“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
Ekskluziv
Oxunub: 12429
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı: “Siz Prezident Administrasiyasına şikayətlər yazırsınız, sizin şikayətləri mənə göndərirlər, mən də ərizələrinizi ayaqyolunda istifadə edib atıram...”
 
“İş adamları onu da qeyd edirlər ki, Zakir Fərəcov çoxsaylı şikayətlərdən sonra borclu olduğu iş adamlarını otağına dəvət edib və 50.000 manat verərək onları həbs etdirəcəyi ilə hədələyib...” 

"Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı artıq yekunlaşıb. İstintaqla qeyd olunan tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olub tanışları Elxan Əsədovun köməkliyilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib...

Bütün bunlara rəğmən, Gündüz Əliyev hələ də vəzifələrinin başındadır və qeyd etdiyimiz kimi, Sumqayıt Dövlət Universitetində baş müəllim kimi də çalışır. Bizə maraqlıdır, görəsən universitetdə nədən dərs deyir, korrupsiyadan?!.”

Son xüsusən iki onillikdə Azərbaycanda özünü korrupsiya və rüşvətxorluq bataqlığına atmış şəhər və rayon icra hakimiyyəti başçılarının sayı artmaqdadır. Prezident İlham Əliyevin “korrupsiyaya qarşı mübarizə ili” elan etdiyi 2011-ci ildən bəri bu istiqamətdə ciddi işlər görülməsinə, nəinki icra başçılarının, hətta nazirlərin cəzalandırılmasına rəğmən bir sıra  yüksək vəzifəli məmurların, xüsusən də icra başçılarının bu iyrənc ictimai-siyasi mərəzdən qurtulmaq, düşdükləri bataqlıqdan çıxmağa cəhd etmək belə fikirləri yoxdur. Görünür, belələri ya eyforiya halındadırlar, ya da uzunmüddətli eyforiyanın ardınca dərin letargiya yuxusuna gediblər.  Azərbaycan mediasının icra başçıları haqda azı son 10-15 illik materiallarını  təhlil etdikdən sonra belə qənaətə gəlirik ki, ən azı eyforiyaya qapılmış bu cür vəzifə sahiblərindən biri də  Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli  Zakir Fərəcovdur... 
Öncə bilməyənlər üçün “eyforiya” və “letargiya” xəstəliklərinin mənasını izah edək. 
 
Adətən “həzz”, “uymaq” mənasında anlaşılan “eyforiya” termini politologiya, psixiatriya və narkologiyada geniş izahlara malikdir.  İnternet ensiklopediyası “Vikipediya”da oxuyuruq: Eyforiya – insanın məmnuniyyət duyduğu və özünü yaxşı hiss etdiyi bir ruhi vəziyyətdir. Psixatriyada eyforiya hər zaman patoloji(normal olmayan hal - Red.) məna daşıyır və çox vaxt orqanik beyin fəlci xəstəliyinin ilk əlamətidir... İnsanın səbəbsiz şən olmağı deməkdir. Çünki eyforiya zamanı  məmnuniyyət duyğusu şüur məhrumluğuna  və kədər, yaxud təlaş duymamağa söykənir... Qandakı spirtin miqdarı ilə əlaqədar olaraq da meydana gələ bilər. Bu vəziyyətdə 100 ml qanda 50-100 mq spirt olur. Ayrıca morfin, mereidin və daha az olmaqla birlikdə metadon kimi narkotik ağrıkəsicilər də eyforiyaya səbəb ola bilər...”
 
Insanı asanlıqla idarə etməyin ən optimal yollarından biri  də onu eyforiyaya, yəni onun gerçək vəziyyəti ilə uyğun olmayan bir həzz vəziyyətinə qapdırmaqdır. 
 
Bəs letargiya nə deməkdir?
 
Tibbdə “letargiya yuxusu” deyilən bir xəstəlik halı var... Tam yorulub əldən düşmə, isteriya və güclü həyəcanlanma zamanı baş verə bilir... Eyforiya qısamüddətli olursa, letargiya halı bir neçə saatdan bir neçə ilədək, hətta bəzən 20 ildən çox(!) davam edə bilir...
 
Qayıdaq Sumqayıtın hörmətli icra başçısına...
 
Moderator.az olaraq bizim digər şəhər və rayonlar kimi Sumqayıt şəhərini də idarə edənin kimliyi maraqlı deyil. Əsas odur ki, həmin şəxs bölgəni, yaxud şəhəri ədalətlə, qanunla, ölkə Prezidentinin fərman, sərəncam, göstəriş və tövsiyələrinə uyğun olaraq idarə etsin, özünün, ailəsinin, qohum-əqrəbasının, tayfasının, dost-tanışının, bütövlükdə sakinlərin yaşam səviyyəsinin, rifah halının yüksəlməsi üçün çalışsın... Əgər hər hansı bir icra başçısı bunun əksini edirsə,  onun haqqında sadə insanların, kişik sahibkarların, iş adamlarının şikayətləri artırsa, dövlət başçısı İlham Əliyevin dəfələrlə “mənim köməkçilərim” adlandırdıqları jurnalistlırin də borcu həmin məmurun fəaliyyətini araşdırmaq və gerçəkləri ictimaiyyətə, o cümlədən cənab Prezidentə çatdırmaqdır... İkincisi də, bir vətəndaş, həm də qələm sahibi oncə dediyimiz kimi, ölkə başçısının 2011-ci ildən bəri ölkədəki korrupsiya və rüşvətxorluq hallarına qarşı apardığı mübarizəyə töhfə vermək borcumuzdur... 
 
Qələmə aldığımız bu material da məhz bu müqəddəs məqsədləri daşıyır.
 
Əlimizdə konkret olaraq Sumqayıtın İcra Hakimiyyəti başçısını “korrupsioner və rüşvətxor” adlandırmağa heç bir cinayət işi və ya məhkəmə qərarı-filan yoxdur. Amma ulu dədələrimizin “od yanmasa, tüstü çıxmaz” kəlamına arxalansaq, Zakir Fərəcovun qatı, qara “tüstüsü” çox keçmişdən gəlir.  Ən azı,  1999-cu ildən, yəni Sumqayıt şəhər bələdiyyə sədri olandan bəri... 
 
Və bizi bu “tüstü”lərin qalxdığı “od-ocağ”ı araşdırmağa vadar edən 26 may 2024-cü il tarixdə bir qrup iş adamının Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin onlara olan külli miqdarda borclarını qaytarmamaları ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciəti ilə bağlı Moderator.az redaksiyasına daxil olmuş açıq məktubları oldu(bax:burada: və burada 2:)
 
Məktubda qeyd edilir ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlətin əsas prioritetlərindən biridir. Lakin bu strategiya heç də bütün məmurlar üçün belə deyil. Belə ki, Sumqayıt ŞİH başçısı Zakir Fərəcov və Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, o cümlədən Sumqayıt Dövlət Universitetində baş müəllim Gündüz Əliyev iş adamlarının uzun illərdir Sumqayıt şəhərinin quruculuğu istiqamətində görülmüş işlərin qarşılığı olaraq 2 milyon 900 min manatlıq borcu qaytarmırlar... 
İş adamlarının sözlərinə görə, məsələ ilə bağlı artıq Prezident İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə məktubla müraciət ediblər.
 
Müraciəti yayan iş adamları deyir ki, Zakir Fərəcovun ən yaxınları hesab olunan şəhərin baş memarı Adil Xudadatov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev təşviş içindədirlər. Bu səbəbdən müxtəlif bəhanələrlə zərərçəkən iş adamlarından qaçmağa üstünlük verirlər. 
 
“Bir neçə il əvvəl Sumqayıtın Yeni Bulvar Kompleksini yüksək səviyyədə qura biləcəyimizi Zakir Fərəcova bildirdik. O, söhbətlərimiz zamanı dəfələrlə söz verdi ki, bu işi vaxtında yerinə yetirə bilsəm, yüksək vəzifəyə təyin edildikdən sonra daha geniş coğrafiyada işləmək üçün bizə hər cür şərait yaradacaq. Onun vədlərinə və yalan uydurmalarına qanaraq işlərin gedəcəyi əraziyə birlikdə gedib baxış keçirdik. 105 hektarlıq torpaq sahəsində Yeni Bulvar Kompleksinin salınması və sentyabr ayının axırında tam təhvil verilməsi üçün bir daha razılaşdıq. Zakir Fərəcov şəhərin Bakı - Quba istiqamətli yolunun girişində abadlıq işləri aparılmasını da bizə tapşırmışdı, bu barədə də orada razılığa gəldik. Bundan sonra 624 nəfərdən ibarət işçi heyəti və müasir texnologiyalı texnikalarımızla işə başladıq. Yeni Bulvar Kompleksinin salınması işlərini 2016-cı ilin sentyabr ayında, söz verdiyimiz kimi, yüksək səviyyədə, tam təhvil verdik. Lakin gördüyümüz işlərin qarşılığı olaraq - halal pullarımız bu günədək çalışdığımız MMC-nin hesabına tam şəkildə ödənilməyib.
 
Onu da qeyd etmək istəyirik ki, Yeni Bulvar Kompleksində həyata keçirilən möhtəşəm və qürurverici işlər başa çatdırıldıqdan sonra Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı, Heydər Əliyev prospekti, şəhərin giriş hissəsindəki 8 kilometrlik yolun sağ və sol hissəsi, S.Vurğun, Nizami və C. Cabbarlı küçələri, “Muğan Bank”ın qarşısındakı istirahət parkı da tərəfimizdən tam abadlaşdırılaraq təhvil verildi. Öhdəmizə götürdüyümüz işləri tam şəkildə başa çatdırıb təhvil verməyimizə baxmayaraq, başçının borclu qaldığı 2.900.000 manat pul vəsaiti bu günə qədər ödənilməyib. ŞİH başçısına şikayət ərizələri çatdırsaq da, heç bir nəticə əldə edə bilməmişik”, -məktubda belə deyilir
 
Göründüyü kimi, bu artıq “tüstü” yox, illərdir ki, Abşeron və Sumqayıt sakinlərini yaxıb-yandıran  nəhəng zil qara “tüstülü” ocaqdan  həmin sakinlərin ah-nalə “küləyi”nin qoparıb göylərə, hamının gözü qarşısına qaldırdığı iri bir odlu “kösöv”dür. Artıq bunun varlığını danmaq göydə günəşi danmaq kimi bir şeydir. Özü də Sumqayıt İcra Hakimiyyətinin borclarını, fəhlələrin pullarını ödəməməsi haqda bu, yeganə fakt deyil...
Zakir Fərəcovun 25 ildən çoxdur Abşeron rayonu  və Sumqayıt şəhərində çatdığı nəhəng ocaqdan qalxan “tüstü”lərdən bir qismini dəyərli oxucularımıza “göstərməyə”  çalışacağıq:
 
Öncə dediyimiz kimi, Zakir Fərəcovun “ocağı”ndan qara “tüstü”lər 1999-cu ildən qalxmağa başlanır. 
 
Bir çox mətbu orqanlarının materiallarında qeyd edilir ki, “bu şəxs bələdiyyə sədri olarkən Sumqayıtda qanunsuz yolla satılmış torpaqların mübahisəsi hələ də bitməyib”.
 
“Qəhrəmanımız”ın 2005-2015-ci illərdə Abşeron Rayon İcra Hakimiyyəti başçısı kimi işlədiyi dövr də qara “tüstü”lərdən çox qalın qurum bağlayıb...
 
Bu dövrdə daha çox hallanan “iri və xırda oyektlərin sahiblərinin hər ay müxtəlif tədbirlər adı ilə icra hakimiyyətinə çağırılaraq onlardan obyektlərin ölçüsündən asılı olaraq icra başçısının “ehtiyat fonduna”  müxtəlif məbləğdə pulların ödənilməsindən” ibarət olub. “Etiraz edən və ya “yoxdur” deyən obyekt sahibi gəlir yerini bağlamalı, icra başçısının istəyini yerinə yetirənə qədər fəaliyyət göstərməməli idi”. Başçını “çox əsəbləşdirənlər isə daha ağır cəzaya məruz qalırdılar”...
 
Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamına əsasən ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuş Zakir Fərəcov haqda  fəaliyyətə başladığı ilk dövrlərdən narazılıqlar,  şikayətlər başlanıb...
 
Onun bu şəhərdə işlədiyi ilk illər daha çox “sahibkarlara qarşı təşkil etdiyi  "səlib yürüş”ləri ilə yadda qalıb.
 
Z.Fərəcovun sərrast “atıcılıq” hədəfindən hətta Qarabağ savaşlarının veteranları, keçmiş döyüşçülər, qazilər də yayına bilməyib...
 
