“Kəlbəcərdəki Zod qızıl yatağı ərazisində sərhədin 1975-1976-cı illərin xəritələri üzrə dəqiq çəkilməsi problemini həll etməliyik...”
Ekskluziv
2465
05 Jul 2024 | 08:43

“Kəlbəcərdəki Zod qızıl yatağı ərazisində sərhədin 1975-1976-cı illərin xəritələri üzrə dəqiq çəkilməsi problemini həll etməliyik...”

“30 il ərzində - 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan onu tam şəkildə istismar edib, baxmayaraq ki, sovet sərhədləri boyunca yatağın böyük hissəsi Azərbaycan tərəfində idi...”
 
Azərbaycanla Ermənistan arasında “sərhədlərin delimitasiya prosesi bilərəkdən gecikdirilmədən də illərlə uzana bilər”.
 
Moderator.az xəbər verir ki, bu fikri “Kavkazsskiy uzel” nəşrinə açıqlamasında Avropaya İnteqrasiya üzrə Azərbaycan Milli İctimai Komitəsinin üzvü Toğrul Cuvarlı ifadə edib.
 
“Azərbaycanla Ermənistan arasında 1000 km-lik sərhədin delimitasiyası və demarkasiyası prosesi illərlə çəkə bilər. Qazax rayonu ərazisində məsələnin tez bir zamanda həll olunması faktiki olaraq orada 4 Azərbaycan kəndinin işğal altında olması ilə bağlı idi. Yəni onların geri qaytarılması zərurəti göz qabağında idi. Bundan sonra tərəflər üçün daha çətin olacaq. Birincisi,  eksklavlar barədə mürəkkəb vəzifəni həll etmək gərəkdir. Ermənistanın dörd kənddən ibarət üç Azərbaycan eksklavını, Azərbaycanın isə bir erməni kəndini əldə saxlaması məsələsi var. Ərazilərin qismən mübadiləsinin və ya qarşılıqlı olaraq verilməsinin mümkün olub-olmaması barədə qərar vermək lazım gələcək.  
 
Digər tərəfdən, Ermənistan hesab edir ki,  Azərbaycan Qeqarkunik və Sünik vilayətlərində Ermənistan ərazisinə daxil olub. Halbuki kəndlərin sözün əsl mənasında sərhəddə yerləşdiyi Qazax rayonundan fərqli olaraq, bu istiqamətdə heç bir yaşayış məntəqəsi yoxdur. Amma burada, düz sərhəddə Kəlbəcərdəki Zodd qızıl yatağı (erməni adı - Sotk) yerləşir. 30 il ərzində - 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan onu tam şəkildə istismar edib, baxmayaraq ki, sovet sərhədləri boyunca yatağın böyük hissəsi Azərbaycan tərəfində idi. İndi biz sərhədin 1975-1976-cı illərin xəritələri üzrə dəqiq çəkilməsi problemini həll etməli olacağıq”, - deyə Cuvarlı diqqətə çatdırıb.
 
Cuvarlının sözlərinə görə, Azərbaycan qoşunlarının  Ermənistanın sayılan ərazilərdən çıxarılması sülh sazişi imzalanmayana qədər baş tutmayacaq.
 
“Azərbaycana Ermənistandan müharibənin bərpa olunmaması üçün möhkəm təminat və mexanizmlər lazımdır. Bakı təkid edir ki, İrəvan öz Konstitusiyasını dəyişdirsin ki, gələcəkdə revanşistlər hakimiyyətə gəlsələr, “Paşinyan hökuməti Konstitusiyanı pozub, indi biz onu bərpa edirik” deməsinlər. Bundan başqa, regionda, o cümlədən Naxçıvan istiqamətində nəqliyyat kommunikasiyaları bərpa edilməlidir. İqtisadi əlaqələrin bərpası davamlı sülhün əlavə təminatı olardı. Yalnız sülh prosesinin dönməzliyinə əmin olduqdan sonra Azərbaycan tərəfi birdən onların faktiki olaraq Ermənistan ərazisinə keçdiyi üzə çıxarsa, öz qoşunlarını çıxara bilər”, - deyə şərhçi vurğulayıb.
 
S.Laçın
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər