![Cibə və təbiətə ziyan: Avtomobilləri qısa məsafələrə sürmək niyə problem yaradır?](https://moderator.az/cphoto/670x420/2024/07/06/1720243204_wnv2roio8herawom0jpuusluek2m6vdgfi8l0nyr_1200.webp)
Qısa məsafələrdə sürülən avtomobil sahibləri bir sıra spesifik problemlərlə qarşılaşa bilərlər. Nəzərə almaq lazımdır ki, qısa məsafələr mühərriklərə, xüsusən də dizellə işləyən mühərriklərə mənfi təsir göstərir.
Hazırda Almaniyadakı avtomobil şirkətlərinin birində yeni mühərriklərin test mərkəzində çalışan Natiq Ağayev bildirib ki, bu problemlərin yaranmasına səbəb mühərrikin tam isinə bilməməsi və müəyyən sistemlərin tam effektiv işləməməsidir.
"Mühərrik tam isinə bilmədiyi üçün yanacaq səmərəliliyi azalır və yanacaq istehlakı artır. Qısa məsafələrə sürüş zamanı mühərrikdə tam yanma prosesi baş vermir və bu, karbon çöküntülərinin, yəni hisin, "naqar"ların yaranmasına səbəb olur. Bu hissəciklər mühərrikin giriş kollektorunu çirkləndirir. Bu hal isə mühərrikin performansını aşağı sala və emissiyaları artıra bilir.
Mühərrikin tam isinə bilməməsi səbəbindən yağın özlülüyü optimal səviyyəyə çatmır və bu, mühərrikin daxili hissələrinin düzgün yağlanmamasına səbəb olur. Bu da öz növbəsində yağın rənginin tez dəyişməsinə gətirib çıxarır, çünki emissiya dəyərləri çox olur.
Avtomobili qısa məsafələrdə sürən zamanı DPF (diesel particulate filter - his əleyhinə filtr) sistemi də effektiv şəkildə işləyə bilmir. Nəticədə filtr tıxanması baş verə bilir.
Həmçinin, EGR (exhaust gas recirculation - işlənmiş qazların yenidən dövriyyəsi) sistemi də tam olaraq işləyə bilmir, bu da his, "naqar" yığılmalarına və onun tıxanmasına səbəb ola bilər. Mühərrikin tam isinə bilməməsi emissiya sistemlərinin tam effektiv işləyə bilməməsinə, zərərli NOx (azot oksidlər) qazlarının artmasına səbəb olur.
Mühərrik tam isinmədikdə avtomobilin soyutma sistemi də tam olaraq işə düşmür və bu da sonradan mühərrikin həddən artıq qızmasına gətirib çıxarır.
Sürücülər onu da nəzərə almalıdırlar ki, qısa məsafələrdə sürmə zamanı avtomobilin akkumulyatoru tam olaraq dolmaya bilər ki, bu da onun daha tez sıradan çıxmasına səbəb ola bilər. Qısa desək, avtomobili qısa məsafələrdə sürməyiniz akkumulyatorun daha tez dəyişdirilməsini tələb edir", - deyə N.Ağayev vurğulayıb.
Mütəxəssis qeyd edib ki, vaxtaşırı olaraq avtomobili uzun məsafələrdə sürmək, mühərrikin, DPF-nin və digər sistemlərin təmizlənməsi və düzgün işləməsi üçün vacibdir. Bundan əlavə, avtomobilin müntəzəm texniki xidmətini təmin etmək, potensial problemlərin erkən aşkarlanmasına və qarşısının alınmasına kömək edər.
Əzizə İsmayılova
![DİQQƏT! Bu qidaları səhər yeməyində yeməyin](https://moderator.az/photo/213x120/2024/08/05/1722838709_66b063a57de8f66b063a57de90172283587766b063a57de8966b063a57de8c.jpg)
![Jurnalistika ixtisasına qabiliyyət imtahanı lazımdırmı?](https://moderator.az/photo/213x120/2024/08/05/1722838689_453971069_2474739356049352_3466381228652889482_n.jpg)
![Bakıda avtobus 10-dan çox maşını əzdi, biri yandı - VİDEO](https://moderator.az/photo/213x120/2024/08/05/1722838377_66b0623a3f67866b0623a3f679172283551466b0623a3f67266b0623a3f675.jpg)
![Bakıda ağır QƏZA: Sürücü sükan arxasında sıxılı vəziyyətdə qaldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/08/05/1722838111_1223234.png)
![Şəkinin Oxud kəndində yollar çay oldu, icra nümayəndəsi AÇIQLAMA verdi: “Bizlik bir iş yoxdur axı, pul ayrılmalıdır...”-FOTO+VİDEO](https://moderator.az/photo/213x120/2024/08/05/1722837678_c7b5e9a4-f117-4e42-bd9d-5c69f26e8b07.jpg)
![Blinken İranın 24 saat ərzində İsrailə hücum edə biləcəyini bəyan edib](https://moderator.az/photo/213x120/2024/08/05/1722835910_30e87bef-835e-354b-b92f-3e1cac3aea60_850.jpg)