2018-ci ildə  Sumqayıtda Qarabağ Qaziləri ilə bağlı yaranmış problem haqda məlumat verən tanınmış publisist-yazar, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu belə yazır: “Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcov 3 dekabr beynəlxalq Əlillər günündə 15 nəfər Qarabağ əlilinin çörəyini kəsdi! Pul adamın gözünü elə tutub ki, ağsaqqal, qarasaqqal da eşitmir! Bu gün özlərinin təklif etdiyi 33 saylı marşrut xəttindən Qarabağ əlillərinin avtobuslarını çıxarıbdır!..”
 
Bir sözlə, Zakir Fərəcovun Sumqayıtdan qalxan qara “tüstü”lərini sadaladıqca adam “boğulmaq” həddinə çatır... 
 
Ölkənin üçüncü böyük şəhərinin icra başçısının adı hallanan bir çox kriminal olaylar da “tüstülənməkdədir”.
 
Xırdalan şəhərinin 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi olmuş Bayram Şərifovun intiharı,  8 iyun 2015-ci ildə Saray bələdiyyəsinin sədri Vəsilə Əbdülhəsənova və həyat yoldaşı Vəfadar Əbdülhəsənov qətlə yetirilməsi,  izin itirilməsi üçün evin yandırılması və s. və i.a.
 
İndi baxaq görək, azı 10 ilə yaxın müddətdə sadalanan və sadalanmayan media məlumatları ilə bağlı Zakir Fərəcov məhkəməyə-filana müraciət edib, yoxsa yox... 
 
Yalnız bir dəfə Z.Fərəcov tərəfindən Realliq.info - nun baş redaktoru Realliq.info saytının baş redaktoru İkram Rəhimova qarşı məhkəmə iddiası qaldırılıb, lakin sonda o, apellyasiya şikayəti verən jurnalistə məhkəmədə məğlub olub.
 
Amma özü dəfələrlə məhkəməyə verilib... 
 
2020-ci ildə bir qrup sahibkar Sumqayıtın icra başçısı Zakir Fərəcovu məhkəməyə verib. 400 nəfərdən çox fəhlə də iddiaçı qismində onlara qoşulub.
 
2023-cü ilin avqustunda  "Paşa Bank" Açiq Səhmdar Cəmiyyəti (ASC) Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Fərəcov Zakir Fərəc oğlunu məhkəməyə verib. 
 
Buna səbəb Zakir Fərəcovun birbaşa tabeçiliyində olan "Sumqayıt Nəqliyyat-1" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) və Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində "Sumqayıt Nəqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) banka külli miqdarda kredit borcunun olmasıdır.
 
Hələ oğlu, bacısı oğlu və s. qohumlarının müxtəlif cinayətlərlə bağlı məhkəmələrə verilməsini demirik.
 
Bir sözlə, sadaladıqlarımızdan belə nəticəyə gəlinir ki, Zakir Fərəcovun son olaraq Sumqayıtda çatdığı qara “ocaq” tezliklə söndürülməsə, onun qığılcım və “kösöv”ləri Bakını və bütün Abşeron yarımadasını da yaxıb-yandıracaq...
 
Sonda bir daha bir qrup iş adamının  Zakir Fərəcov haqda şikayətinə qayıdaq:
“Əldə etdiyimiz sübutlara və dəqiq məlumatlara görə, icra başçısı daha bir saxtakarlığa imza atıb. Yəni həyata keçirdiyimiz işlərin başa çatdırıldığı ərəfədə ŞİH başçısının göstərişi əsasında gördüyümüz işlərin hamısı başqa müəsissələrin adlarına sənədləşdirilir. Əslində, gördüyümüz işlərə görə ayrılan pullar mənimsənilib və bağışlanması mümkünsüz hesab olunan cinayət hadisəsi baş verib. Hətta neçə ildir ki, borcu ödəməmək üçün üstümüzə başçı tərəfindən emissarlar da göndərilir. Bəzən həmin şəxslərlə danışıqlarımızın mövzusu başçı tərəfindən ifadə olunan hədələrdən ibarət olur. Bəzən də, onlar bizə bir qədər də gözləməyimizi məsləhət görürlər. 
 
İcra hakimiyyətindən alacağımız pullar yüzlərlə fəhlənin alın təridir, iş adamlarının əzab-əziyyətlə ərsəyə gətirdikləri və satdıqları tikinti materiallarının qarşılığıdır. Borclu olduğumuz iş adamları da borc içində batırlar. Bu qədər insanı belə zillətə salmağa nə ad vermək olar? İndiyə kimi çoxsaylı şikayətlərimizi yazmışıq, heç bir əhəmiyyəti və nəticəsi olmayıb”, - deyə müraciətdə vurğulanıb.
 
“İş adamları onu da qeyd edirlər ki, Zakir Fərəcov çoxsaylı şikayətlərdən sonra borclu olduğu iş adamlarını otağına dəvət edib və 50.000 manat verərək onları həbs etdirəcəyi ilə hədələyib. 
 
Sahibkarların sözlərinə görə, həmin görüşdə başçı iş adamlarına belə deyib: “Siz Prezident Administrasiyasına şikayətlər yazırsınız, sizin şikayətləri mənə göndərirlər, mən də ərizələrinizi ayaqyolunda istifadə edib atıram”.
 
Bu fakt doğrudursa, artıq hədsiz harınlamaq əlamətidir...
 
Məlum olur ki, sahibkarları “yandıran”  “ocağ”ın “fitil”ini çəkən əsas fiqurlarından biri Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, eyni zamanda Sumqayıt Dövlət Universitetində baş müəllimi olan Gündüz Əliyevdir.
 
Redaksiyamıza daxil olmuş şikayətdə deyilir:
 
“Gündüz Əliyevin qanunsuz əməlləri ilə bağlı onu da qeyd edək ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı artıq yekunlaşıb. İstintaqla qeyd olunan tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olub tanışları Elxan Əsədovun köməkliyilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib. İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib. Cinayət işi hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.
 
Bütün bunlara rəğmən, Gündüz Əliyev hələ də vəzifələrinin başındadır və qeyd etdiyimiz kimi, Sumqayıt Dövlət Universitetində baş müəllim kimi də çalışır. Bizə maraqlıdır, görəsən universitetdə nədən dərs deyir, korrupsiyadan?!”
Haqlı sualdır. Görəsən, Gündüz Əliyev müəllim(!) tabeçiliyində  olduğu  Zakir Fərəcovla birgə bu qədər olaylardan, şikayət və narazılıqlardan dərs çıxardacaqlarmı? Çətin ki... Bu dərsi onlara yalnız son onilliklərdə korrupsiyaya qarşı ciddi mübarizə aparan Prezident İlham Əliyev olmaqla Azərbaycan dövləti verəcək və onları eyforiyadan və letargiya yuxusundan ayıldacaq...  Onların cinayət əməllərindən şikayət edənlər kimi biz də buna əminik...
 
Moderator.az
 
 
 
Oxşar xəbərlər
12:10, Bu gün
Nəsillərinin 52-ci aviasiya işçisi: “Özümü evdən çox təyyarədə rahat hiss edirəm”
12:02, Bu gün
Tanınmış aktrisanı atası zorla evləndirmək istədi, o isə başqasına qoşulub qaçdı - “Ailəmdən imtina etdim” - FOTO
11:58, Bu gün
İlham Əliyev Qazaxıstanın Astana şəhərində səfərdədir
11:55, Bu gün
ADU və Üsküdar Universiteti arasında əməkdaşlıq genişləndirilir - FOTO
11:50, Bu gün
Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcək - FOTO
11:45, Bu gün
"Hazırda Rusiyada yaşayanlar ya qorxub susanlar, ya da rejimin gerçək qullarıdır" - Aleksandr Nevzorov
11:40, Bu gün
Rəsulzadənin nəvəsi parlament seçkilərinə qatılır?
11:40, Bu gün
Merih Demiral Avstriya ilə oyunda iki rekorda imza atdı
11:35, Bu gün
Ali Məhkəmənin adı ilə dələduzluqda şübhəli bilinən şəxslərə cinayət işi açılıb
11:30, Bu gün
BMT Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini dəstəkləməkdə davam edəcək
11:26, Bu gün
“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 38 %-dən çox artıb
11:22, Bu gün
Gürcüstan futbolçuları ölkə prezidenti tərəfindən "Şərəf" ordeni ilə təltif olunublar
11:18, Bu gün
İlham Əliyev Lukaşenkonu təbrik etdi
11:15, Bu gün
"BTS"in üzvü məşəl daşıyacaq
11:15, Bu gün
YAP İdarə Heyətinin iclası başladı: Yeni meyarlar müəyyənləşəcək – Üç dəfə deputat olanlar...
11:10, Bu gün
Qərar qüvvəyə mindi - narazı çox, razılar isə...
11:05, Bu gün
Qazaxıstan Bakıda keçiriləcək COP29-da bütün rolunu oynayacaq - BMT-nin baş katibi
10:58, Bu gün
Ədliyyə Nazirliyində YENİ TƏYİNATLAR
10:55, Bu gün
Kolumbiya millisi məğlubiyyətsizlik seriyasını 26 oyuna çatdırıb
10:50, Bu gün
BDU-da Türkiyənin Ankara Sosial Elmlər Universitetinin nümayəndələri ilə görüş
10:47, Bu gün
Geni dəyişdirilmiş daha bir qidaya icazə verildi
10:45, Bu gün
Dədə Qorqudlu dünyamız...
10:43, Bu gün
Qonşu Respublikada  niqab qadağan olundu
10:40, Bu gün
Nazirə yeni müşavir təyin edildi
10:36, Bu gün
“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 38 %-dən çox artıb
10:32, Bu gün
Nazir Cəmil Kamillini rəis təyin etdi
10:24, Bu gün
Baş nazirdən taksi sürücüsü olmaq istəyənlər barədə QƏRAR 
10:23, Bu gün
“Yükdaşıma qaydalarını pozan sürücülər 40 manat cərimə oluna bilərlər”-ARAŞDIRMA+ÖZƏL
10:18, Bu gün
"Pulları Cəsarət Valehovun tapşırığı ilə almışam" - Rahil Nəcəfovun cinayət işi (FOTO)
10:09, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ: Saat 10-dan...
10:07, Bu gün
“Köhnə deputatlardan neçə faizi yerində qalacaq?..”- Analitik şərh edir...
10:06, Bu gün
DİQQƏTLİ OLUN! Bu əlamətlər varsa TELEFONUNUZ İZLƏNİLİR
09:59, Bu gün
Mənzil bazarında kəskin bahalaşma-100 000 manata köhnə tikililər indi... VİDEO
09:57, Bu gün
Hotel binalarında fantastik qiymətə mənzil alanların sayı artıb
09:49, Bu gün
Südlü çay içmək ziyandır?
09:38, Bu gün
Azərbaycan neftinin qiyməti 91 dollara yaxınlaşır
09:33, Bu gün
Dəmiryol nəqliyyatında DƏYİŞİKLİK 
09:31, Bu gün
Əli Əsədov qərar imzaladı
09:29, Bu gün
Rəqabət Məcəlləsi qüvvəyə mindi - sonra?..
09:29, Bu gün
ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev bəyanatla çıxış edib
09:21, Bu gün
Gedişhaqqı ilə bağlı təklif: günlük 1,5 manat olsun
09:16, Bu gün
Dondurulmuş meyvələr nə üçün daha xeyirlidir?
09:08, Bu gün
"BakıKart"dan istifadə edənlərə XƏBƏRDARLIQ
09:00, Bu gün
Qarpızın yaxşısını süni intellektin köməyi ilə seçdi: maraqlı GÖRÜNTÜLƏR
08:44, Bu gün
Nazirlik "Norm"u məhkəməyə verdi
08:42, Bu gün
Azərbaycan mobil internetə qoşulma üzrə Gürcüstan hətta viran qoyulmuş Ukraynadan da geridədir... 
08:28, Bu gün
Avtobus dayanacaqlarındakı lövhələr sakinlərdə çaşqınlıq yaradır - VİDEO
08:17, Bu gün
"Oskar"lı rejissor vəfat etdi
08:10, Bu gün
İyulda bürclər üçün ən xoşbəxt gün hansı olacaq? - PROQNOZ
08:00, Bu gün
Paltar yuyulanda niyə duz tökülür? – Evdar qadınların çoxu bilmir
07:55, Bu gün
Bu gün hava necə olacaq? - PROQNOZ
07:44, Bu gün
Ərdoğan: Türkiyə münasibətləri normallaşdırmaq üçün Suriya ilə dialoqa hazırdır
07:32, Bu gün
Beyləqanda yol qəzasında iki nəfər ölüb, beş nəfər xəsarət alıb
07:21, Bu gün
Şəhəri bir-birinə qatan xanım sürücü: "Day-dayım var"
07:11, Bu gün
"Ukrayna Afrika və Suriyada da Rusiyaya qarşı döyüşür..."- "The Hill”-VİDEO
07:11, Bu gün
Məktəblər noyabrda 1 aylıq tətil edəcək? - AÇIQLAMA
07:00, Bu gün
Ağ saçdan qurtulmaq istəyənlərin diqqətinə: pomidor...
06:51, Bu gün
Fişəng şouları təşkil edənlərin NƏZƏRİNƏ: cərimələnə bilərsiniz - VİDEO
06:50, Bu gün
Tramp prezident olsa, Ukraynanın bir hissəsini Putinə təhvil verəcək...-"POLİTİCO"
06:42, Bu gün
Səni niyə sevirlər? - Psixoloji TEST
06:36, Bu gün
Valideynlər narkomaniyaya düçar olan övladını NECƏ TANISIN?-VİDEO
06:27, Bu gün
Ərdoğan Türkiyə millisini BELƏ TƏBRİK ETDİ
06:19, Bu gün
“Telegram”-da problemlər yarandı
00:54, Bu gün
AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - YENİLƏNİB - 6
00:11, Bu gün
Bakıda güclü yanğın: Bir-birinə bitişik obyektlər külə döndülər
02 Jul 2024 | 23:59
Gəmiqayırma zavodunda YANĞIN
02 Jul 2024 | 23:55
Azərbaycanlı güləşçi Avropa üçüncüsü oldu
02 Jul 2024 | 23:44
ABŞ-ın ən yaşlı sakini uzunömürlülüyün sirlərini açıqladı
02 Jul 2024 | 23:17
AVRO-2024: Türkiyə Avstriya qarşısında 1-ci dəqiqədə hesabı açıb - YENİLƏNİB
02 Jul 2024 | 22:50
Ronaldo şansını qaçıran oyunçuların siyahısına başçılıq edir
02 Jul 2024 | 22:35
Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra ÖLDÜ
02 Jul 2024 | 22:33
Niderland Rumıniyanı məğlub edərək ¼ final mərhələsinə çıxdı
02 Jul 2024 | 22:32
Salyanda yol qəzası olub, bir ailənin dörd üzvü xəsarət alıb
02 Jul 2024 | 22:31
Almaniyanın xarici işlər naziri öz partiyasının qadağasını pozdu
02 Jul 2024 | 21:46
"Azərbaycan polisi peşəkarlığına görə Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir"
02 Jul 2024 | 21:42
Zelenskinin ofisi: Ukrayna Orbanın atəşkəs təklifini qəbul etməyib
02 Jul 2024 | 21:35
"İsrail "Hizbullah" ilə müharibəyə başlaya bilər, dəqiq tarix müəyyən edilib" - "Bild"
02 Jul 2024 | 21:32
Rusiyaya nüvə zərbəsi endirməyə çağıran senator Ermənistana gedir
02 Jul 2024 | 21:31
Argentina prezidenti braziliyalı həmkarını təhqir etdi
02 Jul 2024 | 21:20
Tibb Universitetinin professoru VƏFAT ETDİ
02 Jul 2024 | 21:14
“Bundan sonrakı hədəflərimizə tanklarlmızla deyil, nüfuzumuzla nail olacağıq”
02 Jul 2024 | 21:13
Qadını 40 yaşdan sonra qoca göstərən rənglər açıqlandı - Onlardan imtina edin
02 Jul 2024 | 20:46
Çimərlik ərazisinə girib yük maşınlarını dənizdə sürdülər - VİDEO
02 Jul 2024 | 20:43
Füzuli və Xocavəndə mediatur: Böyük layihələr necə icra olunur?
02 Jul 2024 | 20:39
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
02 Jul 2024 | 20:36
Təyyarədə internetdən istifadə edənlərə XƏBƏRDARLIQ
02 Jul 2024 | 20:26
Hər gün bir ovuc zirinc yeyənlərin orqanizmində görün nələr baş verir?
02 Jul 2024 | 20:15
“Zəngilan” tankerinin ölkə üçün ƏHƏMİYYƏTİ- EKSPERT AÇIQLADI
02 Jul 2024 | 20:06
"ABŞ Ukraynanın gələcəyini necə görür?" - Blinken
02 Jul 2024 | 20:05
Sadəcə şokolad yeməklə necə arıqlamaq olar?
02 Jul 2024 | 19:55
Nəvələrə baxan nənə və babalara pul veriləcək
02 Jul 2024 | 19:50
“Şərur MTK” binasında lift “terroru”nun qurbanları danışdı – Şərurlu İsfəndiyara ŞOK ittihamlar
02 Jul 2024 | 19:41
Evlilik seçimini necə etməli? - Qeyri-adi nəzəriyyə
02 Jul 2024 | 19:25
Qarabağ Universitetində prorektor olmaq istəyənlərin NƏZƏRİNƏ
02 Jul 2024 | 19:18
Bakı funikulyorunda da gediş haqqı artıb? - Rəsmi AÇIQLAMA
02 Jul 2024 | 19:13
53 yaşlı kişi özünü öldürdü
02 Jul 2024 | 19:05
Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq
02 Jul 2024 | 18:53
Xorvatiya millisinin sabiq futbolçusu yığmanın baş məşqçisi təyin olunub
02 Jul 2024 | 18:45
Göbələklər insanlığın sonunu gətirəcək
02 Jul 2024 | 18:32
İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?
GÜNLÜK
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
02 Jul 2024 | 14:15
İyul ayında bu bürclər sevincdən göylərə uçacaq - Evlilik, toy, sevgi...
02 Jul 2024 | 15:37
Azərbaycanlı model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi - VİDEO
02 Jul 2024 | 16:31
“Bakılının deputatı bakılı, gəncəlininki gəncəli, şamaxılınınkı şamaxılı, qarabağlınınkı qarabağlı və s. olmalıdır...”
02 Jul 2024 | 13:10
Azərbaycanda 15 yaşlı oğlan bıçaqla dəhşət saçdı: İki yaralı var - VİDEO
02 Jul 2024 | 14:04
Tanınmış aparıcı ərini döyüb? - “Bir də gördüm divara dəyib, yerə yapışdı...”
02 Jul 2024 | 15:10
Azərbaycanda bu bank əmanət faizlərini azaltdı
02 Jul 2024 | 18:32
İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?
02 Jul 2024 | 12:20
Yuliya Navalnaya “Human Rights” İnsan Haqları Fonduna rəhbər seçildi...-Kasparovun yerinə...
HƏFTƏLİK
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
28 Jun 2024 | 07:44
İyul bu bürclərə elə bir sarsıntı verəcək ki, onlar yalnız sentyabrda sağalacaqlar- Qız, Şir, Əkizlər...
29 Jun 2024 | 10:16
“Yaşadığıma görə xəcalət çəkirəm” - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
26 Jun 2024 | 15:33
İyulun 1-dən bu şüşəli eyvanlara QADAĞA QOYULACAQ
26 Jun 2024 | 13:55
“Ermənistanın guya Azərbaycana hücuma hazırlaşması haqda deyilənlər absurddur...”- General-mayor
27 Jun 2024 | 20:50
İyulun 1-dən etibarən-Yayda qış havası... 
30 Jun 2024 | 11:36
Zəng edib insanları aldadırlar: Yeni dələduzluq növü yayılıb - XƏBƏRDARLIQ
30 Jun 2024 | 07:40
Bakıda əmək haqqı 40 manat artdı- orta aylıq əmək haqqı 1 282 manat...
AYLIQ
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
02 Jul 2024 | 14:15
İyul ayında bu bürclər sevincdən göylərə uçacaq - Evlilik, toy, sevgi...
02 Jul 2024 | 15:37
Azərbaycanlı model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi - VİDEO
02 Jul 2024 | 16:31
“Bakılının deputatı bakılı, gəncəlininki gəncəli, şamaxılınınkı şamaxılı, qarabağlınınkı qarabağlı və s. olmalıdır...”
02 Jul 2024 | 13:10
Azərbaycanda 15 yaşlı oğlan bıçaqla dəhşət saçdı: İki yaralı var - VİDEO
02 Jul 2024 | 14:04
Tanınmış aparıcı ərini döyüb? - “Bir də gördüm divara dəyib, yerə yapışdı...”
02 Jul 2024 | 15:10
Azərbaycanda bu bank əmanət faizlərini azaltdı
02 Jul 2024 | 18:32
İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?
02 Jul 2024 | 12:20
Yuliya Navalnaya “Human Rights” İnsan Haqları Fonduna rəhbər seçildi...-Kasparovun yerinə...