Bakı Dövlət Universitetinin (BDU) magistratura səviyyəsinə qəbul olan bakalavrlar iyulun 9-dan 18-dək //portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətini seçməlidirlər.
Onlar aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:
1. Bakalavr diplomunun və diploma əlavənin surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər);
2. 2023/2024-cü tədris ilində məzun olan şəxslər tərəfindən universiteti bitirdikləri haqqında arayış;
3. Ödənişli əsaslarla magistratura səviyyəsinə qəbul olunan şəxslər üçün təhsil haqqını ödəmək haqqında qəbzin surəti;
4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (oğlanlar üçün);
5. Ad və ya soyadın dəyişdirilməsini təsdiq edən sənəd (dəyişdirənlər üçün).
Ödənişli əsaslarla qəbul olan bakalavrlar qeydiyyatdan keçərkən I (birinci) ilin təhsil haqqının minimum 50 faizini ödəməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.