Nigeriyada toy, yas və xəstəxanada terror: Onlarla ölü və yaralı var
Dünya
2201
30 Jun 2024 | 13:03

Nigeriyada toy, yas və xəstəxanada terror: Onlarla ölü və yaralı var

Nigeriyanın şimal-şərqində, Borno əyalətində bir neçə partlayış baş verib.
 
İlkin məlumatlara görə, buna səbəb kamikadzelər olub.
 
Qvoza şəhərində terrorçuların toya, dəfn mərasiminə və xəstəxanaya hücum etdikləri bildirilir.
 
Hücumlar nəticəsində azı 18 nəfər ölüb, 30 nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
 
Hazırda heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər