Bizi sosial şəbəkələrdən izləyin:
İsrail Energetika Nazirliyi ölkə vətəndaşlarına ildə təxminən 1000 şekel(təxm. 470 AZN) qənaət etməyə imkan verəcək islahat elan edib.
Moderator.az xəbər verir ki, bu haqda "Ynet" nəşrinə müsahibəsində energetika naziri Yeli Koen danışıb.
O, qiymətlərin 10% ucuzlaşmasına səbəb olacaq elektrik enerjisi bazarında islahatlara başlandığını açıqlayıb. Koen deyib ki, islahat ölkənin ən köhnə inhisarını parçalayır və hakimiyyəti istehlakçılara ötürür.
"Biz İsraildə ən köhnə monopoliyanı dağıdıb hakimiyyəti vətəndaşlara veririk. Artıq 7-10 faiz endirimləri görürəm. Bu, iyulun 25-dən başlayacaq", -deyə Koen bildirib.
Yeniliklərə əsasən, istehlakçılar müxtəlif elektrik tədarükçüləri arasında seçim edə biləcəklər, eyni zamanda məhsulun keyfiyyəti dəyişməz qalacaq - bu, elektrik şirkətindən eyni, lakin daha ucuz qiymətə elektrik enerjisi olacaq. İslahat nəticəsində bir ailə üçün orta hesabla ildə təxminən 1000 şekelə(təxm. 470 AZN) qənaət olunacağı gözlənilir.
Xatırladaq ki, İsrail 2023-cü il oktyabrın 7-dən, yəni artıq 9 aydan çoxdur ki, “HƏMAS” qruplaşmasına qarşı, demək olar ki, genişmiqyaslı müharibə aparır. Sözsüz ki, bu da dövlət büdcəsindən xeyli məbləğdə əlavə vəsait ayrılmasına səbəb olur...
S.Laçın