![İlham Əliyev yeni avtomobil yolunun açılışında iştirak edib](https://moderator.az/photo/213x120/2024/08/05/1722835768_prezident_04_2022.jpg)
![İlon Maskdan açıqlama: İkinci şəxsi də çiplədilər](https://moderator.az/photo/213x120/2024/08/05/1722835226_66b04fda77ad566b04fda77ad6172283081066b04fda77acf66b04fda77ad2.jpg)
![Paris-2024: Onuncu günün GÜNDƏLİYİ](https://moderator.az/photo/213x120/2024/08/05/1722834957_e5e7d975-bdca-301e-add1-006c15726ff1_850.jpg)
![Ədalət Ətayi vəfat etdi - FOTO](https://moderator.az/photo/213x120/2024/08/05/1722834856_bez-nazvaniya.jpg)
![Gömrük xidməti İrandan gələn 2.2 ton](https://moderator.az/photo/213x120/2024/08/05/1722834022_pati.jpg)
![Bu ərazidə əhalinin sayı artıb](https://moderator.az/photo/213x120/2024/08/05/1722833756_b6db0838-ab1f-3baa-8b66-e585d291b0b0_850.jpg)
![Bakıda DƏHŞƏT: Qonşusunu öldürdü](https://moderator.az/photo/213x120/2024/08/05/1722833315_66b0481dbbef766b0481dbbefb172282882995fcfec4053be057d30321d4a5e2684c.jpg)
![Bakıda bu yollarda sıxlıq var - SİYAHI](https://moderator.az/photo/213x120/2024/08/05/1722832303_66b04c8e048cf66b04c8e048d217228299663dcdcdb23301aa107206905f22f020d1.jpg)
![İsrail İrana qabaqlayıcı zərbə endirməyi düşünür](https://moderator.az/photo/213x120/2024/08/05/1722832069_7e643a1e-3eaa-33ba-95fe-6759f45d6bf0_850.jpg)
![“Atamın ruhu qarşısında bir borcumu ödədim” - Polad Həşimovun oğlu](https://moderator.az/photo/213x120/2024/08/05/1722831903_polad_hesimovun_ogluq.png)
![“Bu barədə ən gözəl əsərlər 30-40 il sonra yaranacaq”](https://moderator.az/photo/213x120/2024/08/05/1722832724_kino.jpg)
![Saçlarınızı sağlam şəkildə uzadan 6 qida maddəsi](https://moderator.az/photo/213x120/2024/08/05/1722831488_66b0297dbe4ba66b0297dbe4bb172282098966b0297dbe4b366b0297dbe4b7.jpg)
![Xarkovda ardıcıl partlayışlar baş verdi](https://moderator.az/photo/213x120/2024/08/05/1722831290_rusiya_ukrayna_muharibesi.jpg)
![Bu ölkə hakimiyyəti öz xalqından qorxduğundan Rusiyadan ordu göndərməsini istəyə bilər...](https://moderator.az/photo/213x120/2024/08/05/1722832827_tiflis-etiraz-aksiya.jpg)
![Bu gün Azərbaycan Hərbi Donanması Günüdür](https://moderator.az/photo/213x120/2024/08/05/1722830974_donanma-herbi-baki.jpg)
![Azərbaycanlı gənc Oksford Universitetinə qəbul olundu](https://moderator.az/photo/213x120/2024/08/05/1722830292_1223200.jpg)
![İran rəsmiləri İsraildən qisas alacaqlarına söz veriblər](https://moderator.az/photo/213x120/2024/08/05/1722828757_f330cc94-e4c5-364d-8aa9-d0d800c4e569_850.jpg)
![Plastik əməliyyat etdirən şəxsin beyninə toxundular – Əlil qala bilər...](https://moderator.az/photo/213x120/2024/08/05/1722828595_66afcb3080d7266afcb3080d74172279684866afcb3080d6d66afcb3080d70.jpg)
![2000-dən çox Bitcoin cüzdanı çalındı - Polis kiber-dələduzluğun üstünü açdı](https://moderator.az/photo/213x120/2024/08/05/1722810487_bitkoin_bitcoin_bitkoyin_bitcoyin_0.jpg)
![Emosional intellekti aşağı olan insanı necə tanımaq olar? - 10 əsas əlamət](https://moderator.az/photo/213x120/2024/08/05/1722801969_whatsapp-image-2024-08-05-at-00.04.46.jpeg)
![Bakıda ağır QƏZA: Sürücü sükan arxasında sıxılı vəziyyətdə qaldı](https://moderator.az/photo/213x120/2024/08/04/1722801614_zsqufgzwptlssj1jzuwpu9txqrdm7entefinmjci_1200.webp)
![Daşkəsəndə gəlini tərəfindən baltalanan qadın öldü](https://moderator.az/photo/213x120/2024/08/04/1722799505_slavwjmbxjqpx5du7iq0qdntmqgympmvlbiqmxrz_1200.webp)
![Dürdanə Ağayeva VƏFAT ETDİ](https://moderator.az/photo/213x120/2024/08/04/1722798310_3b7da4d377b0f4ff2a6e29e84438af86.jpg)
![Cəlilabadda 90 yaşlı kişini əqrəb sancıb](https://moderator.az/photo/213x120/2024/08/04/1722797376_ykytkuj5k2nia6zyv1otfm51gwj4wprtmbi4amph_1200.webp)