Finlandiya qaçqınların qovulması haqqında qanunu təsdiqləyib
Dünya
1821
06 Jul 2024 | 07:58

Finlandiya qaçqınların qovulması haqqında qanunu təsdiqləyib

Finlandiya parlamentinin Konstitusiya Komitəsi qaçqınların ölkədən çıxarılması haqqında qanunu təkrar ekspertizadan sonra təsdiqləyib.
 
Bu barədə Finlandiyanın məşhur “Yle” nəşri məlumat yayıb və bildirib ki, qanunla bağlı parlamentdə yekun səsvermə gələn həftə keçiriləcək.
 
Məlumatda həmçinin qeyd olunur ki, Finlandiya parlamentinin Konstitusiya işləri üzrə komitəsi qanun layihəsinə lazımi dəyişiklikləri edib.
 
Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib ki, qanun layihəsinə uyğun olaraq, qanunsuz qaçqınların Rusiya ərazisinə çıxarılması, o cümlədən Moskvanın razılığı olmadan həyata keçiriləcək.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər