Ordudakı yeyinti ilə bağlı şok ifadələr: "29 ay vəzifədə olmuşam, 30 aydır..."
Kriminal
Oxunub: 2358
06 Jul 2024 | 16:24
Ordudakı yeyinti ilə bağlı şok ifadələr: 
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində A. Rzayev ifadə verib. O bildirib ki, “Kral” MTK-nın rəhbəridir. Nizami Məmmədovla bir dəfə görüşü olub: “Həmin görüş də qeyri-rəsmi idi. Biz Heydər məscidində yas məclisində görüşdük. Görüş 2-3 dəqiqə çəkdi. Mən onunla heç bir söhbət aparmadım. General olduğu üçün yaxınlaşaraq görüşdüm”.
 
Şahid qeyd edib ki, Müdafiə Nazirliyinin elan etdiyi tenderlərdə iştirak edib, ayrı-ayrılıqda təqdim etdiyi sənədlər əsasında tenderlərin qalibi olub: “Mən özüm maliyyə işləri ilə məşğul olmamışam. Bu işlərlə işçim İlqar İsayev məşğul idi. Bizim bir neçə şirkət Müdafiə Nazirliyinin hərbi hissələrində avtomobillərin ehtiyat hissələrlə təmin olunması ilə bağlı tenderlərdə iştirak edilməsi üçün lazımı sənədləri təqdim edib. Tenderlərdə qalib gəlmişik və hərbi hissələrə lazım olan avtomobillərin ehtiyat hissələrlə təmin etmişik”.
 
A.Rzayevin sözlərinə görə, 31 ildir Müdafiə Nazirliyinin tenderlərində iştirak edir və bu illər ərzində öz işlərini yerinə yetiriblər. Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkətlərin təsisçisi mərhum atası İslam Rzayev olub. Sonradan vərəsəlik əsasında şirkətlərin birinin təsisçisi bacısı, digər iki şirkətin təsisçisi isə özü olub.
 
Şahid qeyd edib ki, əvvəllər Müdafiə Nazirliyinin avtomobillərini ehtiyat hissələrlə təmin olunması ilə bağlı tenderlərdə iştirak etsələr də, sonradan ərzaq təminatı ilə əlaqəli tenderlərə də qatılıblar. Şahid deyib ki, buna görə ikinci şirkəti təsis ediblər: “Biz sənəd təqdim edəndə eyni şirkətin həm avtomobillərin ehtiyat hissələri, həm də ərzaq təminatı ilə məşğul olmağın qeyri-mümkünlüyünü dedilər. Buna görə də biz başqa bir şirkət təsis etdik və ərzaq təminatı ilə bağlı tenderlərə qatıldıq”.
 
A.Rzayev bildirib ki, Müdafiə Nazirliyinin tenderlərində qalib gələndən sonra maliyyə məsəllərinin tənzimlənməsi çox rahat olub, nazirliklə maliyyə məsələlərində heç bir problem yaranmayıb: “Amma bəzi maliyyə məsələləri yaranıb. Bunu mənə İlqar İsayev deyib. Mən də bunun xərclərlə bağlı olduğunu bilmişəm. Biz vəsaitlərin ayrılması ilə bağlı heç kimə faiz ödəməmişik”.
 
Şahid bildirib ki, maliyyə işləri ilə İlqar İsayev məşğul olub: “Mən heç kimə əlbəəl pul verməmişəm. Ola bilsin, həmin vəsaiti də İlqar İsayev verib. İlqar İsayev mənə həmişə deyib ki, maliyyə məsələləri var, mən də heç bir söz deməmişəm. Bunların məhsulların gətirilməsi, paylanılması xərcləri olduğunu düşünmüşəm”.
 
Daha sonra şahidə istintaq zamanı verdiyi ifadəsinin digər hissəsini xatırladılıb. Şahidin nəzərinə çatdırılıb ki, o, istintaqa ifadəsində Mahir Şirvanova 165 min, Nizami Məmmədova 30 min manat çatdırdığını deyib.
 
Şahid məhkəmədə etiraf edib ki, həmin ifadəni sənədlər əsasında verib. Onun sözlərinə görə, istintaqa ifadə verməyə gedən zaman özü ilə sənədlər aparıb və həmin sənədləri təqdim etməklə bu məzmunda ifadə verib.
 
Daha sonra A. Rzayevin ibtidai istintaqa verdiyi ifadələr elan edilib. Hakim Fikrət Əliyev ilk əvvəl onun 2 aprel 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində verdiyi ifadəsi elan edib.
 
Həmin ifadədən məlum olur ki, Rzayev Müdafiə Nazirliyinin elan etdiyi tenderlərdə iştirak edib, rəhbərlik etdiyi şirkətlər qalib elan edilib. İfadəsində o qeyd edib ki, 2015-2022-ci illərdə şirkətləri nazirliyin elan etdiyi tenderlərində məbləğ 22 milyon 656 min manat olub.
 
A. Rzayev ifadəsində göstərilib ki, Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən şirkətlərə ödəmələrlə bağlı heç bir gecikmə olmayıb, vəsaitlər vaxtlı-vaxtında ödənilib.
 
A.Rzayev ikinci ifadəsini 25 aprel 2022-ci ildə istintaqa verib. O, həmin ifadəsində tenderlərdə qalib olduğu 3 milyon manatdan danışıb. Bildirib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanova 201 min manat çatdırıb. O deyib ki, gəmi heyətlərinin alınması üçün 2 milyon manatlıq tenderdə qalib olub. Həmin məbləğdən Məlikməmməd Qurbanova 159 min manat “otkat” verib.
 
A.Rzayev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində üçüncü dəfə 3 iyul 2023-cü ildə dindirilib. Məhkəmədə həmin ifadə də səsləndiriləndən sonra Allahverdi Rzayev sorğu-sual edilib. O, bütün ifadələrini təsdiqləyib. Yenə də Nizami Məmmədovu tanımadığını, onunla əlaqəsi olmadığını deyib.
 
Məhkəmədə arayış verən Nizami Məmmədov bildirib ki, şahidi ilk dəfədir burada görür. Şahid onunla bağlı istintaqda ifadə verib: “O zaman da görməmişik, üzləşməmişik".
 
Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib. O, Şüvəlan qəsəbəsində dəyəri 100 min manat olan Nüşabə Kazımovaya məxsus üzərinə həbs qoyulan bağ evinin həbsdən çıxarılmasını, ziyanın ödənilməsi üçün satılmasını istəyib.
 
Məhkəmə vəsatətini təmin edilməsi barədə qərar qəbul edib. Qərarda göstərilib ki, 9 avqust 2023-cü il tarixdə üzərinə həbs qoyulan əmlakın həbsdən çıxarılması, ziyanın ödənilməsi üçün istintaq orqanını nümayəndəsinin iştirakı ilə satılması, həmin məbləğ ziyanın ödənilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətində açılan hesaba köçürülməsi təmin olunmaldır.
 
Həmçinin qərarın surətinin icra üçün Dövlət Təhlükəsizliyi Xidməti və Əmlak Komitəsinə göndəriləcəyi açıqlanıb.
 
Daha sonra Vüsal Əlizadə vəsatətlə çıxış edib. O deyib ki, Maliyyə Nazirliyinin dövlət maliyyə nəzarəti xidməti tərəfindən Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsində şəxsi heyətin pul təminatının yoxlanılması istinad edilmədən, sırf mülahizə və ehtimallar əsasında aparılaraq qiymətləndirilib.
 
Vüsal Əlizadə qeyd edib ki, təftişçilər yoxlamaları ədalətsizliklə aparıb, buna görə də təkrar yoxlama təyin edilməsini xahiş edir.
 
Vəsatəti müzakirə edən hakim heyəti müşavirə keçirib. Vəsatət təmin olunmayıb.
 
Prosesdə Cəlal Kazımov qeyd edib ki, hərbi hissələrdə yoxlamalar səthi aparılıb. Onun sözlərinə görə, əsgər kimi hərbi qulluqda olub: “Mənə nə göstəriş verilib, nə deyilib, onu da icra etmişəm. 30 il ərzində mənə nə deyiblər, onu da etmişəm. 29 ay vəzifədə olmuşam, 30 aydır cəzaı çəkirəm. Hərbi hissələrdə yoxlamalar düzgün aparılmayıb. Hesablamalar da düzgün gəlmir".
 
Cəlal Kazımovun vəkili Əli Adıgözəlov bildirib ki, mənimsənilmə ilə bağlı hesablara köçürmələr olub. Bununla bağlı konkret şəxslərin ad və soyadları məlumdur: “Amma həmin şəxslər istintaq zamanı dindirilməyib. Növbəti iclasda həmin şəxslərin dindirilməsi üçün vəsatətlər verəcəyik”.
 
Bu səbəbdən növbəti proses iyulun 12-nə təyin edilib.
 
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev
 
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
 
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
 
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
 
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. /Teleqraf.com/
 
Oxşar xəbərlər
02:27, Bu gün
2000-dən çox Bitcoin cüzdanı çalındı - Polis kiberdələduzluğun üstünü açdı
00:01, Bu gün
Emosional intellekti aşağı olan insanı necə tanımaq olar? - 10 əsas əlamət
04 Aug 2024 | 23:55
Bakıda ağır QƏZA: Sürücü sükan arxasında sıxılı vəziyyətdə qaldı
04 Aug 2024 | 23:23
Daşkəsəndə gəlini tərəfindən baltalanan qadın öldü
04 Aug 2024 | 23:03
Dürdanə Ağayeva VƏFAT ETDİ
04 Aug 2024 | 22:48
Cəlilabadda 90 yaşlı kişini əqrəb sancıb
04 Aug 2024 | 22:47
Tovuzda ilanın sancdığı qadın ölüb
04 Aug 2024 | 22:41
Tələbələr üçün müxtəlif sxemlər: Artım qərarının yaratdığı suallar
04 Aug 2024 | 22:40
Uorren Baffet Apple-dəki payının yarısını satdı
04 Aug 2024 | 22:05
İsrail-dən İrana daha bir XƏBƏRDARLIQ - "HAZIRIQ!" (VİDEO)
04 Aug 2024 | 21:56
İsrail Qəzzada məktəbləri BOMBALADI - ÇOXLU ÖLÜ VƏ YARALI VAR (FOTOLAR)
04 Aug 2024 | 21:54
“Şöşü” ləqəbli məşhur aktyorun həyat yoldaşı gözəlliyi ilə heyran etdi – FOTOLAR
04 Aug 2024 | 21:46
Şəhid Elçin Kərimbəyli doğum günündə məzarı başında xatırlanıb
04 Aug 2024 | 21:35
Hakan Fidan Misirə GETDİ - “Rəfah”dan AÇIQLAMALAR VERDİ
04 Aug 2024 | 21:31
Şahruddinə SƏRT MESAJ: "Bu saatdan sonra hər hansı səhvinə görə onu..."
04 Aug 2024 | 21:23
Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ
04 Aug 2024 | 21:19
Hava Qüvvələri Günündə F-16 qırıcıları Ukrayna səmasında görünüb - FOTO/VİDEO
04 Aug 2024 | 20:54
Türkiyə Ordusu İraq və Suriyada 8 terrorçu zərərsizləşdirib
04 Aug 2024 | 19:57
Tehran nüvə silahı əldə edib?
04 Aug 2024 | 19:15
"Olmaya, faşizm iblisi seçki qərargahıdır?" - Nikolas Maduro
04 Aug 2024 | 19:01
Zelenski Kiyevin “F-16” qırıcıları aldığını təsdiqləyib - YENİLƏNİB-VİDEO
04 Aug 2024 | 18:56
Britaniyada iğtişaşlar zamanı 90-dan çox insan həbs edilib
04 Aug 2024 | 18:32
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
04 Aug 2024 | 18:06
İrana uçan Rusiya hərbi təyyarəsi ilə bağlı ŞOK İDDİA - GPS-i bilərəkdən...
04 Aug 2024 | 17:45
KİV: Ukrayna vəd edilmiş 79 ədəd F-16 qırıcısından yalnız 10-unu alıb
04 Aug 2024 | 17:30
Yay tətili daha bir ay uzadıldı? - Oktyabrdan...
04 Aug 2024 | 17:26
İdmançımız çəkicatma yarışlarında finala yüksəlib - Paris-2024
04 Aug 2024 | 16:48
Avropanın ən hündür aktiv vulkanı püskürdü
04 Aug 2024 | 16:44
Hər avtomobildə BUNLAR OLMALIDILR: AĞ DƏSMAL 
04 Aug 2024 | 16:25
Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?
04 Aug 2024 | 16:22
"WhatsApp"dan istifadəçilərini sevindirəcək YENİ FUNKSİYA - FOTO
04 Aug 2024 | 16:17
"Krım körpüsünü məhv etməyə dəyərmi?" - hərbçi gözlənilməz variantı nəzərdən keçirib
04 Aug 2024 | 16:16
“Bu çayları endirimlə də almayın”: Qara siyahıya düşən 3 MƏŞHUR ÇAY BRENDİ 
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
04 Aug 2024 | 15:35
Rusiyada leysan: 200-dən çox evi su basdı
04 Aug 2024 | 15:15
İranda qum fırtınası: Mindən çox şəxs xəstəxanaya yerləşdirildi
04 Aug 2024 | 15:13
Harris Trampın şərtləri əsasında debatlardan imtina edib
04 Aug 2024 | 14:58
Azərbaycan cüdo yığması Paris-2024-də ikinci oldu
04 Aug 2024 | 14:49
Sülh müqaviləsi ilə BAĞLI ÖNƏMLİ xəbər - Bu günlərdə...
04 Aug 2024 | 14:46
Rusiya İrana İsraillə savaşmaq üçün “İsgəndər” verdi - MÜNAQİŞƏ QIZIŞIR
04 Aug 2024 | 14:32
3 bürc dəyişikliyə hazırlaşsın
04 Aug 2024 | 14:22
İranda casusluğa görə generalın həbsi - Rəsmi açıqlama
04 Aug 2024 | 14:03
Jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı verdilər
04 Aug 2024 | 14:02
Paris-2024: Azərbaycan idmançısı çəkic atma yarışlarında mübarizəyə başlayıb
04 Aug 2024 | 13:14
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
04 Aug 2024 | 12:52
Həftənin ilk günü Azərbaycanda 38 dərəcə isti olacaq - 05.08.2024
04 Aug 2024 | 12:42
"Müharibə Ukraynanın şərtləri əsasında sona yetməlidir" - Zelenski
04 Aug 2024 | 12:40
Əfqan Sadıqov Gürcüstanda saxlanıldı
04 Aug 2024 | 12:34
Emin Ağalarovun ev vədinə reaksiya: cazibədar aparıcı hamilə qalacağını açıqladı - FOTO
04 Aug 2024 | 11:59
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
04 Aug 2024 | 11:57
"Hizbullah" Livan ərazisindən İsraili güclü raket atəşinə tutub
04 Aug 2024 | 11:18
İran İsrailə BU TARİXDƏ hücum edəcək
04 Aug 2024 | 11:17
Oğlu şəhid general Polad Həşimovun arzusunu GERÇƏKLƏŞDİRDİ - VİDEO
04 Aug 2024 | 11:14
Hidayət Heydərov: 2028 Olimpiadasında da birinci olmaq istəyirəm
04 Aug 2024 | 11:11
Gözəlliyi ilə Türkiyəni fəth edən azərbaycanlı aktrisanın yaşı təəccübləndirir - FOTO
04 Aug 2024 | 11:00
"Yaxın  Şərqdə eskalasiya: Bayden Netanyahunu yardımın kəsiləcəyi ilə təhdid edib" - "Axios"
04 Aug 2024 | 11:00
Zaxarovanın Parislə bağlı zarafatı Fransada OLAY OLDU 
04 Aug 2024 | 10:58
Rusiyada minlələ hektar meşə sahəsi yanır
04 Aug 2024 | 10:48
Sülh Fondundan Ermənistana "tulapayı": Paşinyanı qorumaq üçün hansı planlar cızılıb?
04 Aug 2024 | 10:41
Özbək qadınları niyə paltarlarının altına şalvar geyinirlər?
04 Aug 2024 | 10:32
"Yuxulu" Co əvəzinə "dəlisov" Kamala": Tramp Harrislə debatlara razı olub
04 Aug 2024 | 10:25
Mütəxəssis maqnit qasırğasından qorunmağın yollarını AÇIQLADI 
04 Aug 2024 | 10:20
İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə “giriblər”? - QALMAQAL
04 Aug 2024 | 10:15
Türkiyədə zəlzələ oldu
04 Aug 2024 | 10:15
Zelim Kotsoyev: İnsanlara təbəssüm bəxş etmək həqiqətən gözəldir
04 Aug 2024 | 10:09
Aqressivlik, xəyal qırıqlığı: Yayda payız havasının mənfi təsirləri
04 Aug 2024 | 10:00
Genefond təhlükədə - körpələr ana südündən niyə məhrum edilir?
04 Aug 2024 | 09:52
Olimpiya çempionlarımız Vətənə qayıtdı
04 Aug 2024 | 09:40
Elon Mask: "Vətəndaş müharibəsi qaçılmazdır"
04 Aug 2024 | 09:31
8-ci sinif şagirdi müəllimi ilə cinsi əlaqədə olub
04 Aug 2024 | 09:21
Harrisin əri birinci xanımına xəyanət etdiyini ETİRAF ETDİ
04 Aug 2024 | 09:11
İşıq pulunu yarıya endirir: Paltaryuyan maşına bir xörək qaşığı əlavə etsəniz...
04 Aug 2024 | 09:01
Bu gün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək
04 Aug 2024 | 08:54
Damarları təmizləyən 5 təbii üsul...
04 Aug 2024 | 08:45
HƏYƏCAN TƏBİLİ ÇALINDI: "Zombi dərmanı"...
04 Aug 2024 | 08:37
Telefonunuzu bu yerlərdə şarj etməyin - TƏHLÜKƏLİDİR
04 Aug 2024 | 08:29
Bu gün dənizə getmək istəyənlərin nəzərinə!
04 Aug 2024 | 08:20
Kərə yağı kəskin bahalaşdı
04 Aug 2024 | 07:58
"Beşiktaş" "Qalatasaray"ı məğlub edərək superkubokun sahibi olub
04 Aug 2024 | 07:47
Baydendən 12 yaşlı qıza tövsiyə: 30 yaşına qədər oğlanlarla ciddi münasibət qurma
04 Aug 2024 | 00:06
Tənhalıqda xoşbəxt olmağın 5 qaydası...
03 Aug 2024 | 23:11
Optimist insanlar daha çox yaşayır?
03 Aug 2024 | 23:00
4 avqustda bu insanlardan EHTİYAT EDİN- GÜNÜN ULDUZ FALI 
03 Aug 2024 | 22:36
Bağ evi kirayələmək istəyənlərə DİN ÇAĞIRIŞ ETDİ: DİQQƏLİ OLUN!
03 Aug 2024 | 22:34
Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
03 Aug 2024 | 22:26
Ən TƏHLÜKƏLİ QADINLAR bunlardır- PSİXOLOQ AÇIQLADI
03 Aug 2024 | 22:19
Alimlər qan qrupunun sərvətə necə təsir etdiyinin sirrini açdılar- LİDERLİK XÜSUSİYYƏTLƏRİ, GÜCLÜ XARAKTER  
03 Aug 2024 | 22:09
Min bir dərdin DƏRMANI- DƏFNƏ YARPAĞI 
03 Aug 2024 | 22:02
"Ukraynalıların əksəriyyəti Rusiya ilə danışıqlara tərəfdardır, amma bir şərtlə..." - Sorğu
03 Aug 2024 | 22:00
İtaliyada Azərbaycan tarixini də əks etdirən muzeydən MARAQLI GÖRÜNTÜLƏR
03 Aug 2024 | 21:58
"Rusiyanın cari ilə "maksimum" və "minimum" proqramları" - Budanov
03 Aug 2024 | 21:51
Arvadı ola-ola evlənmək istəyən azərbaycanlının başına OYUN GƏLDİ- FOTO
03 Aug 2024 | 21:39
"Avroviziya" üçün ifaçı və mahnı seçimi ELAN OLUNDU
03 Aug 2024 | 21:35
Hansı yeməklər insanda aqressiya yaradır?
03 Aug 2024 | 21:27
Bu qan qrupunun qadınları çox ehtiraslıdır
03 Aug 2024 | 21:16
Azərbaycanda bir ayda 415 pensiyaçı "yoxa çıxıb"
03 Aug 2024 | 21:08
Olimpiadadakı bu QARŞILAŞANIN GÖRÜNTÜLƏRİ GÜNDƏM oldu - VİDEO
03 Aug 2024 | 21:00
Otel otağında başına oyun açılan qadın əslində GÖRÜN KİM İMİŞ – “Məni 5 saat…”
03 Aug 2024 | 20:36
Rusiyada "YouTube" işləmir
03 Aug 2024 | 20:26
Paris-2024: Azərbaycan basketbolçuları qrupda sonuncu matçını keçirib
GÜNLÜK
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
04 Aug 2024 | 11:59
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
04 Aug 2024 | 10:20
İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə “giriblər”? - QALMAQAL
04 Aug 2024 | 11:00
Zaxarovanın Parislə bağlı zarafatı Fransada OLAY OLDU 
04 Aug 2024 | 18:32
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
04 Aug 2024 | 14:49
Sülh müqaviləsi ilə BAĞLI ÖNƏMLİ xəbər - Bu günlərdə...
04 Aug 2024 | 09:11
İşıq pulunu yarıya endirir: Paltaryuyan maşına bir xörək qaşığı əlavə etsəniz...
04 Aug 2024 | 14:22
İranda casusluğa görə generalın həbsi - Rəsmi açıqlama
04 Aug 2024 | 08:45
HƏYƏCAN TƏBİLİ ÇALINDI: "Zombi dərmanı"...
04 Aug 2024 | 08:37
Telefonunuzu bu yerlərdə şarj etməyin - TƏHLÜKƏLİDİR
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
04 Aug 2024 | 11:59
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
03 Aug 2024 | 22:09
Min bir dərdin DƏRMANI- DƏFNƏ YARPAĞI 
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
AYLIQ
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
04 Aug 2024 | 11:59
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
04 Aug 2024 | 10:20
İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə “giriblər”? - QALMAQAL
04 Aug 2024 | 11:00
Zaxarovanın Parislə bağlı zarafatı Fransada OLAY OLDU 
04 Aug 2024 | 18:32
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
04 Aug 2024 | 14:49
Sülh müqaviləsi ilə BAĞLI ÖNƏMLİ xəbər - Bu günlərdə...
04 Aug 2024 | 09:11
İşıq pulunu yarıya endirir: Paltaryuyan maşına bir xörək qaşığı əlavə etsəniz...
04 Aug 2024 | 14:22
İranda casusluğa görə generalın həbsi - Rəsmi açıqlama
04 Aug 2024 | 08:45
HƏYƏCAN TƏBİLİ ÇALINDI: "Zombi dərmanı"...
04 Aug 2024 | 08:37
Telefonunuzu bu yerlərdə şarj etməyin - TƏHLÜKƏLİDİR