Türkiyə MN:
1611
27 Jun 2024 | 20:14

Türkiyə MN: "III Dünya Müharibəsi də daxil olmaqla istənilən ssenariyə hazırıq"

Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, Türkiyə Silahlı Qüvvələri III Dünya Müharibəsi də daxil olmaqla istənilən ssenariyə hazırdır. 
 
Bu barədə "TRT Haber” telekanalı məlumat yayıb.
 
Qeyd olunur ki, Türkiyə silahlı qüvvələri təhlükəsizlik təhdidlərinin qiymətləndirilməsinə uyğun olaraq mütəmadi olaraq taktika və planlarını yeniləyir.
 
"Ordumuz planlarını, maddi-texniki təminatını yoxlayıb, həmçinin dünyanın bir çox yerlərində sülhməramlı fəaliyyətlə məşğuldur. Heç kim, xüsusən də Türkiyə III Dünya müharibəsi kimi qaranlıq mənzərəni istəmir, lakin ordumuzun istənilən ssenariyə hazır olduğunu vurğulamaq lazımdır", deyə Türkiyə MN-dəki mənbə bildirib.(Qaynarinfo)
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər