Dədə Qorqudlu dünyamız...
Cəmiyyət
Oxunub: 2217
03 Jul 2024 | 10:45
Dədə Qorqudlu dünyamız...

İşıqlı Atalı

 
Ulusal dəyərlərimiz bizi var edən əsas yöndür. Ulusal dəyər – ölməyən, heç zaman adiləşməyən dəyərdir. Dəyəri var edən, artıran, yüksəldən isə Ulusu təmsil edən yetkin insanlardır.
 
Ulusal dəyər – Ulusun mənəvi-əxlaqi, idraki, bədii səviyyəsinin ifadəsi olub, yaşamının (həyatının) bütün sahələri haqqında sistemli fikirlərin məcmuyu, mahiyyətidir.
 
Ulusal dəyər ulusallığı tam ifadə etdiyi üçün bəşəri dəyərdir. Çünki bəşəri dəyərlər bu kimi dəyərlərin özülündə təsdiqini tapır.
 
Bəşəri dəyərlər dedikdə ulusallığın yetkin soraqlarının ifadəsi nəzərdə tutulur.
 
Ulusal olan mənəvidir (ruhsaldır): Ruhsallığın qaynağı, kökü - Ulusal dəyərlərdir.
 
“Kitabi-Dədə Qorqud” qədim ulusal yaşamımızın dastan bədiyyatı ölçüsündə bənzərsiz ifadəsidir.
 
Dədə Qorqud – ağsaqqallıqla təndir, əslində ağsaqqallığın ölçüsünü yaradandır. Dastan onun adına bağlanır, ona görə ki, dastanda təsvir olunan dünyanın mənəvi yiyəsi Dədə Qorquddur.
 
Dədə Qorqud Ağsaqqallıq adlı ulusal dəyərin ardıcıl daşıyıcısıdır. Bugünkü yaşamımızda, varlığımızda dastan düşüncəsində daşlaşmış, ömürləşmiş bu ölçü sabah yönlüdür. Dədə Qorqud ağsaqqallığı bizi mahiyyətcə hər cür özgəliklərdən qoruyur, Torpaq-Yurd-Vətən kutsallığını ardıcıl bütün maraqlardan uca tutmağa çağırır, kökləyir.
 
Dədə Qorqud halallıq örnəyidir, harama əsaslanmaq, fürsətcillik onun dünyasında qadağandır. Ailə kutsallığının qoruyucusudur. Ona inanırlar. Onun alqışı adi alqış deyil, qarğışı adi qarğış olmadığı kimi...
 
Dədə Qorqudun dünyası onun ruhundan yaranır. Bu ruh bütün tərəfləri ilə Azərbaycan-Türk soraqlıdır: qeybdən xəbər verməsi yüksək duyum yiyəsi olduğundan xəbər verir.
 
***
 
Yaradılış, əslində yaranış olayı Dədə Qorqud dünyasının, ruhunun bənzərsizliyini, özünəməxsusluğunu sübut edir. Əcdadlarımızın təsəvvüründə, təxəyyülündə insanın yaranması, var olması, ölüb-dirilməsi zəngin mifoloji çalarlarla mənalandırılır, bununla da ulusal duyumun məhək daşına çevrilir.
 
Dədə Qorqud mahiyyətcə gedişatın yaradıcısıdır. Onun hər şeydən xəbərdarlığı, hətta hadisələrin gedişini əvvəlcədən görməsi ulu ozanın şəxsində xalqın mifoloji duyumunun gücündən xəbər verir. Dədə Qorqud hər şeydən öncə Adverəndir: bu, dastan düşüncəsində gerçəkləşən, oğuz türkünün yaradılış funksiyasının özülünü təşkil edən mühüm amildir. Burada advermə (adlanma) mifoloji düşüncədə yaradılışın başlanğıcı olmaqla yanaşı, həm də ardıcıllığının əsası, yaşamda (həyatda) nə varsa, varoluşunun nədəni (səbəbi), inkişafı, yetkin təsdiqidir.
 
Sözü keçərlidir. Dədə sözünə xilaf çıxmaq bağışlanmır: Onun sözü qanundur. Dədəlik statusunu özündə daşıyan Qorqudla zarafat etmək qətiyyən olmaz. Burada Adalanın Adverənin qoyduğu ada yetməsi, onu doğrultması başlıca şərtdir.
 
Adalma – Yaranış -Yaradılış prosesi fərdin şəxsində Ulusun varoluşunun epos səviyyəsində təsdiqi, canlı yaşamıdır.
 
İnam Ata ( Asif Ata) “Dədə Qorqud”u “Qoçaq günlər həsrəti” sayır.
 
Dədə Qorqudun advermə statusu geniş imkanlarla səciyyələnir: Dədə sözünün ilkinliyi, tərəddüdsüz qəbuledilənliyi, hökmlülüyü, Oğuz elinin ruhunu tam mənasıyla ifadə və təsdiqi, ağsaqqallıq rəmzi olması bu qəbildəndir.
 
Dədə Qorqud ruhundan yaratdığı dünyasını cidd-cəhdlə qoruyur: onun öncəgörənliyi (loğmanlığı), qeybdən xəbər verməsi, eləcə də ad qoyması, elçilik etməsi, qopuz çalması, boy boylaması, söz söyləməsi – hamısı yaradıcı (ilahi yaradılış xislətli) missiyasından irəli gəlir.
 
Buğanı yıxdığına görə Buğac adını alan igidin bundan sonrakı yaşamı – Dədənin öygüsü (inamı) əsasında olur. Ad alan - adı doğrultmalıdır. Doğuluş – var olmaqdır, Oğuz insanının şəxsinin təsdiqidir.
 
Dastanda adalma - doğuluş (yaradılış) mahiyyətlidir.
 
Buğacın ölüb-dirilməsi ömrün, taleyin yenilənməsi, şərdən arınması kimi də anlaşıla bilər. Dədə Qorqud dünyasında fərdin günahdan, pislikdən arınması, qəhrəmanın şəxsində onun ilahilik, bənzərsizlik statusunu bərpa etməsi və ya yaratması bütövlükdə Oğuzun dünyasının bərpası demək olur.
 
“Kitabi-Dədə Qorqud”dakı yaradılış aktı ümumiyyətlə, Oğuzun həyatının hər bir sahəsində gerçəkləşən ilişgilərin (münasibətlərin), davranışların ilahilik ölçüsündə təsdiqidir. İnsani münasibətlərin əsilliyi – insanların bir-birinə tərəddüdsüz inamıyla, bir-birinin yolunda ölümə getmək fədakarlığıyla, ailə kutsallığının qorunması inadıyla, sevginin yaradılış səviyyəsində dərkiylə şərtlənir. Oğuzun - Dədə Qorqudun dünyasında hər şey yaradılışa (doğuluşa) – yəni yenidən doğulmaya, pisliklərdən arınmaya, insanlığa xidmət və onu təsdiq edir.
 
Pis duyğulara, insansızlığa bu dünyada yer yoxdur. Bu ilişgilərin pozulması ölüm-yoxolma prosesini şərtləndirir, qaçılmaz edir. Dədə Qorqud düzənin pozulmasından narahat olur, var gücüylə onu qorumağa çalışır.
 
“Kitabi-Dədə Qorqud”dakı ilahi mənalandırma (obrazların doğuluşu-yaradılışı, təsvir bənzərsizliyi, Oğuz insanının məişətinin, yaşamının ifadəsi olması, düşmənə (şərə) nifrət, xeyirə təşnəlik və s.) mahiyyətcə yaradılış mifologeminin canlı, yaşarı təsdiqidir. Burada Oğuz-Türk insanının onu əhatə edən yaşamında hər şeyə Dədə Qorqudun yaratdığı yanaşmalar (münasibətlər) ölçüsündən baxması dünyasını ardıcıl yaradılışlı edir. Oğuz insanının türk xislətindən gələn biryolluq (arxadan vurmamaq – üz-üzə vuruşmaq, insana, əsilliyə inamda qırılmamaq, xəyanəti bağışlamamaq - bağışlaya bilməmək, ailə kutsallığını uca saymaq, qədim türk adəti olan halallıq) xarakteri onun sifətidir.
 
Oğuz bəylərinin dilək, istək birliyi, sevənlərin xarakter eyniliyi-birliyi, əsilliyə sədaqət, soyun (nəslin) başçısına sayğı, sevgi əsasında qurulan ailəçilik Beyrəklə Banıçiçəyin yaradılış aktının özülündə durur. Burada Beyrəklə Banıçiçəyin beşikkərtməsinə bəylərin tanıq (şahid) olması gözəl, uca məqam kimi diqqəti çəkir. Ona görə ki, Oğuz bəyləri Oğuz dünyasının qorunması üçün məsuliyyət daşıyırlar.
 
Basatın doğuluşu-yaranışı əcdad funksiyası ilə bağlıdır. Təpəgözün şəri, antinsanlığı təmsil etdiyi ortadadır. Təpəgözün doğuluşu Oğuzun varlığı üçün təhlükəyə çevrildiyində Basatın meydana çıxaraq onu yenməsi – Xeyrin Şər üzərində qələbəsi anlamına gəlir. Bu prosesdə bəlli obrazların ölümdən qurtulması, ölüb-dirilməsi – insani münasibətlərin qurulması, düzənin bərpası, şərin xeyir üzərində qələbəsi kimi anlaşıla bilər...
 
Oxuculara Atanın “Dədə Qorqudluğumuz-Ağsaqqallığımız” içsəsini sunuram.
 
***
 
İNAM ATA (ASİF ATA)
 
DƏDƏ QORQUDLUĞUMUZ – AĞSAQQALLIĞIMIZ
 
1.BİRLİK
 
Dədə Qorqud Dünyası vardı: Dünya Dədə Qorqudluydu.
 
Dədə Qorqud öz Dünyasında Loğman idi – Qeybdən xəbər verirdi: Ad qoyurdu, Elçilik eləyirdi, Qopuz çalırdı, Boy boylayırdı,
 
Söz söyləyirdi.
 
Dədə Qorqudlu Dünyada Loğman var idi. Qeybdən xəbər verən var idi; Ad qoyan var idi, Elçilik eləyən var idi; Qopuz çalan, Boy boylayan, Söz söyləyən var idi.
 
Ağsaqqallıqla Dünya Bir olmuşdu, bu səbəbdən də Dünya sanballıydı.
 
…Birlik Dağıldı, Dünya Ağsaqqalsız qaldı, Ağsaqqal Dünyasız.
 
2. DƏDƏ QORQUD DÜNYASI – QORQUDLU DÜNYA
 
Dədə Qorqud Dünyasında Salur Qazan, Qaraca Çoban kimi Kişilər var idi; Burlaxatın, Banıçiçək, Selcan kimi Qadınlar, Buğaclar, Uruzlar, Beyrəklər, İmranlar kimi Oğullar var idi.
 
Dədə Qorqud Dünyasında Salur Qazan, Qaraca Çoban kimi Kişilərin, Burlaxatın, Banıçiçək, Selcan kimi Qadınların, Buğac, Uruz, Beyrək, İmran kimi Oğulların – Qorqud kimi Ağsaqqalı vardı.
 
Dədə Qorqud Dünyası – Qorqudlu Dünya Məliklər həqarətinə
 
– Qeyrətsizliyinə, Zalımlığına qarşıydı, Namusa Qıyanlara qarşıydı, Salur Qazanlıydı, Qaraca Çobanlıydı Dədə Qorqud, Burlaxatınlı, Banıçiçəkliydi, Buğaclıydı, Beyrəkliydi Dədə Qorqud.
 
Dədə Qorqudluydu – Salur Qazanlar, Qaraca Çobanlar, Burlaxatınlar, Banıçiçəklər, Buğaclar, Beyrəklər…
 
Dədə Qorqud Dünyası yaratmışdı Qazanları, Çobanları…
 
Qazanlar, Çobanlar Dünyası yaratmışdı Dədə Qorqudu.
 
3. DƏDƏ QORQUD DÜNYASIZLIĞI – QORQUDSUZ DÜNYA
 
Dədə Qorqud Dünyası, Qorqudlu Dünya Uçdu: Ədavətdən, Küdurətdən – Aruzların Qazanlara Xəyanətindən.
 
Dirsələrin Yağı hiyləsinə uymalarından – İçəridən, daxildən uçdu birlik.
 
Qorqud Dünyasız qaldı, Dünya Qorqudsuz.
 
Bəy ərənlər, xatınlar getdilər – Dədə Qorqud Yalqız qaldı.
 
Dədə Qorqud getdi – Dünya Yetim qaldı.
 
4. VARİSLİK
 
Koroğlu Dünyası vardı – Dünya Koroğlusu Vardı.
 
Koroğlunun Dəlilər Dünyası vardı.
 
Dəlilərin Koroğlu Atası vardı.
 
Çənlibel Birlik Məkanıydı.
 
Koroğlu həm də Qoroğluydu – Od ruhundan Yaranmışdı.
 
Dəlilər Koroğlunun Oduna qalanmışdılar.
 
Koroğlunun Dəlilər adlı Dünyası vardı; Koroğlu Dəlilərin
 
Dünyasıydı.
 
Həmzələşən Dünya Koroğluya qıydı. Koroğlu Dünyasız qaldı,
 
Dünya Koroğlusuz.
 
5. HƏSRƏT
 
Loğmanlığını Alimlər daşıdılar. Qopuzunu Aşıqlar çaldılar:
 
Qeybinə xurafat Yiyələndi, Boyunu boyaçılar boyladılar, Sözünü
 
dilbazlar söylədilər.
 
Bütöv Dağ parçalandı.
 
Ağsaqqallıq əvəz olundu, Ağsaqqallığın əvəzi olmadı.
 
Ağsaqqallıq əvəzsizliyi Təsdiq olundu.
 
Ağsaqqallıq həsrəti yarandı…
 
6. FƏLAKƏT
 
Yalançı Atalar yarandı: – Hökmdarlar, Xurafatçılar,
 
Hakimlər, Sədrlər, Rəislər.
 
Yalançı Atalardan dəhşətli Atasızlıq yarandı.
 
Yalançı Atalar Dünyasında hamı Dünyasız qaldı.
 
Yalançı Atalıq Fəlakəti, Dəhşəti, Zilləti Yarandı.
 
7. QƏBAHƏT
 
Dədələr – gədələşdilər, bu səbəbdən də Balalar Dədəsizləşdilər – Dədəsizlər sürətlə özgələşdilər: Yadlıq Doğmalıq sayıldı, Doğmalıq Yadlıq – Ağsaqqal həqarəti aləmi bürüdü.
 
Yağılara qaldı Dünya!
 
8. ATASIZLIQ EHKAMI
 
Dədəsizlik Fəlsəfiləşdi.
 
Millətlərin bir-birinə qovuşmasından danışdılar, Vahid
 
Bəşəriyyətdən danışdılar, Vahid Dildən, Mədəniyyətdən danışdılar.
 
Ümumiçilik çağırdılar.
 
Atasızlığa qovuşdururdular İnsanları, Atasızlıq Ehkamlaşırdı.
 
Atasızlar Dünyası yaradırdılar.
 
9. ZƏRURİYYƏT
 
Atalıq Dünyaya qayıtmalıdır.
 
Dünya Atalığa çatmalıdır.
 
Ağsaqqallıq Ağalığı əvəz etməlidir.
 
Adam – İnsanlaşmalıdır!
 
13 Od Ayı, 14-cü il (iyul, 1992).
Oxşar xəbərlər
21:02, Bu gün
Ucarda lotereya biletləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
20:54, Bu gün
Putin Məsud Pezeşkianı təbrik etdi
20:38, Bu gün
Süni zəka SONUMUZ, YOXSA GƏLƏCƏYİMİZDİR?
20:30, Bu gün
Ərdoğan İranın yeni prezidenti ilə regional məsələləri müzakirə edib
20:28, Bu gün
Rayonlarda kiloqramı 50 qəpiyə olan xiyar niyə Bakıda iki manata satılır?
20:26, Bu gün
Azərbaycanda turizm - haralara getmək olar?
20:18, Bu gün
Rusiya Kiyevdəki uşaq xəstəxanasına raket zərbəsi endirib, uşaqlar dağıntılar altında qalıb...
20:18, Bu gün
Alimlər asan oxumağın sadə üsulunu hazırladılar
20:16, Bu gün
İranda seçki bitdi: "Həkimin oğlu" türklərin dərdinə dərman ola biləcəkmi?
20:04, Bu gün
Naxçıvanda iyun ayında enerji istehsalında “yaşıl enerji”nin payı artıb
19:56, Bu gün
Arda Gülərin ailəsi ilə FOTOSU gündəm oldu
19:50, Bu gün
"Səfəvi dövlətinin əhalisi" kitabı çapdan çıxıb
19:44, Bu gün
İdmançımız Beynəlxalq Gimnastika Federasiyasının kubokunu qazanıb
19:40, Bu gün
Badımcanı bir də belə qızardın - DADINDAN DOYMAYACAQSINIZ
19:35, Bu gün
Cəlilabadda bu il yonca sahələri iki dəfəyə yaxın azalıb
19:30, Bu gün
ATƏT/DTİHB Azərbaycanda parlament seçkilərinə müşahidəçilər missiyası göndərəcək
19:27, Bu gün
“Milli Məclisdə keçmiş peşəkar hərbçilərin də təmsil olunması vacibdir. Ona görə ki...”
19:25, Bu gün
“Oğlu ilə öpüşür, anasını bəyənmir” – Xalq artisti
19:20, Bu gün
Mağazadan alınan toyuqdan zəhərli maddələri çıxarmağın ÜSULU
19:14, Bu gün
Qaradağ rayonunda qətl: 50 manata görə tanışını öldürdü
19:13, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib
19:08, Bu gün
Bilgəhdə çətənə kolları yetişdirən şəxslər saxlanılıblar
19:00, Bu gün
“Qarabağ Bəyannaməsinin imzalanması göstərdi ki, türk dünyası həmrəylik istəyir” — Deputat
18:51, Bu gün
Bakıda daha bir nəfər dənizdə batdı
18:43, Bu gün
İyulda üç bürcü sərvət və yeni layihələr gözləyir – Şanslılar bunlardır
18:37, Bu gün
Kanalizasiyadan Yunan tanrısının heykəli çıxdı
18:23, Bu gün
Yuxuda bıçaq görmək nə vəd edir?
18:15, Bu gün
Azərbaycanda sünnət edilən 4 aylıq körpə öldü - Yenilənib
18:09, Bu gün
DİN vətəndaşlara müraciət etdi: Dələduzların saxta vədlərinə və yalanlarına inanmayın
18:05, Bu gün
MİQ-də yüksək bal toplayan cütlük: Suallar peşəkar hazırlanmışdı
18:00, Bu gün
Maaş və pensiyalar artırılacaq?
17:56, Bu gün
"Qarabağ"ın sabiq futbolçusu bu kluba keçdi
17:53, Bu gün
Polis Bilgəhdə çətənə kolları yetişdirənləri saxladı - VİDEO
17:49, Bu gün
Sabah bu rayonların qaz təchizatında məhdudiyyət olacaq
17:48, Bu gün
“Ana Vətən” Partiyası “Seçki Qərargahının” məlumat yaydı
17:45, Bu gün
Saray qəsəbəsinə giriş-çıxış məhdudlaşdırılacaq
17:42, Bu gün
Pakistan Azərbaycana neft emalı zavodunda pay təklif edir
17:40, Bu gün
Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu
17:38, Bu gün
Sərdar Aziz "Fənərbağça" ilə yolları ayırıb
17:34, Bu gün
Bakıda 10 günlük “karantin” olacaq? - VACİB AÇIQLAMA
17:32, Bu gün
"Turist tələsi" - Səyahət zamanı bu yerlərə getməyin
17:29, Bu gün
"Bəzi Qərb ölkələri üçüncü dünya müharibəsinə təhrik edir" - Ərdoğan
17:24, Bu gün
Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO
17:20, Bu gün
Küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ
17:15, Bu gün
“Onun yarısı” adlı gənc rəssamların qrup sərgisi keçirildi - FOTOLAR
17:12, Bu gün
Qarabağ Universitetinə mətbuat katibi təyin edildi - FOTO
17:11, Bu gün
Rəşid Mahmudovdan kondisonerin zərərləri barədə AÇIQLAMA:  "Bütün əzələləri qıc edir və ..."
17:07, Bu gün
Kamal Abdullanın “Seçilmiş əsərləri”nin yeddinci cildi çap olunub
17:05, Bu gün
MİQ imtahanlarında iştirak edən ər-arvad yüksək bal topladı
17:02, Bu gün
Ötən ay xaricdə təhsil almış 71 nəfərin diplomu tanınmayıb
16:57, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
16:52, Bu gün
Tələbələrə şad xəbər: Kafedə, mağazada, klinikada güzəştlər gəlir - Tarix açıqlandı
16:47, Bu gün
Sabah Neftçalada qaz olmayacaq
16:43, Bu gün
Paşinyan Təhlükəsizlik Şurasını topladı
16:40, Bu gün
Andrey Zeltın: "Pezeşkian Rəisinin siyasətini davam etdirməyəcək" - MÜSAHİBƏ
16:35, Bu gün
Orbanın dörd ölkəyə səfəri: Avropa İttifaqına yenilənmə göstəricisi - ŞƏRH + FOTO
16:29, Bu gün
Azərbaycanın bu silahları erməniləri niyə təşvişə salıb? - Polkovnik açıqladı
16:27, Bu gün
Roman Qriqorçukun "Neftçi"dəki köməkçiləri açıqlandı
16:24, Bu gün
Hakan Fidanın Şuşada verdiyi təklifə Kremldən təpki: “Putin də razıdır”
16:20, Bu gün
"Qarabağ"ın oyunlarının keçiriləcəyi yer dəqiqləşib - FOTO
16:16, Bu gün
Bakının 12 rayonunda təhlükə: İcra hakimiyyəti hərəkətə keçdi - FOTO
16:12, Bu gün
"Ukraynanın qələbəsi NATO üçün başlıca vəzifədir" - Stoltenberq
16:08, Bu gün
Kamran Əliyev Vyanada işgüzar səfərdədir - FOTO
16:05, Bu gün
"Neftçi" Türkiyədə dörd yoxlama oyunu keçirəcək
16:04, Bu gün
Pensiyaların ödəniləcəyi vaxt açıqlanıb
16:00, Bu gün
Rayonlarda leysan olacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
16:00, Bu gün
Döyüş yoldaşlarını xilas edən 20 yaşlı azərbaycanlı həlak oldu
15:57, Bu gün
Saç tökülməsi B2 vitamini çatışmazlığının əlamətidir
15:54, Bu gün
Hövsan və Türkan sahillərində balıqlar bu səbəbdən tələf olub - RƏSMİ
15:51, Bu gün
Ötən həftə azad olunan ərazilərdə nə qədər mina zərərsizləşdirilib?
15:48, Bu gün
“Kömək” məqsədilə vətəndaşın kartındakı pulu ələ keçirən şəxs saxlanıldı
15:44, Bu gün
Azərbaycan millisinin futbolçusu: "28 yaşım var, özümü kiməsə sübut edən vaxtım deyil"
15:40, Bu gün
"Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi yekunlaşdı - FOTO
15:36, Bu gün
Ümumvətəndaş pasportu almaq üçün DÖVLƏT RÜSUMLARI
15:33, Bu gün
Naxçıvanda 40 tona yaxın yabanı çətənə məhv edilib
15:30, Bu gün
Sizə gələn zəngdə bu sözlər deyilirsə dərhal söndürüb, polisə xəbər verin - DİQQƏT
15:27, Bu gün
Elektrik Avtomobillərin Festivalı keçirildi - FOTO/VİDEO
15:23, Bu gün
Prezident Fikrət Əzizovu təltif etdi
15:19, Bu gün
Pianoçu Mark Demişin Heydər Əliyev Mərkəzində konserti olacaq
15:15, Bu gün
Futbol əfsanəsinin qızı atası ilə o biri dünyadan əlaqə saxlayır
15:11, Bu gün
Gömrükçülər 120 000 ədəd aksiz markasız tütün məmulatları aşkar etdi
15:08, Bu gün
Suraxanının yeni icra başçısı: keçmiş polis rəisi və deputat - DOSYE
15:04, Bu gün
Ödəmə terminalını oğurlayıb qaçan zaman qəzaya düşdülər - ANBAAN görüntülər + FOTO
15:02, Bu gün
Bu şəxslərə verilən təqaüdün məbləği iki dəfə azaldıldı
14:59, Bu gün
Prezidentin Beyləqana təyin etdiyi icra başçısı kimdir? - DOSYE
14:56, Bu gün
“O günləri mən görməsəm də, sizlər görəcəksiniz”- xalq artistinin Ağdamla bağlı arzusu - FOTO+ÖZƏL
14:55, Bu gün
Azərbaycanda kvotadan əlavə iş yerləri yaradılır
14:50, Bu gün
DİM bu abituriyentlərə müraciət etdi
14:46, Bu gün
Prezidentin Qusara təyin etdiyi icra başçısı kimdir? - DOSYE
14:42, Bu gün
Azərbaycan gimnastları İtaliyadan medallarla qayıtdılar - FOTO
14:37, Bu gün
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verildi - SİYAHI
14:33, Bu gün
Qusara yeni icra başçısı təyin edildi
14:29, Bu gün
Əziz Əzizov Suraxanıdan Beyləqana göndərildi
14:26, Bu gün
Prezident Adil Əliyevə vəzifə verdi
14:22, Bu gün
"Dronlar dünya müdafiə sənayesinə meydan oxuyur: iri istehsalçılar dəyişməlidir" - "Financial Times"
14:17, Bu gün
Qızı 17 yaşında silikon etdi, tənqid edildi - FOTOLAR
14:12, Bu gün
İki gündə Ermənistana ikinci şok: Sülh təcili bağlanmasa...
14:07, Bu gün
İtkin Rasimlə bağlı sensassion iddia: Xoşqədəm Hidayətqızı saxta ssenari qurubmuş?
14:04, Bu gün
“1991-1995-ci illərdə ÜDM 60% azalmış, manat dəyərini 13 dəfə itirmişdi...”-TARİX
14:02, Bu gün
“Ərim məni əxlaqsızlıq etməyə, pul qazanmağa məcbur edirdi” – Dəhşətli qətlin şok təfərrüatı
GÜNLÜK
00:00, Bu gün
Marketlərdə satılan bu yağlar ömrü qısaldır: “Bir çox ölkələrdə satışı qadağan olunub”-ARAŞDIRMA+ÖZƏL
07 Jul 2024 | 21:26
Varlanması asan olan 3 bürc
07 Jul 2024 | 21:22
İranda prezident seçkisinin nəticələri rəsmən təsdiqlənib
12:53, Bu gün
Azərbaycanlılar Gürcüstana axın edir- 2 mindən başlayan maaş...
07 Jul 2024 | 23:44
Bəysiz "ərə getmək" indi dəbdədir... - Solo-toylar (MARAQLI)
07 Jul 2024 | 22:05
Əməkdar artist Cıdır düzündə poza verdi - FOTO
07 Jul 2024 | 23:05
"Le Penin Fransanın Ukraynaya yardımı ilə bağlı bəyanatı çaşqınlıq yaradıb" - CNN
07 Jul 2024 | 22:18
Gürcüstanın xarici borcu AÇIQLANDI
07 Jul 2024 | 22:13
Ermənistan ABŞ ilə birgə hərbi təlimlər keçirəcək
07 Jul 2024 | 22:27
Samsungun ağıllı üzüyünün qiyməti məlum oldu
HƏFTƏLİK
07 Jul 2024 | 09:12
Paşinyan Azərbaycanla sərhədə - düz tikanlı məftillərin yanına gəldi və belə yazdı...-VİDEO
04 Jul 2024 | 06:40
Bakıda bu tarixdə yeni metrostansiya açılacaq
00:00, Bu gün
Marketlərdə satılan bu yağlar ömrü qısaldır: “Bir çox ölkələrdə satışı qadağan olunub”-ARAŞDIRMA+ÖZƏL
06 Jul 2024 | 08:26
İranın yeni prezidenti Məsud Pezeşkiyan kimdir?- Döyüşçü, həkim, rektor... DOSYE  
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
07 Jul 2024 | 15:07
“Polisə silahlı müqavimət göstərməyə görə cəza  sərtləşdirilməlidir”
07 Jul 2024 | 21:26
Varlanması asan olan 3 bürc
04 Jul 2024 | 12:18
“İranda ən böyük səlahiyyət sahibi Əli Xameneinin də Azərbaycan türkü olduğu deyilir: nəsə dəyişibmi?..”
04 Jul 2024 | 09:22
“Rusiyanın texnika anbarları, demək olar ki, boşdur...”-Hərbi ekspert
AYLIQ
00:00, Bu gün
Marketlərdə satılan bu yağlar ömrü qısaldır: “Bir çox ölkələrdə satışı qadağan olunub”-ARAŞDIRMA+ÖZƏL
07 Jul 2024 | 21:26
Varlanması asan olan 3 bürc
07 Jul 2024 | 21:22
İranda prezident seçkisinin nəticələri rəsmən təsdiqlənib
12:53, Bu gün
Azərbaycanlılar Gürcüstana axın edir- 2 mindən başlayan maaş...
07 Jul 2024 | 23:44
Bəysiz "ərə getmək" indi dəbdədir... - Solo-toylar (MARAQLI)
07 Jul 2024 | 22:05
Əməkdar artist Cıdır düzündə poza verdi - FOTO
07 Jul 2024 | 23:05
"Le Penin Fransanın Ukraynaya yardımı ilə bağlı bəyanatı çaşqınlıq yaradıb" - CNN
07 Jul 2024 | 22:18
Gürcüstanın xarici borcu AÇIQLANDI
07 Jul 2024 | 22:13
Ermənistan ABŞ ilə birgə hərbi təlimlər keçirəcək
07 Jul 2024 | 22:27
Samsungun ağıllı üzüyünün qiyməti məlum oldu