"Alatava"nın "Emka"sı: "Qətiyyən özümü kişi kimi hiss etmirəm" - MÜSAHİBƏ + FOTO
Mədəniyyət
Oxunub: 1649
27 Jun 2024 | 16:33
"Emka" kişi obrazını üzə çıxarmadı. Qadındır, sadəcə, fərqli xarakterə sahibdir. Buna kişi, qardaş və "qaqaş" demək düzgün çıxmır. Mən özüm də həyatda bu cür kateqoriyadan olan qadınlara aidəm".
 
Moderator.az bildirir ki, bunu Oxu.Az-a müsahibəsində son dövrlərin populyar seriallarından birinə çevrilmiş "Alatava"da "Emka" rolunun ifaçısı, aktrisa Rumiyyə Ağayeva deyib. Onunla müsahibəni təqdim edirik:
 
- Rumiyyə xanım, necəsiniz? Sizi tapmaq müşkül olub. İşləriniz necə gedir?
 
- Şükür Allaha, yaxşıyam. Düzdür, havalar isti keçir. Ona görə bir qədər tənbəllik məni basıb. Heç nə etmək istəmirəm. Demək olar ki, harasa getmirəm. Ancaq istirahət etməyə çalışıram. İşlərim də qaydasındadır. Teatr mövsümünü bağlayırıq. Yenisinə hazırlaşırıq.
 
- "Alatava" serialının finalı oldu. Təəssüratınızı bölüşərdiniz?

- Bəli, "Alatava" serialının, təəssüf ki, finalı oldu. İstərdim ki, ikinci, üçüncü, dördüncü, beşinci və s. mövsümləri olsun. Hər birinin də maraqlı olacağına əminəm. Amma hələ ki ikinci mövsüm haqqında xəbər yoxdur. Halbuki, hamı onu gözləyir. İkinci mövsüm də olmasa, inşallah, bundan da maraqlı işlər edərik. Yaradarıq.

Çox adam düşünürdü ki, serial xoşbəxt sonluqla bitəcək. Ancaq bu cür sonluqla bitməyi mənim xoşuma gəldi. Sonu tamaşaçının fantaziyasına qaldı. Kim hara getdi, necə oldu - hər şey sual altında qaldı. Tamaşaçı özü qərar verir.

- Necə oldu ki, seriala dəvət aldınız?

- Seriala dəvəti Əlixanın (Əlixan Rəcəbov - red.) özündən almışam. Halbuki, ssenari müəllifləri mənim qrup yoldaşım Emin Əfəndiyev və dostum, qardaşım, tələbə yoldaşım Taleh Yüzbəyovdur. Amma dəvəti Əlixandan aldım. Bildim ki, bu iş maraqlı olacaq.

- Rolunuz səs-səda doğurdu. Çoxları tərəfindən bəyənildi.

- Həqiqətən, bu rol çoxları tərəfindən bəyənildi. Mən sevinirəm ki, obraz qəbul olundu, sevildi. Tənqid olunmadı. Çox adam deyir ki, "Emka"nın zibilinə uşaqlar keçdilər. Amma "Emka" onu düşünmürdü.

- Oynadığınız rol ürəyinizcə oldumu?

- Ürəyimcə oldu. Mən yenə də özümə çox tənqidi yanaşıram. Hər səhnəyə baxanda fikirləşirəm ki, bundan da yaxşı oynaya bilərdim, burada bunu başqa cür edə bilərdim. Heç vaxt öz işimdən tam razı qalmıram.

- Rolunuz sizə bir qədər çətinmi gəldi, yoxsa tam əksi?

- Xeyr, obraz olaraq çətin deyildi. Çəkiliş zamanı çətinliklər var idi. O da isti olduğu üçün idi. Məkanlarımız uzaq yerlərdə idi. Büdcəmiz də az idi. O cür sıxıntılarımız olurdu. Obraza aid çətinliklərim olmayıb.

- Bir çox filmlərdə rol almısınız. Özünəməxsusluğunuzla hər zaman seçilmisiniz.

- Mən həyatda da seçilirəm. Amma istəyərdim ki, arada başqa obrazlar da canlandırım. Çünki tamaşaçıda, sənət aləmində belə bir fikir yaranıb ki, Rumiyyə ancaq bir tip obrazları oynaya bilir. Halbuki, bizim teatrımıza gəlsələr, məni səhnədə izləsələr, görəcəklər ki, çox şeyə qadirəm. Tək vurub-yıxan obrazları bacarmıram. Başqa istedadlarım da var.

- "Alatava"dakı rol ən çox sevilən hesab oluna bilərmi?

- Mənə elə gəlir ki, obrazların hamısı çox rəngarəngdir. Dördümüz də sevilmişik. Hər obraz özünə görə sevilib. "Emka" obrazını deyə bilmərəm ki, sırf o bəyənilib. Hamı sevilib. Mən belə düşünürəm. Bütün aktyorlar öz obrazlarını gözəl oynayıblar. İşlərini yerinə yetiriblər.

- Yaradıcılığınızda bəyənmədiyiniz rollar olub?

- Bəyənmədiyim rollar yoxdur. Mənə verilən işi sevərək, ürəkdən yerinə yetirirəm. Yaşayıram və oynayıram. Konkret belə bir rol yoxdur.

- Məcbur qalıb oynadığınız rollar var?

- Məcbur qalıb oynadığım rol yox, səhnələr olub. Bir səhnə var idi ki, obrazım qəbir qazıb, "bacısı"nı diri-diri basdırır. O səhnənin əleyhinə idim. Ssenarist və rejissorlara dedim ki, çəkilməyəcəyəm, çünki mənim obrazım pozitiv obrazdır. Öyrədən obrazdır. Birdən-birə bacısını basdırır. Üsyan etdim. Sonra bəzi aktyorlarla söhbətdən sonra sakitləşdim. Belə bir söz eşitdim ki, aktyor hər bir verilən tapşırığı yerinə yetirməlidir, xoşuna gəldi-gəlmədi. Bu işin içindəyəmsə, ən yüksək səviyyədə yerinə yetirməliyəm. Həqiqətən də, ürəyim istəməsə belə, səhnə çox gözəl alındı. Mən onu elə oynadım ki, obraz elə bil özündə deyildi, affekt vəziyyətində hərəkət edirdi. Yenə də o obrazı sıxışdırmadım. Onu elə oynadım ki, tamaşaçıların da çox xoşuna gəldi, özümün də. Belə səhnələr olur, istəmirəm. Amma seçim məndə olmur. Bu işə qol çəkmişəmsə, təklif edə bilərəm. İmtina edə bilmərəm.

- Bəs xarakterinizə zidd olan hansı rollarınız var?

- Konkret öz xarakterimə zidd olan feminist obrazında məni çox vaxt görürlər. Əslində, qətiyyən feminist deyiləm. Əlixanın "Karantinvari boşanma" filmində feminist kimi rol aldım. Çox əla qısametrajlı filmdir. Gülməli idi. Çox xoşuma gəldi. Xarakterimə gələndə mən feminist deyiləm, yəni obrazım xasiyyətimə zidd idi. Heç vaxt kişi və qadını ayırmıram.

- "Emka" obrazı ilə kişi xarakterinin üzə çıxarıldığını deyirlər. Münasibətiniz necədir?

- Bu barədə dəfələrlə demişəm ki, "Emka" kişi obrazını üzə çıxarmadı. Hər qadında bir xüsusiyyət var. Elə qadın var ki, yalnız öz xeyrini fikirləşir. Elə qadın var ki, sevgisinə görə həyatını məhv edir. Eləsi var ki, qısqanclığa görə adam öldürə bilər. "Emka" da bu cür xarakterdir. Buna kişi, qardaş, "qaqaş" demək düzgün çıxmır. Mən özüm də həyatda bu cür kateqoriyadan olan qadınlara aidəm.

Qətiyyən özümü kişi kimi hiss etmirəm. Heç vaxt da hiss etməmişəm. Sadəcə, xarakterimdə bu cür xüsusiyyətlər var. Mən elə kişi tanıyıram ki, onda bu xüsusiyyətlər yoxdur. Onda o qadın sayılır? Mən bu ifadəni heç vaxt eşitməmişəm. Hər bir insanın müxtəlif xarakter xüsusiyyətləri var. Kişiyə və qadına bağlamaq mənasızdır.

- "Alatava"da bəzi səhnələr tənqidlərə məruz qaldı.

- Bəli, tərif olan yerdə tənqid də olur. Daha çox tənqidə məruz qaldıq. Lakin yenilik gətirdik. Bunu da öz üzərimizə götürməliydik. Buna hazır idik. Bizdən qabaq televiziyada bu cür addım atan olmayıb. Kimsə bunu etməli idi. Bizdən sonrakılar az tənqid olunacaqlar. Çünki ilk biz olduq.

- Rus Dram Teatrının aktrisasısınız. Sizə görə, teatr yoxsa, film sahəsi daha ön plandadır?

- Fərqləri var, əlbəttə. Bunları müqayisə edəndə, açığı, mən çətinlik çəkirəm. Mənim üçün fərqli sahələrdir. Teatr və kino başqa-başqa anlayışlardır.

Bir neçə il bundan öncə mən əminliklə deyə bilərdim ki, film sahəsi daha ön plandadır. Hazırda görürəm ki, teatr da dirçəlib, inkişaf edib. Teatra maraq artıb. Şəxsən mənim üçün ikisi də ön plandadır. Seçə bilmirəm. Uşaq necə ki anası və atasını seçə bilmirsə, bu da belədir. İkisi də ön plandadır.

Oxşar xəbərlər
17:01, Bu gün
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
16:56, Bu gün
Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş
16:50, Bu gün
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət veriləcək
16:44, Bu gün
2024-cü ilin Nobel Sülh Mükafatına kimlər təqdim edilib?
16:38, Bu gün
Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR - FOTOLAR
16:33, Bu gün
Cəbrayılda 29 şəxsin məşğulluğu təmin olunub
16:28, Bu gün
Ağadadaş Ağayev Azərbaycanı tərk edib? - VİDEO
16:22, Bu gün
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
16:16, Bu gün
Məktəblərdə yığılan pullar kimin cibinə axır?
16:10, Bu gün
Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi Bakı Təşəbbüs Qrupuna təşəkkür edib - BƏYANAT
16:04, Bu gün
Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi
15:58, Bu gün
Şahin Bayramov: "Xankəndiyə ən böyük köç Qarabağ Universiteti tələbələrinin simasında reallaşıb" - FOTO
15:52, Bu gün
Azərbaycanlı aktrisa "Mükəmməl bəy" axtarır
15:46, Bu gün
Kəlbəcərdən Cəbrayıladək döyüşən Vətən Müharibəsi Qəhrəmanı
15:40, Bu gün
Repertuarı köhnələn İrəvan - sülh, KTMT şoularına baxan azalır - TƏHLİL + FOTO
15:34, Bu gün
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı
15:28, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi çəçivəsində regional əməkdaşlığın rolundan danışılıb
15:22, Bu gün
Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalandı – FOTO
15:16, Bu gün
Balaəlinin muğam oxumasına xalq artistindən sərt reaksiya - VİDEO
15:10, Bu gün
Regional sülhə qarşı Qalstanyan PLANI – Üsyan, terror, hakimiyyət çevrilişi
15:04, Bu gün
ABŞ-ın sabiq prezidenti Cimmi Karterin 100 yaşı tamam oldu
14:58, Bu gün
Prezident: "Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür"
14:54, Bu gün
Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər - YENİLƏNİB
14:48, Bu gün
Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər
14:44, Bu gün
Xəbər qeybə çəkilmiş dənizdən gəldi - Yerin tarixi yenidən yazılacaq
14:39, Bu gün
Davranış qaydalarını pozan müəllim işdən çıxarıldı, direktora töhmət verildi
14:34, Bu gün
“Qarabağ”ın qapısına 2 qol vuran futbolçu: “Fantastik qələbə qazandıq”
14:29, Bu gün
Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO/VİDEO
14:24, Bu gün
Azərbaycanlı sənətçi itkin düşdü
14:18, Bu gün
Əhaliyə at əti satanlar tutuldu - FOTO
14:12, Bu gün
Sentyabrda qlobal ərzaq qiymətləri kəskin artıb
14:06, Bu gün
Radiatorların təmizlənməsinin üç üsulu açıqlandı: Ekspertdən vacib tövsiyə - FOTO
14:00, Bu gün
Bu tarixdə geomaqnit qasırğası baş verəcək
13:54, Bu gün
Azərbaycan Prezidenti: "Ermənistan təhlükəli oyunlara qoşulub"
13:48, Bu gün
"Sülh müqaviləsi Ermənistanı xarici qüvvələrin diktəsindən çıxartmağın yeganə yoludur" – Günay Ağamalı
13:43, Bu gün
Cəbrayıl yeni dirçəliş yollarında
13:38, Bu gün
"Nədən İsrailə hava hücumlarını dəf etməkdə kömək göstərilir, amma Ukraynaya göstərilmir?" - Pentaqon
13:33, Bu gün
İlham Əliyev Amerikanın anti-Azərbaycan addımlarından DANIŞDI
13:28, Bu gün
"Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır" - Dövlət başçısı
13:24, Bu gün
"Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər"
13:19, Bu gün
İlham Əliyev: "Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi"
13:15, Bu gün
Sabah bölgələrdə yağış yağacaq, dolu düşəcək - PROQNOZ
13:05, Bu gün
Bakıda "iPhone 16"ya görə növbəyə durdular - Gecə mağazaya axışdı - FOTOLAR
12:59, Bu gün
Ən yaxşı gəlinlərin doğulduğu BÜRCLƏR
12:55, Bu gün
Hikmət Hacıyev Gəncə terroru ilə bağlı paylaşım etdi
12:51, Bu gün
Müğənnilər TƏSDİQLƏDİ: Bakıda toylar qadağan olunur
12:47, Bu gün
Gədəbəy sakini atdan yıxılaraq ölüb
12:43, Bu gün
Xalq artisti qolunu sındırdı - FOTO
12:39, Bu gün
Məleykə Əsədova tanınmaz dərəcədə dəyişildi: Xalq artistinə nə olub? - FOTOLAR
12:34, Bu gün
Boliviyanın keçmiş lideri ilə bağlı qalmaqal: İnsan alveri və 15 yaşlı qıza təcavüzdə ittiham olunur
12:29, Bu gün
Həsən Nəsrullahın dəfn mərasimi ciddi şəkildə məxfi saxlanılır
12:25, Bu gün
Bakıda qaydaları pozan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:20, Bu gün
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
12:15, Bu gün
"Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" - Zahid Oruc
12:10, Bu gün
Bir qrup tələbənin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil edilib - FOTO/VİDEO
12:04, Bu gün
Azərbaycanda evlərin qapısı bağlanmayan, içki içilməyən və satılmayan kənd - VİDEO
12:00, Bu gün
Əzab-əziyyətlə qazanılan pul əslində hara xərclənəndə daha faydalı olur?- EKSPERT AÇIQLADI 
11:58, Bu gün
“Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb” - Kamaləddin Qafarov
11:56, Bu gün
32 il Moskvanın göstərişi ilə Azərbaycanda ən yüksək vəzifələrdə qəddarlıq etdi və sonunda...
11:51, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
11:47, Bu gün
Dünya Təhsil Forumunun direktoru: 70 % gənc iqlim dəyişikliyini izah edə bilmir
11:37, Bu gün
Azərbaycan millisinin baş məşqçisi: "Emin Mahmudov keyfiyyətli futbolçudur"
11:30, Bu gün
Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gün - Gözünüz aydın, cəbrayıllılar!
11:23, Bu gün
Türkiyədə zəlzələ OLDU - Dağıntı və tələfat...
11:18, Bu gün
İlham Əliyev Cəbrayılda yaşayış kompleksinin açılışında
11:09, Bu gün
Serial sektorunda yeni mərhələ: “Əlvida xoşbəxtlik” və “Vətəndaş A” 
11:03, Bu gün
Nazir müavini: Azərbaycanda təhsil proqramlarında iqlim dəyişiklikləri bağlı mövzular əksini tapacaq
10:56, Bu gün
Bakıda arvadının başqası ilə intim yazışmasını görən kişi DƏHŞƏT SAÇDI
10:43, Bu gün
Ev təmizliyində edilən səhvlər - bilmədən çirkləndiririk
10:42, Bu gün
“ Bzejinski deyib ki, ABŞ İrana qarşı savaşa girsə, III Dünya müharibəsi başlaya bilər...” 
10:34, Bu gün
Yaşlı icra başçıları yola salınır: Yeni model belə olacaq
10:26, Bu gün
Pensiyalar bu yolla artacaq: Özəl fondlar üçün yeni meyarlar açıqlandı
10:18, Bu gün
Nazir müavini 500 manatlıq kitabı pulsuz apardı - Şahbaz Xuduoğlu
10:13, Bu gün
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
10:09, Bu gün
Kreditlə müqayisədə lizinq faizləri niyə yüksəkdir? – (Video)
09:58, Bu gün
Azərbaycanda halal turizmə ehtiyac var?
09:50, Bu gün
Rubl bahalaşdı - MƏZƏNNƏ
09:42, Bu gün
İşdən çıxarılanlar üçün qorxulu "yuxu": 70-ci maddənin "ç" bəndi nədir?
09:35, Bu gün
4 Oktyabr - Ümumdünya Heyvanların Mühafizəsi Günüdür
09:33, Bu gün
Azərbaycanda futbolçu xəstəxanalıq OLDU - FOTO
09:26, Bu gün
Paytaxtda yaşayış binalarında su çənlərinin təmizlənməsinə nəzarət edilir? - VİDEO
09:19, Bu gün
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir: 30 ay...
09:12, Bu gün
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür
09:11, Bu gün
Hər şeyi görüblər: Ukrayna ordusu tərk etdiyi Uqledarda rusları tələyə belə salıb
09:05, Bu gün
Rusiyada eyni vaxtda iki neft anbarı od tutub yandı...-FOTO
08:45, Bu gün
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
08:32, Bu gün
Tramp prezident seçkilərində qalib gələrsə, Ukraynanın taleyi necə olacaq?
08:23, Bu gün
Hər səhər bunu etsəniz, cavan qalacaqsınız
08:11, Bu gün
Sərnişin qatarı relsdən çıxdı
08:02, Bu gün
"İsrail İran üçün tələ hazırlayıb..." 
08:01, Bu gün
Sabah 7 500 abonent qazsız qalacaq
07:49, Bu gün
Uşaq evində böyüyən şəhidin onu atıb gedən anasına yazdığı məktub: "Sənin məndən heç xoşun gəlmədi"
07:23, Bu gün
İşğalçı orduda muzdla Ukraynaya qarşı döyüşən 14 uşaqlı yəhudi öldürüldü...-FOTO
03 Oct 2024 | 23:57
"Uqledarın işğalı Ukrayna üçün problem yaradır, rusiyalıların logistikasını yaxşılaşdırır" - "The New York Times"
03 Oct 2024 | 23:18
"Ayətüllah Xamenei daha heç kimə etibar etmir": Tehranda hazırda nələr baş verir?
03 Oct 2024 | 23:13
Son zamanlar çoxalan "online" "qumar" oyunlarının qarşısı necə alınmalıdır? - VİDEO
03 Oct 2024 | 23:05
"Putin getdikcə əbədi həyata mübtəla olur" - "The Atlantic"' nəşri
03 Oct 2024 | 23:00
Avropa Liqası: "Qarabağ" məğlub oldu - VİDEO - FOTOLAR
03 Oct 2024 | 22:50
Məşhur futbolçu həbs edildi: Görün mağazadan nə oğurlayıb
03 Oct 2024 | 22:43
ABŞ-da "Helen" qasırğası: ölənlərin sayı 200-ə çatdı
GÜNLÜK
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 21:38
Xuraman Muradova: "Sürgün  talehli..." - VİDEO
03 Oct 2024 | 18:51
“O, namuslu adamların kütləvi şəkildə həbs edilməsi barədə sərəncam  verirdi...”
03 Oct 2024 | 17:55
Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB
03 Oct 2024 | 18:31
Yeni dövr müharibəsinin əsgərləri: “Robot itlər”...
03 Oct 2024 | 19:28
Mağaradan tapılan qocanın yaşı eşidənləri şoka saldı- VİDEO
03 Oct 2024 | 17:44
Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edildi
03 Oct 2024 | 20:14
Paşinyanla Makron Bakıya qarşı silah planını işə salır - DETALLAR
03 Oct 2024 | 18:00
Bakıda atadan azyaşlı qızına qarşı İYRƏNC CİNAYƏT
03 Oct 2024 | 18:04
Vətənpərvərlik, yoxsa militarizasiya: Kremldən 500 milyonluq “şüur əməliyyatı”
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 21:38
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
AYLIQ
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 21:38
Xuraman Muradova: "Sürgün  talehli..." - VİDEO
03 Oct 2024 | 18:51
“O, namuslu adamların kütləvi şəkildə həbs edilməsi barədə sərəncam  verirdi...”
03 Oct 2024 | 17:55
Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB
03 Oct 2024 | 18:31
Yeni dövr müharibəsinin əsgərləri: “Robot itlər”...
03 Oct 2024 | 19:28
Mağaradan tapılan qocanın yaşı eşidənləri şoka saldı- VİDEO
03 Oct 2024 | 17:44
Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edildi
03 Oct 2024 | 20:14
Paşinyanla Makron Bakıya qarşı silah planını işə salır - DETALLAR
03 Oct 2024 | 18:00
Bakıda atadan azyaşlı qızına qarşı İYRƏNC CİNAYƏT
03 Oct 2024 | 18:04
Vətənpərvərlik, yoxsa militarizasiya: Kremldən 500 milyonluq “şüur əməliyyatı”