Ekskluziv
1587
11 Jul 2024 | 12:02

"Ukrayna təslim olduqdan sonra da xüsusi hərbi əməliyyat davam edəcək" - Medvedev

 
"Cındır təlxək başda olmaqla Kiyevin hakim cinayətkar bandası Qərbə qaçacaq və ya kütlə tərəfindən param-parça ediləcək..."
 
Rusiya müharibəsinin baş "quzğunu" Ukraynanın "təslim olduqdan" sonra perspektivlərini təsvir edib
 
Rusiyanın sabiq prezidenti, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini və Rusiyanın bütün sivil bəşəriyyətə qarşı təcavüzünün ən inadkar "quzğunlarından" olan Dmitri Medvedev Ukraynanın Rusiya ilə sülh bağladıqdan sonra "perspektivlərindən" danışıb.
 
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb. Məlumatı "mk.ru" nəşri yayıb.
 
Bu zaman məmur hipotetik sülh danışıqlarını "Kiyev rejiminin təslim olmaq niyyətləri" adlandırıb.
 
"ABŞ-da dekorasiyaların dəyişməsi Ukraynanın satqın elitasının hərbi əməliyyatlara fasilə verərək danışıqlara başlamaq qətiyyətinə yeni notlar qatmaq iqtidarındadır", - o, yazıb.
 
Medvedev xatırladıb ki, Rusiya üç dəfə "yalnız bizim şərtlərlə" danışıqlara hazır olduğunu bəyan edib-Kiyev qoşunlarını Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin işğal edilməyən ərazilərindən çıxarır, həmçinin NATO-ya daxil olmaqdan imtina edir.
 
Medvedevin fikrincə, əgər belə bir hal baş verərsə və Ukrayna Rusiya ilə ultimativ şərtlərlə "sülh danışıqlarına" razı olarsa, "Kiyevdə tez bir zamanda yeni, üçüncü qanlı Maydan başlayacaq və indiki xuntanı devirəcək". 
 
Daha sonra baş "quzğun" Kiyevdə hakimiyyətin tez bir zamanda və dəfələrlə dəyişəcəyini proqnozlaşdırıb.
 
Onun fikrincə, Ukraynada yeni Maydan yaranacağı və "daha da radikal xuntanın" hakimiyyətə gələcəyi təqdirdə Kiyev təslim olduğunu elan edə bilər. 
 
"Cındır təlxək başda olmaqla hakim cinayətkar banda Qərbə qaçacaq və ya kütlə tərəfindən param-parça ediləcək. Keçmiş Ukraynanın xarabalıqlarında mülayim siyasi rejim yaranacaq", - Medvedev yazıb.
 
Bundan başqa, Medvedev hesab edir ki, Qərb öz vergiödəyicilərinin yüz milyardlarla pullarının göyə sovrulduğunu etiraf etməlidir.
 
Lakin Ukraynanın təslim olması hələ "xüsusi hərbi əməliyyatın başa çatması demək olmayacaq", o, qeyd edib.
 
"Hətta kağızları imzaladıqdan və məğlubiyyəti qəbul etdikdən sonra da Rusiyanın Qərb düşmənləri tərəfindən şirnilkəndirilən radikalların bir hissəsi öz qüvvələrini yenidən qruplaşdırandan sonra tez-gec hakimiyyətə dönəcək.
 
O zaman bu murdarı- banderçi kvazidövləti tamamilə əzmək və onun tabutuna uzun polad mıx vurmaq vaxtı yetişəcək. Bununla da onun qanlı irsinin qalıqları məhv ediləcək və yerdə qalan torpaqlar Rus torpağının bətninə dönəcək", - Medvedev vəd edib.
 
Güman etmək olar ki, Rusiyanın sabiq prezidentinin sayaqlamaları Vaşinqtonda işə başlamış və başlıca mövzusu Ukraynaya hərbi dəstək olan NATO sammitindən "qaynaqlanıb".
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər