ABŞ-ın Dəniz Piyadaları Korpusu Çinə qarşı mübarizdə qeyri-adi üsula əl atıb.
Moderator.az xəbər verir ki, ABŞ dəniz piyadaları bu mübarizədə Çinin məşhur filosofu, hərbi mütəfəkkir Sun Tzunun ideyalarından faydalanmaqdadır. Sun Tzunun “Bütün müharibələr aldatma üzərində qurulub” ideyasını əldə rəhbər tutan ABŞ hərbçiləri 12 il əvvələ aid olan “Aldatma” adlı doktirina dərc edib. Sakit okeanda əsasən Çinə qarşı mübarizə üçün nəzərdə tutulan bu doktirina Troya Atı əfsanəsindən tutmuş, alman qüvvələrini aldatmaq üçün şişmə maşınlardan və saxta radio trafikindən istifadəyə qədər ən müxtəlif məsələləri əhatə edir.
Müasir mənada aldatmağın əsas prinsipləri özünü doğrultmuş və yeni siyasətə daxil edilmişdir. Doktrina radio trafikinin qarşısını almağı, hərəkət vaxtını yanlış məlumatlarla qarışdırmağı və dəstəkləyici bölmənin diqqətini amfibiya enişindən uzaqlaşdıra biləcəyi "fantastikalardan" istifadə edir.
Doktrininann nəşrində məqsəd ali hərbi yetkililərlə yanaşı, sıravi dəniz piyadalarına qədər hər kəsin bu doktirina ilə tanışlığına şərait yaratmaq, onları taktiki-ideoloji baxımdan mümkün qarşıdurmalara hazırlamaqdır.
Doktrinanın digər müddəaları da Sun Tzunun “aldatmırsınızsa döyümürsünüz” ideyasının praktikada tətbiqinə hesablanıb.
Seymur ƏLİYEV