“Bu gün sinəsinə döyüb Heydər Əliyev üçün ləbbeyk deyənlərin bir çoxu o vaxt onun Naxçıvan Ali Məclisinə seçilməməsi üçün min oyundan çıxırdılar”
Xalq Arzusu Hərəkatının lideri,
vaxtilə AXC Naxçıvan Şöbəsinin rəhbəri olmuş, AXC iqtidarı devriləndən sonra 8
il məhbus həyatı yaşamış Asəf Quliyev Moderator.az saytı və ”Hürriyyət” qəzetinə müsahibəsində 92-ci ilin
14-15 may hadisələrindən danışır:
Əvvəli burda: //moderator.az/index.php?xeber=77901
-Heydər Əliyevə AXC-də hər hansı vəzifə verilməsi, onun Bakıya dəvət
edilərək Elçibəylə görüşdürülməsini, ümumiyyətlə onun AXC iqtidarına qarşı
incikliyinin aradan qaldırıması üçün heç təşəbbüs göstərdinizmi?
-Biz hələ Heydər Əliyev Naxçıvana yeni gəldiyi zaman ona öz dəstəyimizi
ifadə etdik və Naxçıvan Ali Məclisinə seçkilər zamanı AXC öz nüfuzundan istifadə
edərək Heydər Əliyevin seçilməsində müstəsna rol oynayıb. Təsəvvür edin ki, bu
gün sinəsinə döyüb Heydər Əliyev üçün ləbbeyk deyənlərin bir çoxu o vaxt onun
Naxçıvan Ali Məclisinə seçilməməsi üçün min oyundan çıxırdılar. Yadımdadır ki,
o vaxt kommunist bloku onu nəinki söyür, ən qəbuledilməz ifadələrlə təhqir
edirdilər. Amma Cəbhədən olan deputatlar Heydər Əliyevə hörmət bəslədilər və
onunla danışığa getdilər. Razılaşma da belə oldu ki, vəzifələr bölüşdürülür,
Ali Məclis sədri Heydər Əliyev olur, baş nazir AXC-dən bir adam olur. Eləcə də
Ali Məclis sədrinin və baş nazirin müavinləri də bərabər olaraq bölüşdürülür.
Məhz AXC-nin razılaşması əsasında Heydər Əliyev Ali Məclis sədrliyinə seçilə
bildi, yoxsa kommunistlər möhkəm dayanmışdılar ki, ona imkan verməsinlər.
Beləliklə, Becan Fərzəliyev də baş nazir oldu. Amma qısa bir müddət keçəndən
sonra Becan Fərzəliyevlə Heydər Əliyev arasında ziddiyyətlər yaranmağa başladı.
-Niyə?
-Türkiyədən yardımların gətirilməsi, Türkiyə-Naxçıvan münasibətlərinin
qurulmasında mövqelərdəki dərin ziddiyyətlərlə bağlı idi. O dövrdə Becanın
Türkiyədə çox geniş əlaqələri vardı və bu, Heydər Əliyevi narahat edirdi.
-Şəxsən özünüz Heydər Əliyevlə təkbətək söhbət edərək AXC ilə
münasibətlərdəki ziddiyyətləri aradan qaldırmağa cəhd etdinizmi?
-Mənim Heydər Əliyevlə çox söhbətlərim olub. Axırıncı dəfə onunla Becan
baş nazirlikdən istefa verib gedəndən bir gün öncə söhbətimiz oldu. Bir saata
yaxın aramızda söhbət oldu və o təkidlə deyirdi ki, Becan getsin. Mən də ona
bildirdim ki, Becan getsə belə baş nazir postu razılaşmaya görə AXC-nindir və
biz ora başqa namizəd verəcəyik. Qəti şəkildə məsələni qoydum ki, doğrudan da
Becanla işləmək mümkünsüzdürsə, o zaman dünyanın sonu deyil və biz ora yeni
namizəd təklif edərik. Amma bu söhbətin səhərisi gün Becan heç kimə demədən
Naxçıvanı tərk elədi.
-Necə olur ki, öz hərəkat yoldaşlarını belə xəbərdar etmədən Naxçıvandan
qaçır?
-Heç kimə xəbər etməmişdi. Bir gün ondan öncə Fazil Mustafa məndən xahiş
etmişdi ki, Becanı çıxarmaq istəyirlər və onu müdafiə etmək lazımdır. Açığı,
etiraf etmək lazımdır ki, o dövrdə artıq Heydər Əliyev AXC-nin içərisində də
müəyyən qrupları ələ almağa nail olmuşdu və onlar da Becanın baş nazir
qalmasını istəmirdilər.
-Becan onların hansı istəyini yerinə yetirməmişdi ki, ona qarşı
çıxmışdılar?
-Özəlləşdirmə ilə bağlı idi və Naxçıvandakı bir neçə obyekti götürmək
istəyirdilər, Becan da buna imkan vermirdi. Konkret olaraq Alt Trikotaj
Kombinatının onlara verilməsini təklif etmişdilər, Becan da bundan imtina
etmişdi. Ona görə də onlar Becanın əleyhinə təbliğat aparırdılar.
-Becanın yerinə AXC-dən qoyuldu?
-Yox, Heydər Əliyev razılaşmanı pozdu və baş nazir kommunist blokundan
qoyuldu.
-Fazil Mustafa ilə Becan Fərzəliyevin qohumluq əlaqələri varmı?
-Yox, qohumluqları yox idi, amma yaxşı münasibətləri vardı. Ona görə də
o da çalışırdı ki, Becan qalıb işləsin.
-Artıq mayın 15-də AXC Bakıda
hakimiyyətə gəldi. Bundan istifadə edərək siz də Naxçıvanda məsul vəzifə tuta
bilərdiniz. Hətta Ali Məclis sədrinin və ya baş nazirin müavini kimi...
-Yox, mənə Heydər Əliyev tərəfindən də, Elçibəyin özü də çox yüksək
vəzifələr təklif ediblər, hamısından imtina etmişəm.
-Onu da etiraf edirsinizmi AXC Bakıda hakimiyyətə gəlsə də Naxçıvanda bu
mümkün olmadı?
-Həmin dövrdə AXC Naxçıvan Şöbəsinin sədri Asif Kələntərli idi. Ondan
sonra da bir müddət Arif Rəhimov oldu, ondan sonra mən sədr oldum. Asif
Kələntərli oldu Ali Məclis sədrinin müavini. Sonra AXC-dən Qafar Məmmədov Ali
Məclis sədrinin müavini oldu. Kommunist blokundan da Rəşid Həsənov və Anar adlı
şəxs Ali Məclis sədrinin müavinləri oldular. Yəni iki nəfər AXC-dən, iki nəfər
də kommunistlərdən məclis sədrinin müavinləri vardı.
-O dövrdə AXC-nin Heydər Əliyevlə danışıqlara gedərək onunla barışıq əldə
etməsi mümkün deyildimi, yoxsa belə bir təşəbbüsdə bulunan olmadı?
-O mümkün deyildi. Artıq Bakı ilə
Heydər Əliyev arasındakı münasibətlər gərginləşmişdi. Özü də bu gərginlik təkcə
Naxçıvanla məhdudlaşmırdı. Çoxlu məsələlərdə ziddiyyətlər vardı.
-Bir neçə sual da indiki fəaliyyətinizə aid olacaq. Niyə Xalq Arzusu
Hərəkatı xalqın arzusunu həyata keçirə bilmir?
-Bunun bir neçə səbəbi var. Əvvala, son vaxtlar səhhətimlə bağlı bir
müddət Azərbaycanda olmadım və başım ancaq müalicəmə qarışdı. Mən uzun illər
siyasi fəaliyyətdə olmuşam və partiyaların gündəmdə qalma mexanizmlərini nəzəri
və praktiki baxımdan beş barmağım kimi bilirəm. Amma Hərəkatı yaradandan fərqli
bir forma seçmək qərarı verdim. O da olduğun kimi görünmək, göründüyün kimi
olmaqdır. Yəni qondarma piarla, “pokazuxa” kampaniyaılarla gözə girməkdən
imtina etmişik. Təbii ki, əlimizi əlimizin üstünə qoyub oturmamışıq və
paytaxtda, regionlarda ciddi təşkilatlanma mərhələsini başa çatdırmaqdayıq.
Ara-sıra tədbirlər keçirilir, insanlarla görüşlər, toplantılar olur, amma biz
onların heç birini ictimailəşdirmirik. Gözləyirik ki, real olaraq gücə
çevriləndən sonra özümüzü cəmiyyətə təqdim edək. Eyni zamanda onu da görürəm
ki, bu gün Azərbaycan siyasi mühitində bir anormallıq yaşanır. Yəni siyasətdə
bir qarmaqarışıqlıq hökm sürür. Ona görə də belə deyək ki, suların qismən də
olsa durulmasını gözləyirik və Avropa Oyunlarından sonra ölkə parlament
seçkilərinə köklənəndə sözümüzü deməyə çalışacağıq.
-Sabah hakimiyyət Xalq Arzusunun mitinq arzusuna müsbət cavab versə
nə qədər tərəfdarınız meydana çıxar?
-500 nəfərin çıxmasına problem
olmaz. Amma real gücümüz bundan qat-qat artıqdır.
-Bu gün hakimiyyət hətta ona müxalif olan siyasi güclərə də birinci
Avropa Oyunlarına həmin gücün hansı prizmadan yanaşmasına əsasən qiymət verir.
Xalq Arzusu Hərəkatı bu oyunları arzulayırdımı?
-Əlbəttə, biz birmənalı olaraq hakimiyyətə müxalifik. Amma eyni
zamanda biz Azərbaycanda kimsə ilə düşmən deyilik. Qarşımıza qoyduğumuz məsələ
də dövlətçilik və millətçilikdir. Bu baxımdan bizi heç parlament seçkiləri və
ya hakimiyyətlə hansısa sövdələşməyə gedib vəzifə almaq da maraqlandırmır. Biz
Azərbaycanın bütün milli məsələlərinə müxalifətçilik prizmasından yanaşmırıq. O
yerdə ki, milli maraqlardan söhbət gedir, biz dəstəkçiyik.
-Sualıma cavab ala bilmədim. 1-ci
Avropa oyunlarını dəstəkləyirsinizmi?
-Bizim dəstəkləyib-dəstəkləməməyimizdən asılı olmayaraq artıq
oyunların başlanmasına sayılı günlər qalıb və o yaxşı-pis keçiriləcək. Ona görə də bu
oyunlara qarşı çıxmaq yanlışlıqdır. Çalışmaq lazımdır ki, bu oyunlar yaxşı
mənada Azərbaycanın tarixinə yazılsın.
-Siz də vaxtilə siyasi məhbus olmusunuz, elədirmi?
-Bəli.
-Neçə il yatmısınız?
-8 il.
-Ümumiyyətlə, məhbəsdə olan adamların işiylə məşğul olan
hüquq-müdafiə təşkilatları onların içəridəki durumlarına müsbət, yoxsa mənfi
təsir göstərir?
-İstənilən halda diqqətdə olan məhbusa qarşı “Zon”da da münasibət
xeyli dəyişilir və onu yersiz gözümçıxdıya salmırlar. Amma yeri gəlmişkən
deyim ki, bu gün siyasi məhbusların azadlığa çıxması üçün aparılan işləri,
müdafiə tədbirlərini yetərli hesab etmirəm.
-Yetərli olması üçün nələri təklif edirsiniz?
-Onların azadlığa qovuşması üçün son qərarı prezident vermiş olsa belə
məncə Avropadan bu məsələyə ciddi müdaxilə tələb edilmir. Nəzərə almaq lazımdır
ki, bizim Avropa institutları qarşısında yerinə yetirmədiyimiz öhdəliklər olduğu
kimi onların da özünəməxsus mənəvi borcları var. Yəni həmin beynəlxalq
institutların özlərini bu prosesə daha yaxından müdaxiləyə cəlb etmək üçün
fərqli metodlara baş vurulmalıdır. Bilirsiniz, gəlin razılaşaq ki, onlar ürəkdən
istəyəndə Azərbaycan hakimiyyətinə lazım olan təzyiqləri etdirə və rəsmi Bakını
güzəştə getməyə sövq edə bilirlər. Yəni ortada spekulyasiya olmayanda Avropa
çox şey edə bilər.
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722070326_16.jpg)