Türkiyənin “Boyga” PUA-larının ilk ixracı olub
Dünya
1473
09 Jul 2024 | 15:58

Türkiyənin “Boyga” PUA-larının ilk ixracı olub

Türkiyənin “Boyga” Pilotsuz Uçuş Aparatlarının (PUA) ilk ixracı baş tutub.
 
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
 
Bildirilib ki, sözügedən PUA-lar Afrika ölkələrindən birinə satılıb.
 
Texnikaların tədarükünün bu il ərzində başa çatması gözlənilir.
 
Qeyd edək ki, “Boyga” 2022-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub. Bu texnikalardan terrorla mübarizədə, sərhəd əməliyyatlarında və beynəlxalq təlimlərdə fəal şəkildə istifadə olunur. “Boyga” sonuncu dəfə "EFES-2024" təlimlərində istifadə olunmuş və hədəfləri vurmuşdu. /Report/
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər