Ucarda ağır yol qəzası: Ölən var
Hadisə
1988
01 Jul 2024 | 16:00

Ucarda ağır yol qəzası: Ölən var

Ucar rayonunda ağır yol qəzası baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, "KİA" markalı minik maşını yolda hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı betona çırpılıb.
 
Qəza zamanı bir qadın hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır bədən xəsarəti alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər