Sep 2024 | 22:38
İmicini dəyişən Nadir Rüstəmli tanınmaz halda - FOTO
30 Sep 2024 | 22:30
Əfsanəvi basketbolçu öldü
30 Sep 2024 | 22:23
Bakının bu ərazisində 100 minə ev alanların PULLARI BATACAQ - XƏBƏRDARLIQ
30 Sep 2024 | 22:18
İnsanlar haqqında az bilinən qorxunc faktlar
30 Sep 2024 | 22:10
“Qırmızı Körpü”də 400 yük maşını gözləyir
30 Sep 2024 | 22:03
Həkim qəhvənin beyin üçün faydalarından danışıb
30 Sep 2024 | 22:00
"İsrail Livanda atəşkəsə razı olmayacaq" - İsrail XİN rəhbəri
30 Sep 2024 | 21:50
Dumanın fraksiya rəhbəri: Qarabağ Azərbaycandır!
30 Sep 2024 | 21:47
İsrail “Hizbullah”a qarşı əməliyyatın növbəti mərhələsinin başladığını elan edib
30 Sep 2024 | 21:44
YAP Xətai və Nərimanov rayon təşkilatlarının sədrləri vəzifələrindən azad olunublar
30 Sep 2024 | 21:38
Sabah dörd rayonda qazın verilişində məhdudiyyətlər olacaq
30 Sep 2024 | 21:23
Paşinyandan gözlənilməz qərar: Ərdoğanla...
30 Sep 2024 | 21:15
Metroda qadına yer verməyən sərnişin bıçaqlandı
30 Sep 2024 | 21:15
"İçərişəhər" stansiyasının önündə dəhşətli SIXLIQ
30 Sep 2024 | 21:12
Saçınızın sağlamlığı üçün bunu edin
30 Sep 2024 | 21:09
Yolun ortasında məzar qazıb dəfn etdilər - Bakıda kuryoz hadisə+Video
30 Sep 2024 | 21:06
Xankəndidə yaradılan futbol klubunun loqosunun mənası AÇIQLANDI
30 Sep 2024 | 20:58
Heydər Əliyevin ən böyük vəsiyyəti həyata keçdi - Slutski
30 Sep 2024 | 20:58
“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
30 Sep 2024 | 20:52
"Rusiyalılar iri şəhərlərə yaxınlaşır, ukraynalıların "ayılması" zamanıdır..."
30 Sep 2024 | 20:50
Rəsədxana kosmik hava durumunu açıqladı
30 Sep 2024 | 20:43
Zəngəzurla bağlı çox müzakirə aparılmalıdır - İran
30 Sep 2024 | 20:40
Şorbaya əlavə etmək üçün bir nömrəli məhsul
30 Sep 2024 | 20:38
Rövşən Nəcəf "SOCAR Türkiyə"nin İdarə Heyətinin iclasında iştirak edib
30 Sep 2024 | 20:36
"İsrail qurudan hücum edərsə, döyüşməyə hazırıq"
30 Sep 2024 | 20:35
Arvadı ondan 20 milyon tələb edir: Boşanmamaq üçün
30 Sep 2024 | 20:33
Pezeşkiandan kritik Azərbaycan anonsu – “Öz hökumətləri olacaq...”
30 Sep 2024 | 20:26
Şəhid anası 30 il sonra doğulan qızı ilə birgə oğlunun məzarı başında
30 Sep 2024 | 20:15
Azərbaycanda 100 meqabitlik internet zəifdir? - Rəsmi cavab
30 Sep 2024 | 20:08
Rusiyada güzlü zəlzələ oldu
30 Sep 2024 | 20:00
Pezeşkian Rusiya baş naziri ilə görüşdü
30 Sep 2024 | 19:55
"Biz Qərbi azərbaycanlılar qayıdışımıza inanırıq!” - Bəyanat
30 Sep 2024 | 19:48
Prezident Leonid Slutskini qəbul etdi- YENİLƏNDİ
30 Sep 2024 | 19:40
Sağlamlıq üçün ən zərərli iki məhsulun adı açıqlanıb
30 Sep 2024 | 19:35
Bu marşrut xətti "BakuBus"a verildi
30 Sep 2024 | 19:30
"Dövlət quruluşu belə olsa, rüşvət almaq mümkün olmaz" – Elmi-lədun
30 Sep 2024 | 19:27
XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb
30 Sep 2024 | 19:25
Ruhi Əliyeva həyat yoldaşı ilə birlikdə - FOTO
30 Sep 2024 | 19:20
Bakıda mənzillər kəskin bahalaşdı
30 Sep 2024 | 19:12
Murovdağda düşməni lərzəyə salan gənc zabit...
30 Sep 2024 | 19:08
Borş və atlamadan bezən əcnəbilər rus restoranında TERROR TÖRƏTDİ
30 Sep 2024 | 19:00
Lənkəran şəhərinin baş planının hazırlığına başlanıldı
30 Sep 2024 | 18:52
Məşhur uşaq nağılı gerçək oldu: Tısbağa dovşana qalib gəldi - VİDEO
30 Sep 2024 | 18:47
"Instagram"da dələduzluq edən şəxs saxlanıldı - FOTO
30 Sep 2024 | 18:40
Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi
30 Sep 2024 | 18:33
İş müsahibəsində belə danışmalıyıq
30 Sep 2024 | 18:25
Əfsanəvi dizayner 90 yaşında dünyasını dəyişdi
30 Sep 2024 | 18:20
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
30 Sep 2024 | 18:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
30 Sep 2024 | 18:12
“Azərbaycanı Türkiyəyə birləşdirən” dekan müavini 15 dəqiqəlik məhkəmə ilə güllələndi...
30 Sep 2024 | 18:10
Azərbaycan XİN Nepala başsağlığı verib
30 Sep 2024 | 18:07
“Onlar bizi mühasirəyə salıb əzmək istəyirlər”
30 Sep 2024 | 18:05
Özünü yırtıcı kimi hiss etdim: 18 yaşlı turist
30 Sep 2024 | 18:04
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb - FOTO
30 Sep 2024 | 18:00
Mədəni həddindən artıq yükləmək bu orqana mənfi təsir edir
30 Sep 2024 | 17:59
Qubada ayılar kəndə hücum etdi - FOTO/VİDEO
30 Sep 2024 | 17:55
Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi? - AÇIQLAMA + FOTO
GÜNLÜK
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
30 Sep 2024 | 12:50
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
30 Sep 2024 | 14:12
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
30 Sep 2024 | 13:51
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
30 Sep 2024 | 20:58
“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
30 Sep 2024 | 13:23
Yüzlərlə yaralını həyata qaytaran həkim: "Dedi ki, canımı Azərbaycana fəda etdim" - VİDEO
30 Sep 2024 | 12:15
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”...- Ona görə də...”
30 Sep 2024 | 11:30
Əsl zeytun yağını necə tanıyaq?
30 Sep 2024 | 11:33
Azərbaycanlı milyarder Rusiyadan deport edilir
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 14:09
Maaş və pensiyalar neçə manat artırılacaq? - Dəqiq rəqəm açıqlandı
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
AYLIQ
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
30 Sep 2024 | 12:50
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
30 Sep 2024 | 14:12
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
30 Sep 2024 | 13:51
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
30 Sep 2024 | 20:58
“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
30 Sep 2024 | 13:23
Yüzlərlə yaralını həyata qaytaran həkim: "Dedi ki, canımı Azərbaycana fəda etdim" - VİDEO
30 Sep 2024 | 12:15
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”...- Ona görə də...”
30 Sep 2024 | 11:30
Əsl zeytun yağını necə tanıyaq?
30 Sep 2024 | 11:33
Azərbaycanlı milyarder Rusiyadan deport edilir