Vətəndaşların bilmədiyi sığorta növü: “Cüzi pul ödəməklə onkoloji xəstəlikləri, ürəyi sığortalamaq olar” - ÖZƏL + ARAŞDIRMA
Ekskluziv
1813
11 Jul 2024 | 13:25

Vətəndaşların bilmədiyi sığorta növü: “Cüzi pul ödəməklə onkoloji xəstəlikləri, ürəyi sığortalamaq olar” - ÖZƏL + ARAŞDIRMA

“Sağalmaz xəstəliklərdən sığorta növü şəxsin həyatını təhlükə altında qoyan xəstəlik müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutur. Ağır və çox pul tələb edən xəstəliklərin müalicəsini bu sığorta növü ilə qarşılamaq mümkündür. Bura orqan transplantasiyası, onkoloji xəstəliklər, ürək stentləri və digər xüsusi risk sayılan xəstəliklər var ki, sağalmaz xəstəliklərdir, bu sığorta növü üzrə təminat verilir. Bu kifayət qədər böyük bir təminatdır. Bununla bağlı müalicə və digər dərman xərcləri ölkəmizdə də, ölkədən kənarda da həyata keçirə bilərlər. Təbii ki, ölkəmizdə də kifayət qədər peşəkar mərkəzlər, klinikalar, həkimlər var ki, bütün bunları çox rahat həyata keçirir. Amma sığorta şirkətləri bu sığorta növündə seçim verə bilərlər vətəndaşlara”.
 
Bunu Moderator.az-a açıqlamasında ekspert Emil Ağabağırov deyib. 
 
 
Ekspert bildirib ki, sağalmaz xəstəliklərdən sığorta elə də baha deyil:
 
“Biz bilirik ki, bu xəstəliklər kifayət qədər xərc tələb edir. İstər onkoloji xəstəliklər olsun, mütəmaddi olaraq onlar müayinəyə gedirlər, dərmanlar qarşılanır və s. Hətta bəzən əməliyyatlara da gətirib çıxarır. Orqan transplantasiyası da kifayət qədər xərc tələb edir. Vətəndaşlar çox kiçik məbləğ ödəməklə kifayət qədər böyük məbləğdə təminat alırlar. Bu sığorta növündən yararlanmaq üçün müəyyən şərtlər var. Belə ki, sığortalanmaq üçün müraciət edən şəxslər tam sağlam olmalıdır”.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər